Putindən müharibə ilə bağlı MÜHÜM AÇIQLAMA: Ukrayna ordusu Kupyansk və Krasnoarmeyskdə

Putindən müharibə ilə bağlı MÜHÜM AÇIQLAMA: Ukrayna ordusu Kupyansk və KrasnoarmeyskdəRusiya prezidenti Vladimir Putin Kupyansk və Krasnoarmeysk (Pokrovsk) şəhərlərində Ukrayna qüvvələrinin mühasirəyə düşdüyünü və blokadada qaldığını bildirib.
KONKRET.az xəbər verir ki, Putin çıxışı zamanı vurğulayıb ki, Ukraynanın siyasi rəhbərliyi öz vətəndaşlarının, xüsusilə də əhatəyə alınmış hərbçilərin taleyi ilə bağlı qərar qəbul etməlidir.
O, həmçinin Rusiya Silahlı Qüvvələrinin istəsə, jurnalistlərin, o cümlədən Ukrayna və xarici media nümayəndələrinin mühasirə zonasına buraxılmasına qarşı olmadığını qeyd edib.
Rusiya liderinin sözlərinə görə, Moskva "xüsusi hərbi əməliyyat" zonasında atdığı addımlarla ölkənin təhlükəsizliyini uzunmüddətli perspektivdə təmin edir. Putin bildirib ki, Rusiya ordusu bütün cəbhə xəttində irəliləyir və fəal döyüş əməliyyatlarını davam etdirir.
Prezident həmçinin Rusiya hərbi sənayesinin yeni texnoloji nailiyyətləri barədə məlumat verib. O, "Burevestnik" raket kompleksinin "şübhəsiz üstünlüklərə malik olduğunu" vurğulayıb və rus alimlərinin uğurları ilə fəxr etdiyini söyləyib.
Putin əlavə edib ki, Rusiya ordusu nüvə enerjisi ilə işləyən "Poseydon" sualtı aparatının sınaqlarını həyata keçirib. Onun sözlərinə görə, "Sarmat" qitələrarası ballistik raketi isə tezliklə döyüş növbətçiliyinə qəbul ediləcək.
Rusiya prezidentinin çıxışı, ölkənin həm hərbi əməliyyatlarda, həm də strateji silah sistemlərində fəallığını davam etdirdiyini göstərir.
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 30 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə


yeni xeberler son xeberler azerbaycan xeberleri xankendi cebheden xeberler xeberler bu gun sonxeber.az