Qadın öz bacısını dünyaya gətirdi - FOTO
Qadın öz bacısını dünyaya gətirdi - FOTO
Şotlandiyada qadın öz bacısını dünyaya gətirib.
Bu barədə "Daily Record" xəbər verir.
Bildirilir ki, İnverness şəhərinin 25 yaşlı sakini Holli Sammers 49 yaşlı anası Fey üçün suroqat analıq və yumurta donorluğu edib.
Məlumata görə, Fey və 46 yaşlı əri Endryu (Sammersin ögey atası) uzun illər uşaq arzusunda olublar. Lakin bu, elə arzu olaraq qalıb.
Nəhayət onlar Sammersi surroqat ana olmağa dəvət etdilər. Lakin tədqiqatlar zamanı ananın yumurta hüceyrələrinin yararsız olduğu məlum olur. Bundan sonla Holli həm surroqat ana, həm də yumurta donoru oldu.
Sammers dünyaya gətirdiyi bacısının adını Uillou qoyub. Bundan başqa qadının 3 yaşlı Arven adlı qızı da var.
Sammers dünyaya gətirdiyi uşağın anasının qızı olduğunu tam qəbul edir.
"Mən Uillounu dünyaya gətirdim və heç bir tərəddüdsüz dərhal anama verdim. Uillou mənim yumurta hüceyrəmdən dünyaya gəlsə də, onun yeganə anası var və bu, mən deyiləm. Endryu və anam evlənən günündən övlad arzusuna olublar. Ancaaq anam sterilizasiyadan keçmişdi və çoxdun buna peşman olub".
Ailə Uillouya hər şeyi böyüdükdən sonra danışmağı planlaşdırır.
"Onun hekayəsi qeyri-adidir, amma sevgi içində anadan olub və bu vacibdir", - deyə Sammers vurğulayıb.




Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb