Putin-Zelenski görüşünün Qüdsdə keçirilməsinin proseslərə nə kimi təsiri olacaq? - ÖZƏL AÇIQLAMA

Putin-Zelenski görüşünün Qüdsdə keçirilməsinin proseslərə nə kimi təsiri olacaq? - ÖZƏL AÇIQLAMADünən İsrail parlamentinin xüsusi iclasına videokonfrans vasitəsilə qoşulan Ukrayna Prezidenti Volodimir Zelenski İsrail xalqından gözlədiyi dəstəyi ala biləcəyini bildirib. Zelenski sülhə nail olmaq üçün Vladimir Putinlə dialoqun vacibliyindən danışıb. O, İsrailin Baş nazirinin onu rusiyalı həmkarı ilə dialoqa çağırdığını dilə gətirib. Zelenski sözügedən görüşün Qüdsdə keçirilə biləcəyini vurğulayaraq əlavə edib ki, əgər bu, mümkün olsa, sülh əldə ediləcək.
Maraqlıdır, Volodimir Zelenski görüşün Qüdsdə keçiriləcəyi təqdirdə sülhün əldə olunacağından niyə bu qədər əmindir? Ümumiyyətlə, bu, nə dərəcədə realdır?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Xəyal Bəşirli cavablandırıb.
O bildirib ki, Zelenski Qərbdən umduğu dəstək və köməyi artıq İsraildən gözləyir:
"Bütün dünya gündəmini zəbt edən Rusiya-Ukrayna müharibəsi ilə bağlı müxtəlif müzakirələr aparılır. ABŞ, Kanada və bir sıra Avropa dövlətlərinin parlamentlərində Ukrayna Prezidenti Volodimir Zelenskinin çıxışları canlı səsləndirilir və həmin çıxışlarla bağlı müzakirələr aparılır. Martın 20-də İsrail parlamentində xüsusi iclas çağırıldı və Zelenski videokonfrans vasitəsilə o iclasa qatıldı. İclasda Ukrayna lideri İsrail parlamentinə müraciət etdi. Burada bir sıra məqamlar var. Zelenski yəhudi əsillidir və son günlər bu məsələ xüsusilə qabardılır. Müharibə başlamazdan əvvəl o, Qərb ölkələri və ABŞ-la bir sıra müzakirələr aparmışdı. Müharibə baş verəcəyi təqdirdə Zelenski Qərbin Ukraynanı bütün istiqamətlərdə müdafiə edəcəyindən və digər sahələrdə yardım göstərəcəyindən tam əmin idi. Təəssüf ki, bu baş vermədi. Zelenski bundan sonra Qərbi və ABŞ-ı ittiham etdi. Hava məkanını bağlamadığına və lazımi hərbi yardım vermədiyinə görə NATO və Qərbdən ümidini üzən Ukrayna lideri İsrail parlamentinə müraciət etdi. İsrail parlamenti bütün dünyada yüksək nüfuza malikdir. Rusiyada da İsrailin nüfuz dairəsinin necə olduğunu bilirik. İndi Ukrayna Prezidenti Qərbdən umduğu dəstək və köməyi İsraildən gözləyir".
Putin-Zelenski görüşünün Qüdsdə keçirilməsinin proseslərə nə kimi təsiri olacaq? - ÖZƏL AÇIQLAMAPolitoloqun fikrincə, müharibənin davam etməsində maraqlı olan qüvvələr var:
"İsrail dövlətinin məsələyə qarışması və Qüdsdə Rusiya və Ukrayna liderlərinin görüşməsi ilə bu problemin həllinə nöqtə qoyulacağını gözləmirəm. Hesab edirəm ki, bu proses bir müddət davam edəcək. Lakin harada olmasından asılı olmayaraq, liderlər arasında danışıqların baş tutması zəruridir. Türkiyə Ukrayna və Rusiya XİN rəhbərlərinin görüşünü təşkil etdi. Azərbaycan və digər dövlətlər də danışıqlar prosesinə ev sahibliyi etməyə razılıq verib. Yayılan məlumatlara görə, Ukrayna ilə atəşəkəs elanı və sülh danışıqları barədə altı şərtdən dördü ilə bağlı bəzi razılıqlar əldə edilib. Donbas və Krımla bağlı isə tərəflər hələlik razılığa gələ bilməyib. Bütün hallarda münaqişənin həlli danışıqlardan keçir. Bu münaqişənin davam etməsində maraqlı olan qüvvələr var. Bunu Ukrayna siyasi rəhbərliyi və Ukrayna xalqı da anlayır. Ona görə də, danışıqlar prosesinin davam etməsi zərurətdir. Görüşlərin harada keçirilməsindən asılı olmayaraq, proses daha da sürətlənməli və öz həllini tapmalıdır. Çünki müharibənin hər anı insan itkisi deməkdir ki, bu da münaqişə ocağını daha da alovlandırır".
Şəbnəm Mehdizadə,
KONKRET.az

Siyasi       Tarix: 21 mart 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber saytlari cəbhədən son dəqiqə az xeber xeber