Qan azlığının yaranma səbəbi, əlamətləri - Nə zaman həkimə getməliyik?

Qan azlığının yaranma səbəbi, əlamətləri - Nə zaman həkimə getməliyik?Qanazlığının əlamətləri qansızlıq növünə görə dəyişir. Qanazlığına səbəb olan narahatlıqlar və qanazlığının şiddətinə görə əlamətlər fərqlənə bilər. Məsələn, qan itkisi, xora, menstruasiya problemləri və ya xərçəng, anemiyaya səbəb ola bilər. Bu narahatlıqlar bəzi aşkar əlamətlər ilə özlərini göstərə bilərlər. Əgər yüngül anemiya varsa və ya anemiyanın əmələ gəlməsi uzun müddət yayılıbsa, hər hansı bir əlamət hiss etməyə də bilərsiniz.
Milli.Az medicina.az-a istinadən bildirir ki, qan azlığı qanda hemoqlobin miqdarının yaşa və cinsiyyətə görə qəbul edilən normalardan aşağı olmasıdır. Qan azlığının səbəblərindən biri də sümük iliyində qanın özünübərpa funksiyasının azalması, müxtəlif səbəblər üzündən qan itkisinin artmasıdır.
Qan azlığı özünü necə göstərir?
-Torpaq, buz, kirəc yemək istəyi
-Ağız ətrafında çatlar
-Dildə qırmızılaşma
Anemiya (qan azlığında) əlamətləri qanazlığının növünə görə dəyişsə də, bir çox qansızlıq növü üçün bəzi müştərək əlamətlər aşağıdakılardır:
-Tez yorğunluq və enerji itkisi
-Xüsusilə məşq zamanı fövqəladə sürətli ürək döyüntüsü
-Xüsusilə məşq zamanı nəfəs darlığı və baş ağrısı
-Diqqəti toplamaqda çətinlik
-Solğun dəri
-Ayaqda ağrılar
-Yuxusuzluq
Yuxarıdakı ortaq əlamətlərdən başqa qanazlığı ilə yanaşı başqa əlamətlər də ortaya çıxa bilir. Qanazlığının digər əlamətlərini qansızlıq tiplərinə görə araşdırmaq faydalı ola bilər.
Dəmir çatışmazlığından dolayı yaranan qanazlığının əlamətləri:
-Kağız, buz və ya toz kimi qəribə maddələrə qarşı duyulan aclıq və iştaha
-Dırnaqların yuxarı doğru əyilməsi
-Ağız kənarlarında çatlar
-Ağızda acı dad
Dəmir çatışmazlığının səbəbləri:
-Tərkibində az miqdarda dəmir olan qidalar yemək
-Bağırsaqlar tərəfindən az miqdarda sorulma
-Xroniki qanaxmalar
Dəmir bədəndə oksigen daşıma vəzifəsini yerinə yetirən eritrosidlərin bərpası üçün vacibdir. Gündəlik dəmir tələbatı 2 milliqramdır. Qaraciyərdə, mal ətində, həmçinin balıq məhsullarında dəmir ehtiyatı çoxdur. C vitamini və portağal şirəsi bitkilərdən alınan dəmirin sorulmasını artırır, çay və qəhvə isə bu sorulmanı azaldır.
Dəmir çatışmazlığının müalicəsindən 2 ay sonra hemoqlobin miqdarı normal səviyyəyə çatır. Sümük iliyində dəmir miqdarını bərpa etmək üçün daha uzunmüddətli müalicə lazımdır.
Fol turşusu çatışmazlığı ilə əlaqədar anemiya: Orqanizmin qırmızı qan hüceyrələrini istehsal etməsi üçün fol turşusuna ehtiyacı var. Fol turşusunun miqdarı normadan az olduqda qan hüceyrələrinin istehsalı azalır və anemiya baş verir. Keçi südü ilə qidalanma, bağırsaq xəstəlikləri, xərçəng xəstəliyi və epilepsiya üçün istifadə edilən dərmanlar da fol turşusu çatışmazlığına səbəb olur. Fol turşusunun çatışmazlığı ilə əlaqədar yaranan anemiya zamanı ishal, depressiya, dilin şişməsi və qızarması müşahidə edilir.
B12 vitamininin çatışmazlığından dolayı yaranan anemiya əlamətləri:
-Əl və ayaqlarda tikan və ya sancma hissi
-Toxunma duyğusunun itkisi
-Büdrəyərək yerimə və getmədə çətinlik
-Hər dəfə nəyisə dağıtmaq
-Qol və ayaq sərtliyi
-Zəiflik
-Hallusinasiya, paranoyya və şizofreniya
Xroniki qırmızı qan hüceyrəsinin tənəzzülündən dolayı yaranan anemiya əlamətləri:
-Sarılıq (Sarı dəri və sarı göz ağı)
-Qəhvəyi və ya qırmızı rəngdə sidik
-Ayaq yaraları
-Öd kisəsi daşı simptomları
Ani qırmızı qan hüceyrəsinin tənəzzülündən dolayı yaranan anemiya əlamətləri:
-Qarın ağrısı
-Qəhvəyi və ya qırmızı sidik
-Sarılıq (sarı dəri rəngi)
-Dəri altındakı kiçik yaralar
-Böyrək çatışmazlığı əlamətləri
Bu əlamətləri gördükdə dərhal həkimə gedin:
-Daimi yorğunluq, nəfəs darlığı, ürək döyüntüsü, solğun dəri və ya qan çatışmazlığının hər hansı bir əlamətidir.
-Pis və ya vitamin və mineral baxımından kasıb qidalanma.
-Çox ağır keçirilən menstruasiya qanaxmaları
-Xora, qastrit, babasil, qanlı və ya qatran konsistensiya ifrazat və ya kolon xərçəng əlamətləri;
-İrsi olaraq anemiya (qan azlığında) ailənizdə görülürsə və uşaq dünyaya gətirməzdən əvvəl genetik məsləhətləşməyə ehtiyacınız olarsa.
Qanazlığının səbəb olduğu problemlər:
Hamilə qadınlarda:
-Ana bətnində uşağın ölməsi
-Erkən doğuş
-Bədənin müqavimətinin azalması
-Körpənin az çəkili dünyaya gəlməsi
Uşaqlarda:
-İnkişafda gerilik
-Fiziki aktivliyin azalması
-Bədənin müqavimətinin azalması
-Yaddaşsızlıq
Yeniyetmələrdə:
1. Mütəmadi olaraq yorğunluq hissi, halsızlıq
2. İş qabiliyyətinin azalması
3. Bədənin müqavimətinin azalması
Mədə-bağırsaq yarası, xərçəng xəstəliyi, həmçinin uzun müddət aspirin və revmatizm dərmanları qəbul etmək də qan azlığına gətirib çıxarır.
Yuxu pozğunluğu, rejimsizlik, düzgün qidalanmama da bu kateqoriyaya daxildir. Körpələrdə əlavə qidalara gec başlamaq, ana südü əvəzinə inək südü ilə qidalanmaq da qan azlığına səbəb olur.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 05 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Günvurma zamanı uşağa ilkin yardım necə edilməlidir? – AÇIQLAMA

Yay mövsümündə uşaqlar arasında ən çox yayılan problemlərdən biri günvurmadır. Günvurma bədən hərarətinin təhlükəli dərəcədə yüksəlməsi nəticəsində yaranan təcili vəziyyətdir. Buna isə daha çox uşaqlar məruz qalırlar. KONKRET.azxəbə

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv


azerbaycan xeberleri son xeberler yeni xeberler kriminal bugun en yeni xeberler siyaseti xeberler bugun novruz bayramı