Putinlə Zelenski Bakıda görüşə bilər – Mühüm gəlişmə
Ukrayna Kurskda irəliləməyə davam edir. Rusiya isə Donbas istiqamətində əməliyyatları intensivləşdirir. Rusiyanın Kusrkda əməliyyatlara hazırlaşdığı vaxtda Kiyev rus irəliləyişini dayandıra bilmir. Buna görə də Zelenskinin ölkəsi ilə bağlı ikinci sülh sammiti üçün məkan axtardığı deyilir.
KONKRET.az xəbər verir ki,Ukrayna Prezidentinin ehtimal görüş yeri üçün Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə və İsveçrə ilə danışıqlar apardığı barədə məlumatlar var. Bundan əlavə, Belarus, Qazaxıstan variantları da gündəmə gəlir. Ehtimal danışıqların Bakıda olması da istisna deyil.
Bu danışıqlar harada baş tuta bilər? Azərbaycan variantı realdırmı?
Mövzu ilə bağlı danışan politoloq Tofiq Abbasov deyib ki, bu danışıqların aparılacağı ərazi tərəflərin maraqlarına əsasən təyin ediləcək:
"Yəni hər iki tərəf – Kiyev və Moskva həmin ərazi ilə bağlı razılığa gəlməlidirlər. Belə hallarda hər tərəf öz variantını irəli sürür və qarşı tərəfin diqqətinə çatdırır. Həmin danışıqların aparılması üçün Bakı əlverişli yerdir. Çünki dəfələrlə ABŞ və Rusiya Federasiyasının ali rütbəli hərbi nümayəndələri dəfələrlə Bakıda görüşüblər.
Səfər çərçivəsində əvvəlcə Prezident İlham Əliyevlə görüşüb, sayğılarını bildirirlər, Azərbaycan və paytaxtının sabit, təhlükəsiz yer olduğunu ev sahibi kimi əlverişli imkanlar yaratdığını bildirirlər. Bu səbəbdən elə sözügedən məsələlərdə Bakını seçirlər. Azərbaycanın Rusiya və Ukrayna ilə çox taraz münasibətləri var. Nə Kiyev Bakının ruspərəst, nə də Moskva Azərbaycanın Ukraynapərəst olduğunu deyə bilər. Biz uzun illər işğal siyasəti ilə üzləşmiş dövlətik. Bunun necə üzücü proses olduğunu yaxşı bilirik".
Politoloqun sözlərinə görə, Ukrayna xalqına humanitar yardımlar göndərməkdə davam edirik:
"Tərəfdaş kimi Ukraynanın da bizim qarşımızda öhdəlikləri var. Ona görə də Azərbaycan həmin danışıqların aparılmasına ev sahibliyi edə bilər. Rəsmi Bakının vasitəçilikdə çox böyük, müsbət təcrübəsi var.
Prezident İlham Əliyev vaxtilə Türkiyə və Rusiya arasında olan ziddiyyətlərin aradan qaldırılması üçün böyük səylər göstərdi. Buna başqa nümunələr də var.
Azərbaycan tərəflərə həm coğrafi baxımdan yaxındır, həm də vaxtilə bir dövlətin tərkibində olmuşuq".
Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsini ratifikasiya edən ölkələr Rusiya Prezidenti Vladimir Putin haqqında həbs qərarı çıxardıb. Siyahıda İsveçrə, Böyük Britaniya, Gürcüstan və digər ölkələr də var. Eyni zamanda Ermənistan Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsi haqqında Roma Statutunda təsbit olunmuş öhdəlikləri konstitusiyaya uyğun hesab edib. Bu səbəbdən də Vladimir Putinin Volodimir Zelenski ilə görüşü Qərb ölkələrində, həmçinin qonşu Gürcüstanda, Ermənistanda baş tutmaya bilər./Globalinfo.az

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb