Putini yalnız bu durdura bilər - Rusiya prezidenti hamıya "yox" deyir

Putini yalnız bu durdura bilər - Rusiya prezidenti hamıya Putin indi elə havadadır ki, istəkləri yerinə yetirilməsə, heç Co Baydenlə də razılaşmağa meylli görünmür
Rusiya-Ukrayna müharibəsinin diplomatik həlli variantına keçirilməsi ilə bağlı cəhdlər nə yazıq ki, nəticə vermir. Həm Rusiyanın, həm Ukraynanın müharibənin ilk günündən diplomatiyaya qapıları bağlamaması yaxşı haldır, amma fakt odur ki, nəticə yoxdur. Nəticə olmadığı üçün də artıq tərəflərin üzbəüz görüşü video-formata keçirildi. Yaxşı əlamətə işarə deyil…
"Müharibə nə vaxt dayanar" sualına cavab dərin analitik təhlil tələb etmir. Elə hər iki ölkənin dövlət başçılarının son mövqelərinə baxmaq kifayətdir ki, mənzərə aydınlaşsın.
Putini yalnız bu durdura bilər - Rusiya prezidenti hamıya Ukrayna prezidenti Zelenski hələ ki, son olan açıqlamasında ölkəsinin müstəqillik, xalqının azad olmaq davasından vaz keçməyəcəklərini deyib. Putin isə dünən Almaniya kansleri Şoltz və Fransa prezidenti Makronla birgə Ukraynadakı atəşkəsi müzakirə ediblər. Kremlin rəsmi məlumatı ümumi cümlələrdən ibarətdir, amma Yelisey sarayından sızan məlumat (bu barədə BFMTV telekanalı xəbər yayıb) danışıqların "çox gərgin" keçdiyini göstərib. Hətta Qərb liderləri Putinə "danışıqlardan sonra Avropa Birliyinin yeni sanksiyalarına qərar verəcəklərini" deyib təzyiq ediblər də. Telekanal bildirib ki, Putin hərbi əməliyyatı dayandırmaq üçün "heç bir istək göstərməyib".
Putini yalnız bu durdura bilər - Rusiya prezidenti hamıya Rusiya prezidentinə müharibədən bəri çoxsaylı zəng gəlib, amma danışıqlarda üç liderin əsas fiqurant olduğu məlumdur: Makron, Şoltz və Bennet. İsrail baş nazirinin Moskvada Putinlə təkbətək görüşündə bir neçə gün sonra Zelensiyə "xalqı itkilərdən qorumaq üçün Rusiyanın şərtlərini qəbul etməyi istəməsi" barədə iddialar da maraq doğurur. Bildirilir ki, Zelenski təklifi "kapitulyasiyanı qəbul etmək kimi" qiymətləndirib.
Rəsmi Moskva "kapitulyasiya" terminini hələ işlətmir, amma bəzi sərt mövqdə olan ekspertlər telekanallarda "Ukraynanın kaputlyasiyası" haqda tez-tez danışımağa başlayıblar. Kreml dilə gətirməsə də, Ukrayna üçün şərtləri elə kapitulyasiya deməkdir. Putin bu şərtlərin qəbul edilməyənədək irəli getməyi düşünür. İndilikdə görünən odur ki, əgər cəbhədə Ukraynanı xeyrinə ciddi dəyişiklik olmasa, Putin tez ya gec Kiyevin işğalına qədər gedəcək. Onu ancaq kapitulyasiya sənədi durdura bilər. Ukrayna isə məlumdur ki, belə bir alçaldıcı sənədi qəbul etməyəcək. Zelenski Paşinyan, Ukrayna Ermənistan deyil. Paşinyan uduzduğunu etiraf etsə də, 10 noyabr sənədini publika qarşısında imzalamadı. Ukraynaya təklif edilən şərtlər isə 10 noyabrla müqayisə edilə bilməz, bu ölkəsini Rusiyaya təslim etmək sənədidir.
Putini yalnız bu durdura bilər - Rusiya prezidenti hamıya Zelenski bu qədər həngamədən sonra belə bir sənədə imza atarmı. Mən ölər, imza atmaz deyirəm. Hətta Qərbdəki dəstəkçiləri istəsə, belə…Müstəqil hərbi mənbələr cəbhədə Rusiyanın üstünlükləri olduğuna işarə edir. Gerçək vəziyyəti Zelenski və komandası yaxşı bilir, nə qədər duruş gətirə biləcəklərini də… İndi vəziyyət elədir ki, qızıl ortanı tapmaq hər keçən gün daha da çətinləşir. Zelenski Ukraynanı bu odun arasından tam yanmamış qurtararsa, tarixdə müsbət işarə ilə qalacaq. Yox, Ukraynanı sonadək Rusiya ordusuna yem edəcəksə, o zaman…
Putini yalnız bu durdura bilər - Rusiya prezidenti hamıya İndi gələk Qərbin, daha dəqiqi ABŞ-ın mövqeyinə. Çünki onlar da artıq özlərini şübhəli aparmağa başlayıblar. ABŞ Dövlət Departamentindən bildirilib ki, Kiyevin "faydalı hesab etdiyi diplomatik addımları atmağa hazırdırdırlar ". "ABŞ danışıqlarda Rusiyanın əlverişsiz, ukraynalıları isə mümkün olan ən güclü mövqeyə qoymağa çalışır" deyə, açıqlamada bildirilir. Demək, Ukrayna xalqının başına bu müsibətlər gətiriləndən sonra ABŞ Ukraynanın danışıqlar masasına oturmasına meyllənib. Ukraynanın "muskullarını döyüş qabağı masaj etmək", silah verməklə iş bitmirdi. Bitməyəcək də…
Putin isə indi elə havadadır ki, istəkləri yerinə yetirilməsə, heç Co Baydenlə də bu mövzuda razılaşmağa meylli görünmür. Sanksiyalar Rusiyanın belini qırıb, Putin isə bunu nə qədər qəddar səslənsə də, ölən rus əsgərlərinin canı hesabına "kompensasiya" etməkdə qərarlıdır. Vəziyyət bu…
Musavat.com /konkret.az

Siyasi       Tarix: 13 mart 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Vətən müharibəsindən suverenliyə: Qarabağda tarixi dönüşün əsas mərhələlər

"27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarından sonra başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın təxminən 30 il işğal altında qalmış ərazilərinin böyük hissəsinin aza

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler bugun 2026 canli xeberler az butun xeberler cəbhədən ən son xəbərlər