Putinlə Rəisi razılığa gəldi – İrəvana qarşı sərt addımlar atılacaq

Putinlə Rəisi razılığa gəldi – İrəvana qarşı sərt addımlar atılacaqErmənistan – Rusiya münasibətlərində yaranan gərginlik hələ də davam edir və hər iki ölkə arasındakı soyuqluq son həddə çatıb. Ermənistan qərbyönlü siyasətini davam etdirir. Avropa İttifaqı isə Ermənistana müşahidə missiyası adı altında öz qüvvələrini yerləşdirməkdə davam edir. Məqsəd Rusiyanı regiondan sıxışdırıb çıxarmaqdır. Rusiya isə ona qarşı yönələn siyasi kursu tam anlayır və Ermənistanı əldən vermək fikrində deyil. Regionun digər dövləti İran da Ermənistanın bu addımından narahatdır və əzəli düşməni ABŞ-ın qulağının dibində peyda olmasını qəbul edə bilmir.
KONKRET.az xəbər verir ki, bu məsələ Moskvada Putinlə İran prezidenti İbrahim Rəisi arasında da müzakirə olunub.
Rusiyalı ekspertlər prezidentlərin Cənubi Qafqaz siyasətinə nəzər salaraq, Ermənistanın qərbyönlü siyasətinə xüsusi diqqət yetiriblər. Ümumi yanaşmaya görə, Cənubi Qafqazın Tehran və Moskva üçün önəmi böyükdür və nə Rusiya, nə də İran Qərbin regiona soxulmasını qəbul edəcək. Bu kontekstdə Azərbaycan ümumi tərəfdaş, Ermənistan isə problemli reallıq kimi qəbul edilir və tərəflər Ermənistan rəhbərliyinin acı nəticələr verəcək siyasətindən narahatdır.
Putinlə Rəisi İrəvan – Paris əməkdaşlığının dərinləşməsi, xüsusilə Fransanın Ermənistana silah göndərməsinin ağır fəsadlar verəcəyindən narahatlıqlarını ifadə edib. Bütün dövrlərdə Ermənistanın mövqeyini müdafiə edən İran artıq ermənilər üçün xüsusi dəyərin olmadığı qənaətindədir və onlar qardaş hesab etdikləri ermənilərdən hər an təhlükə gələcəyinin fərqindədirlər.
45 ilə yaxındır Tehranı sanksiyalar altında saxlayan ABŞ-ın İranın sərhədlərinə yaxınlaşması və baza yaratmaq istəməsi İranın milli maraqlarına ziddir və molla rejimi buna görə Ermənistanın apardığı siyasətə qarşıdır. Rusiya isə Cənubi Qafqazı tərk etmək niyyətində deyil. 200 il əvvəl Cənubi Qafqazı ələ keçirən Rusiya faktiki olaraq Azərbaycanı və Gürcüstanı itirib. İndi onların dayaqları təkcə Ermənistanda mövcuddur və İrəvan da rusların regiondan çıxması üçün hər cür hiyləyə əl atır. Deməli, öz müttəfiqini satan Ermənistan üçün bunun bədəli ağır olacaq.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 12 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu


son xeberler yeni xeberler azerbaycan xeberleri gunun xeberleri son xeberler bugun cəbhədən xəbər sonxeber