Qara turpun bilmədiyiniz FAYDALARI - Viruslara qarşı təbii müdafiə
Süfrələrin və salatların bəzəyi olan turp bitkisi çoxumuza məlumdur. Dadlı olduğu qədər də faydalı olan bu bitkinin əsasən iki növündən (qırmızı və ağ) istifadə edilir. Ağ turpun həm də müalicəvi təsirli olması çoxlarına məlumdur. Belə ki, öskürək və boğaz ağrıları zamanı onun suyu içilir və boğaz qarqara edilir. Lakin turpun başqa bir növü də var ki, bəlkə də çoxları onun varlığından xəbərsizdirlər.
Milli.Az medicina.az-a istinadən bildirir ki, qara turp bu bitkinin ən acı, ancaq ən faydalı növüdür. Həm çiy halda tərəvəz kimi, həm də dərman məqsədilə istifadə edilir. Yarpaqlarından və meyvə köklərindən müxtəlif yeməklər, salatlar hazırlanır. Tərkibində çox miqdarda vitaminlər və minerallar mövcuddur. O, maddələr mübadiləsini tənzimləyir, immuniteti artırır, artıq mayeni bədəndən xaric edir. Həm də təbii antibiotik hesab edilə bilər. Qara turp bədəndə olan şlakların, ödün, duzların və sidik turşusunun bədəndən çıxarılmasını təmin edir. Şirəsi güclü ödqovucu xüsusiyyətə malikdir. Buna görə də qaraciyər və öd problemləri zamanı dərman maddəsi kimi tətbiq edilir.
Tərkibində olan maddələrin hesabına qara turp antiseptik və bakterisid tərkibə malikdir. Tərkibində olan kükürd birləşmələri isə hətta xərçəng hüceyrələrini məhv edir. Buna görə də xalq təbabətində qara turpun meyvə köklərindən onkoloji xəstəliklərin müalicəsi zamanı istifadə edilir. Həmçinin qara turp öskürək, qrip, öd daşı xəstəliklərində də effektlidir.
Xalq təbabətində qara turpun bir sıra xəstəliklər zamanı tətbiq edilən reseptləri mövcuddur:
- Öskürək zamanı qara turpun bir böyük məyvə kökünü sürtgəcdən keçirin. Şirəsini sıxaraq 200 qr bal ilə qarışdırın. Daha sonra 12 saat qaranlıq və sərin yerdə saxlayın. Əmələ gələn məhlulu gün ərzində bir neçə dəfə qəbul edin.
- Qara turp bir sıra dəri xəstəliklərində də istifadə edilir. 100 qr qara turpun şirəsini qırmızı çaxırla qarışdırın. Daha sonra qazın üzərinə qoyaraq bircinsli məhlul alinanadək qaynadın. Davamlı olaraq dərinin problemli hissələrinə sürtün.
- 1 x/q çuğundur şirəsi, 2 x/q xren şirəsi, 1 x/q kök şirəsi, 3 x/q qara turpun şirəsini qarışdırın. Yüksək qan təzyiqi zamanı gündə 4 dəfə 2 x/q olmaqla qəbul edin.
- Anemiya (qan azlığı) zamanı 6 ədəd qara turpun şirəsini çıxarın. Onu 5 ədəd çuğundur şirəsi və 2 stəkan kök şirəsi ilə qarışdırın. Alınan məhlulu keramik qaba tökərək 4 saatlığa sobaya qoyun. Alınan məcunu gündə 3 dəfə yeməkdən əvvəl 1 x/q qəbul edin.
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ