"Putin Zelenski ilə görüşə qarşı deyil, Rusiya - Ukrayna mövqeləri yaxınlaşıb" - Çavuşoğlu
Rusiya prezidenti Vladimir Putin ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşün əleyhinə deyil.
KONKRET.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. O, hesab edir ki, danışıqlar zamanı bəzi məsələlərdə Rusiya və Ukraynanın mövqeləri yaxınlaşıb.
"Onlar arasında ciddi danışıqlar davam edir. Türkiyə neytral ölkə olduğu üçün hər iki tərəfə güvənir. Status məsələləri var, istər Ukraynanın NATO-ya üzv olması, istər neytrallıq siyasəti və sairə. Biz görürük ki, bəzi məsələlərdə onların mövqelərində yaxınlaşma var", – Çavuşoğlu bildirib.
Yeri düşmüşkən qeyd edək ki, Ukrayna Prezident ofisi rəhbərinin müşaviri Mixail Podolyak "Rusiya ilə danışıqlarda son deyil, kompromis dialoq artıq başlayıb" deyib.
Həmçinin Podolyak "Ukrayna artıq çox yüksək bədəl ödəyib (ölkə çox böyük zərər çəkib), ona görə də müharibəni yalnız öz şərtləri ilə bitirəcək", – vurğulayıb.
Rusiya Silahlı Qüvvələri mövqe döyüşlərində ilişib qalıblar, hələ də havada üstünlüyə malikdirlər, lakin uduzduqları üçün quruda Ukrayna Silahlı Qüvvələri ilə qarşılaşmaq istəmirlər, – "Ukrayna 24" efirində Ukrayna Prezident ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib.
Turlar.az [newsid: 0-123300]

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR