Putinlə bağlı ŞOK İDDİA

Putinlə bağlı ŞOK İDDİARusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibədə strateji məqsədlərini qısamüddətli hədəflərlə əvəz etmiş ola bilər.
KONKRET.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın CNN telekanalı kəşfiyyat məlumatlarına söykənərək məlumat yayıb.
Məlumata görə, Vladimir Putin daha çox işğal edilmiş ərazilər üzərində nəzarətini möhkəmləndirməyə və iqtisadiyyatını stimullaşdırmağa çalışır, bu da Rusiyanın iqtisadi çətinlikləri fonunda atılmış addım kimi qiymətləndirilir.
Əvvəllər ABŞ və Qərb kəşfiyyat orqanları güman edirdi ki, Putin cəbhədə üstünlük əldə etdiyini düşünür və uzunmüddətli müharibə aparmaq, hətta Ukraynanın tam işğalını reallaşdırmaq üçün kifayət qədər resurslara malikdir.
Lakin indi onun mövqeyində dəyişiklik ehtimalı, ABŞ prezidenti Donald Tramp və onun komandasının ümidlərini artırıb. Onlar hesab edirlər ki, Putin əvvəlki dövrlərlə müqayisədə mümkün sülh razılaşmasına daha açıq ola bilər.
Bununla belə, ABŞ-ın yüksək vəzifəli rəsmiləri hələ də Putinə və onun "sülh istəkləri"nə skeptik yanaşırlar. Üstəlik, geniş yayılmış bir fikir də var ki, Rusiya masa üzərindəki sülh planına razılaşsa belə, gələcəkdə daha çox Ukrayna ərazisini işğal etmək üçün müharibəni yenidən başlada bilər.
"Düşünürəm ki, Putin yaxın perspektivdə hansı real məqsədin qoyula biləcəyini nəzərdən keçirir", – deyə kəşfiyyat ekspertlərindən biri kanala söyləyib.
Tramp administrasiyasının yeni sanksiyalarla hədələməsi və Rusiyanın iqtisadiyyatını sıxışdırması Putini çətin seçim qarşısında qoyur.
CNN qeyd edir ki, danışıqlar zamanı müharibənin bitəcəyi təqdirdə ABŞ-Rusiya arasında mümkün investisiya perspektivləri xüsusi diqqət mərkəzində olub.
Kəşfiyyat hesabatlarında həmçinin Vladimir Putinin "rus xalqının tarixi mənşəyi" barədə tez-tez verdiyi bəyanatlara da diqqət yetirilir. Bildirilir ki, Putinin uzunmüddətli məqsədi Ukraynanın geniş hissəsini – xüsusən də "rus sivilizasiyasının beşiyi" saydığı əraziləri nəzarətə almaqdır.
Avropa İttifaqının yüksək vəzifəli nümayəndəsi də təsdiqləyib ki, Moskva taktiki səviyyədə məqsədlərini müvəqqəti məhdudlaşdıra və Vaşinqtonla münasibətləri yaxşılaşdırmaq görüntüsü yarada bilər, lakin öz maksimalist hərbi hədəflərindən əl çəkməyib.
Sonda Avropa rəsmisi belə deyib:
"Kreml ümid edir ki, münasibətlərin yaxşılaşması vasitəsilə taktik pauza zamanı diqqəti yayındıra biləcək. Daha sonra isə hərbi, iqtisadi, informasiya və siyasi alətləri birləşdirərək, Putinin Ukraynada və ondan kənarda olan bütün strateji məqsədlərinə çatmağa çalışacaq".

Siyasi       Tarix: 02 may 2025
f Paylaş

Oxşar xəbərlər

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber az bugünki xəbərlər son xəbər xeber