Qara çay faydalı olsa da...

Qara çay faydalı olsa da...Mütəxəssislər uzun illərdir ki, qara çayın faydalı xüsusiyyətlərini öyrənirlər. Tədqiqatlar göstərir ki, gündə 1 stəkan çay içənlərin immun sistemi daha güclü olur.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qara çay xüsusilə mövsümü soyuqdəymələr zamanı daha çox faydalıdır. Ağır və yağlı yeməklərdən 1 saat sonra qəbul olunması həzm prosesini asanlaşdırır. Ona rəng verən birləşmələr damar çəpərlərini gücləndirir, beyin də daxil olmaqla bütün orqanlarda hər cür qanaxma riskini azaldır. Çay içilməsi qan dövranını yaxşılaşdırır, diş minasını möhkəmləndirir, bədəni zərərli maddələrdən təmizləyərək böyrəklərin daha yaxşı işləməsini təmin edir.
Qara çay B2, C və E vitaminləri, maqnezium, kalium, sink və kofein ehtiva etdiyi üçün dəriağardıcı təsirə malikdir. O, qanda xolesterinin səviyyəsini aşağı salır. Bu ətirli içkini qəbul etmək ürək-damar xəstəliklərinə profilaktiki təsir göstərir. Belə ki, çayda olan faydalı maddələr damarları təmizləyir və elastikliyi artırır.
Artıq və vaxtsız içilən çay orqanizmə mənfi təsir göstərir, çünki onun tərkibindəki bəzi maddələr qidadan alınan dəmirin miqdarını azaldır. Çaydan ifrat istifadə əsəb pozğunluğu, yüksək təzyiq, əl titrəməsi, baş ağrısı və yuxusuzluq kimi hallara səbəb ola, revmatizmdən əziyyət çəkənlərin isə səhhətində problem yarada bilər.
Çay, eyni zamanda, pəhriz üçün də yaxşı vasitədir, çünki kalorisizdir. Onun vasitəsilə maddələr mübadiləsini yaxşılaşdırmaq olar. İçərisinə faydalı bitkilər əlavə edilməklə çay içilməsi artıq kalori və çəkidən azad olmağa kömək edir. Lakin həddindən artıq şəkərli çay içmək isə ürək-damar, köklük kimi xəstəliklərə səbəb olur. Ümumiyyətlə, gün ərzində dörd fincandan artıq və tünd çay içməkdən çəkinmək lazımdır. Orqanizmin ehtiyac duyduğu mayeni isə su ilə ödəmək məsləhətdir.
Milli.Az /news.milli.az

Sağlamlıq     Baxılıb: 579   Tarix: 10 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Ölkədə yayılan virusdan necə qorunaq?

Havaların soyuması ilə əlaqədar ölkə ərazisində kəskin respirator virus infeksiyaların, həmçinin, qripin yayılmasında artım müşahidə olunur. Kəskin respirator virus infeksiyaları yüksək hərarət, öskürək, boğaz ağrısı, ümum

Bu xəstəliyi olanlara konserv yemək OLMAZ

Əgər yüksək təzyiqiniz varsa və ya risk altındasınızsa, müəyyən konservləşdirilmiş şorbalardan uzaq durmaq ən yaxşısıdır. Çoxları bilməsə də, bu, orqanlara əlavə yük yaratdığı üçün infarkt və insult kimi potensial həyat

Bədəndə zərərli maddələrin artmasının gizli əlamətləri

Tibb mütəxəssisləri bədəndə zərərli maddələrin həddindən artıq yığılmasını göstərə biləcək bəzi bədən siqnallarına diqqət çəkiblər. -a istinadla xəbər verir ki, bu barədə .il saytı məlumat yayıb. Mütəxəssislərin fikrincə

40 yaşdan yuxarı insanlar üçün təhlükəli qidalar - Xəbərdarlıq

40 yaşından etibarən pəhrizinizə əlavə diqqət yetirməlisiniz. xəbər verir ki, 40 yaşlarınızda bədəndə bir çox fizioloji dəyişikliklər başlayır. Metabolizm yavaşlayır, əzələ kütləsi azalır və bədən yağı artmağa meyllidir

Miqrenlə mübarizə aparan möcüzəvi QİDALAR

Miqren minlərlə insanın gündəlik həyat keyfiyyətini aşağı salan, güclü və təkrarlanan baş ağrıları ilə müşayiət olunan problemdir. xəbər verir ki, -ın məlumatına görə, mütəxəssislər bildirir ki, dərmanlarla yanaşı, düzgü

Onkoloq xəbərdarlıq edir: Şirin içkilər xərçəng riskini artırır

Şirin qazlı içkilərin tez-tez qəbul edilməsi yoğun bağırsaqda poliplərin yaranması və xərçəng riskinin artması ilə əlaqələndirilir. -a istinadla  xəbər verir ki, rusiyalı onkoloq Sergey İvanov bildirib ki, bu tip içkiləri

Ağrıkəsicilər ağrıları niyə kəsmir? - Saxta, keyfiyyətsiz dərmanlar

Son dövrlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə dərman preparatlarının, xüsusilə də ağrıkəsicilərin əvvəlki kimi təsir göstərmədiyi ilə bağlı iddialar daha tez-tez səsləndirilir. Vətəndaşlar eyni dərmanı qəbul etdiklər

4 manatlıq məhsul xərçəngin dərmanıdır - Alimlərdən şok kəşf

Alimlər tərəfindən aparılan yeni araşdırma göstərir ki, gündəlik həyatda tez-tez istehlak etdiyimiz gavalı sadəcə vitamin mənbəyi deyil. Bu meyvənin tərkibində olan polifenolların ağciyər xərçəngi hüceyrələrinin inkişafın

Ətdən tam imtina etmək ciddi fəsadlar verir

Ətin rasiondan çıxarılması anemiya və dəmir çatışmazlığının inkişafına, endokrin pozğunluqlara səbəb ola bilər. -a istinadla xəbər verir ki, diyetoloq Yelena Tixomirovanın sözlərinə görə, ətdən imtina etmək qərarına gələ


yeni xeberler son xeberler azerbaycan xeberleri xeber.az 2026 xeber.az bu gun zelzele krminal bu gun