Putinin rəqib siyahısından birdəfəlik sildiyi adamlar - SİYAHI

Putinin rəqib siyahısından birdəfəlik sildiyi adamlar - SİYAHIBiri korrupsiya, vəzifə cinayətləri və sui-istifadə hallarını ifşa etməkdə qərarlı reportyor, digəri dinc aksiya zamanı Vladimir Putin, seçki saxtakarlığı və Rusiyanın Ukraynaya qarşı aqressiyasını tənqid edən şüarlar səsləndirmiş siyasətçi idi.
Daha üçünün günahı 1999-cu ildə Çeçenistanda yeni müharibəyə başlamağa bəhanə verən yaşayış binası partlayışlarından şübhələnmələri idi. Bu müharibə o zaman hələ az tanınan Putinin Boris Yeltsinin hakimiyyətdən getməsindən öncə populyarlaşmasına kömək etmişdi.
Putini, Kremli və dövləti tənqid etdikdən sonra öldürülən, yaxud müəmmalı şəraitdə ölən rusiyalıların siyahısı uzundur. Ola bilsin ki, bu siyahı hələ uzanacaq.
Hələlik, bu siyahıdakı sonuncu adam "troll fabriki" və "Vaqner" muzdlu ordusu ilə ad çıxaran Yevgeni Priqojindir.

Yevgeni Priqojin
Ölümündən düz iki ay öncə qaldırdığı qiyamın ölkənin hərbi rəhbərlərini hədəfə aldığını desə də, nəticə etibarilə Putini – xalqın güclü və etibarlı himayədarını utancverici duruma salmışdı.
Aşağıdakı siyahıda Putinin 24 il öncə baş nazir təyin olunduğu 1999-cu ilin avqustundan bəri şübhəli və müəmmalı şəkildə ölən tanınmış şəxslərdən bəzilərinin adları çəkilir.
Bu siyahıya keçmiş hərbi kəşfiyyat zabiti Sergey Skripal və hazırda həbsdə olan müxalif siyasətçi Aleksey Navalnı kimi son anda qurtulub həyatda qalanların adları salınmayıb.

Sergey Yuşenkov
17 aprel, 2003-cü il: veteran siyasətçi, müxalif Liberal Rusiya partiyasının lideri Sergey Yuşenkov Moskvadakı evinin qarşısında güllə ilə vurulub.
Liberal millət vəkilləri 1999-cu ildə yaşayış binalarında törədilən silsilə partlayışlarda FSB-nin mümkün iştirakının araşdırılmasını tələb edirdilər. Yuşenkov bu təşəbbüsün önündə idi. Hökumət 300 nəfərin ölümü ilə nəticələnən bu partlayışlarda çeçen silahlılarını günahlandırmış və onlardan İkinci Çeçen müharibəsini başlamaq üçün bəhanə kimi istifadə etmişdi.

Anna Politkovskaya
7 oktyabr, 2006: Rusiyanın ən tanınmış jurnalistlərindən biri, Çeçenistanda hüquq pozuntularının davamlı xronikasını hazırlayan Politkovskaya yaşadığı binada edamı xatırladan ssenari ilə öldürülüb.
2014-cü ildə qətllə bağlı iki nəfər ömürlük həbs edilib, daha 3 nəfərə isə uzunmüddətli həbs cəzaları verilib. Ancaq jurnalistin yaxınları, həmkarları və Qərb hökumətləri Rusiya rəsmilərinin heç vaxt bu qətlin əsl təşkilatçılarını üzə çıxararaq cəzalandırmayacağından şübhələnirlər. Çünki ciddi araşdırma aparılarsa, nəticələr Putin hökuməti və ya Kremlin dəstəklədiyi çeçen rəhbərliyini ələ verər.

Aleksandr Litvinenko
23 noyabr, 2006-cı il: Rusiyanın keçmiş təhlükəsizlik agenti radioaktiv polonium-210 maddəsi ilə zəhərləndikdən sonra Londonda həyatını itirir. Litvinenko 2000-ci ildə FSB-ni oliqarx Boris Berezovskinin qətlini təşkil etməkdə günahlandırdıqdan sonra Britaniyaya qaçmışdı. O sonradan FSB-ni 1999-cu ildə törədilmiş yaşayış binaları partlayışlarına görə ittiham edən kitabın həmmüəllifi olmuşdu.
Britaniyada aparılan araşdırma Litvinenkonun bir neçə həftə öncə Londonda bir oteldə görüş zamanı poloniumla zəhərlənmiş çay içdiyini üzə çıxarıb. Moskva onun görüşdüyü adamları – Rusiya vətəndaşları Andrey Luqovoy və Dmitri Kovtunun ekstradisiyasından imtina edib. 2017-ci ildə isə ABŞ Magnitski Aktı çərçivəsində onların adını qara siyahıya salıb.

Natalya Estemirova
16 iyul, 2009-cu il: Tanınmış insan haqları fəalı Çeçenistanın paytaxtı Qroznıda oğurlanmasından bir neçə saat sonra onun başında və sinəsində güllə yaraları olan cansız bədəni İnquşetiyada tapılıb.
Natalya Estemirova Çeçenistanda törədilən yüzlərlə insan haqları pozuntusunu, o cümlədən insan oğurluğu və qətl hadisələrini araşdırmışdı. Onun çalışdığı "Memorial" insan haqları qrupu ilkin araşdırmanın yerli hüquq mühafizə orqanlarının iştirakı ehtimalına yer verdiyini bildirmişdi.
"Memorial"ın rəhbəri Oleq Orlov sonradan bu qətldə Çeçenistan lideri Ramzan Kadırovu ittiham etdiyi üçün defamasiya maddəsi ilə həbs edilib, ancaq sonradan onun işinə xitam verilib.

Sergey Maqnitski
16 noyabr, 2009-cu il: Rusiya rəsmilərini 230 milyon dollarlıq vergi dələduzluğunda ittiham edən hüquqşünas həbsindən bir il sonra həyatını itirir. Pankreatitdən əziyyət çəkən Sergey Maqnitskiyə məhkəməöncəsi təcridxanada tibbi yardım göstərilmir. Hüquq müdafiəçiləri onun məruz qoyulduğu şəraitin işgəncəyə bərabər olduğunu deyirlər. Kremlin öz insan haqları şurasının məlumatına görə, Maqnitski ölümündən öncə möhkəm döyülübmüş.
2012-ci ildə ABŞ insan haqları pozuntularında əli olan Rusiya vətəndaşlarını hədəfləyən Maqnitski Aktını qəbul edib. Bu siyahıdakı şəxslərə viza qadağalarının tətbiqi və hesablarının dondurulması nəzərdə tutulub. Digər Qərb ölkələri də bu xətti davam etdiriblər. 2013-cü ilin iyulunda Rusiyada məhkəmə Maqnitskini ölümündən sonra vergidən yayınmada təqsirli bilib.

Boris Nemtsov
27 fevral, 2015-ci il: Keçmiş region qubernatoru və baş nazir, islahatçı siyasətçi Boris Nemtsov 1990-ci illərdə Rusiya siyasətinin yüksələn ulduzu idi. Sonradan Putinin ən sərt opponentlərindən birinə çevrilən Nemtsov 55 yaşında Kreml yaxınlığındakı körpünün üzərində qətlə yetirildi.
Putinin prezidentliyinin ilk illərində liberal millət vəkili olan Nemtsov saxtalaşdırılmış parlament seçkilərinə və Putinin 2012-ci ildə hakimiyyətə qayıdışına qarşı etirazlara rəhbərlik edənlər arasında idi. O 2014-cü ildə Rusiyanın Ukraynaya qarşı aqressiyasına etiraz edir, onu "Rusiya üçün ziyanlı" adlandırırdı.
Nemtsov qətlindən öncə həmkarları ilə birlikdə Moskvanın Ukraynaya müdaxiləsinin miqyasını detallı dəlillərlə göstərən hesabat üzərində işləyirdi.
Azadliq.org

Siyasi       Tarix: 26 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

İran XİN-dən 14 iranlının Azərbaycanda arzuolunmaz elan edilməsinə münasibət

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayı

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta mezennesi banklar son xeber.az iqtisadiyyat xeberleri bugun en sonxeber