Qarabağ adıyla mövcud olan Xankəndi Universiteti dünyaya hansı mesajı verir?

Qarabağ adıyla mövcud olan Xankəndi Universiteti dünyaya hansı mesajı verir?"Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2023-cü il tarixli sərəncamı ilə Qarabağ Universiteti yaradılıb. Yeni yaradılmış universitetdə dərslər 2024-cü ul 15 sentyabr tarixindən başlanacaq".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov Xankəndidə yerləşən Qarabağ Universitetinin yenidən bərpa olunmasından danışarkən deyib.
Qarabağ adıyla mövcud olan Xankəndi Universiteti dünyaya hansı mesajı verir?Deputat əlavə edib ki, bu təhsil müəssisəsi ilk dəfə 1969-cu ildə təsis olunub:
"Ümumiyyətlə, bu universitet tarixən orada mövcud olub. Xankəndidə bu təhsil müəssisəsi 1969-cu ildə ilk ali təhsil müəssisəsi olan Azərbaycan Pedaqoji İnstitutu kimi qurulub. Sonradan 1973-88-ci illər arası təhsil müəssisəsi kimi fəaliyyət göstərib. Erməni vandallarının Qarabağı işğal etdiyi dövrdə isə fəaliyyətini dayandırıb. Bilirik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetində 2024-cü ilin fevral qərarı ilə həmin Qarabağ Universitetinin nizamnaməsi də təsdiq olunub. Universitet özündə təbii olaraq simvolik məna daşıyır. Qarabağ İqtisadi rayonunun ən böyük şəhəri Xankəndidə yerləşən və Qarabağ adıyla mövcud olan bu universitet əvvəla dünyaya bir mesaj verir.
Qarabağ Universiteti Azərbaycanın elmə, təhsilə verdiyi dəyəri özündə əks etdirir və işğaldan azad edilmiş bölgələrimizdə yaşayış, insanların həyatı ən vacib şəkildə təmin olunur. Yekunda, orta məktəblər, kolleclər və ali təhsil müəssisələri də mövcud olmalıdır. Belə ki, Xankəndi də bu cür əzəmətli təhsil ocağının olması hər birimizi qürurlandırır. İlkin olaraq Xankəndidə 800 min tələbənin təhsil alması planlaşdırılır. Orada əsas tədris və idarəetmə heyətinin daimi məskunlaşması nəzərdə tutulur. Onlar ən azı 30-40 nəfərdən ibarət olacaq. Universitetə təbii olaraq professor-akademik müəllim heyətlərindən ibarəd qrupla da intensiv surətdə səfərlər təşkil olunacaq. Bu formada tədrisin təşkili də müşahidə olunacaq. 
Millət vəkili qeyd edib ki, Qarabağ universitetində müasir tələblərin imkanlarına cavab verən, iş bazarında tələb olunan işlər üzrə ixtisaslar mövcud olacaq:
"Düşünürük ki, Xankəndidəki Qarabağ Universitetində ibtidai sinif müəllimliyi, məktəbəqədər təhsil, riyaziyyat, informatika müəllimliyi, təhsildə sosial-psixoloji xidmət, informasiya texnologiyaları, komputer mühəndisliyi, şəhərsalma və inşaat mühəndisliyi, beynəlxalq münasibətlər, regionşünaslıq, tarix, rəqəmsal media və kommunikasiya, beynəlxalq ticarət və logistika, maliyyə, marketinq, menecment, turizm işinin təşkili, turizm bələdçiliyi və s. kimi ixtisaslar mövcud olacaq. Qeyd etdiyimiz ixtisaslar da hazırda iş bazarında tələb olunan işlər üçün kadrlar hazırlanmasını özündə ehtiva edir. Bu da çox vacib məsələlərdən biridir. Qürurumuz olan Qarabağ və onun ən füsunkar şəhəri olan Xankəndidə universitetin yerləşməsi, orada tələbələrin təhsil alması həyatı daha firavan edir. Bura böyük tələbə şəhərciyi olacaq. Hesab edirik ki, bütün bölgələrimiz kimi Qarabağ, xüsusən də Xankəndi Azərbaycanın ən gözəl şəhəri kimi inkişaf edəcək, böyüyəcək, gözəlləşəcək və orada insanlarımız komfort şəkildə yaşayacaq və təhsil alacaq.
Xankəndidəki Qarabağ Universitetindən danışan təhsil eksperti Elçin Əfəndi azxeber.com-a bildirib ki, bu ildən Qarabağ Universitetinə qəbul həyata keçiriləcək:
Qarabağ adıyla mövcud olan Xankəndi Universiteti dünyaya hansı mesajı verir?"Müvafiq olaraq bu ildən etibarən Xankəndidə yerləşən Qarabağ Universitetinə qəbul həyata keçiriləcək. Bu qəbul əsasən bakalavr pilləsinə qəbul kimi səciyyələnir. Hələ ki, magistratura pilləsinə qəbul bu il üçün nəzərdə tutulmur. Bakalavr pilləsinə qəbulda isə bütün ixtisas qrupları üzrə qəbul həyata keçiriləcək. Yalnız tibb ixtisası istiqamətində qəbul müşahidə edilmir. Yerdə qalan bütün ixtisasların qəbulu mümkün olacaq. Əlbəttə, bu öz mövqeyində çox böyük məna kəsb edir. Bizim tələbələrimiz neçə illərdir ki, həmin universitetdə təhsil ala bilmirdilər. İşğal dövründə ermənilər bu universitetlə bağlı öz bildikləri kimi rəftar edirdilər. Amma hazırda cənab Prezident İlham Əliyevin müvafiq tapşırığı əsasında həmin universitetin fəaliyyəti bərpa olundu. Bu ildən də min tələbənin oraya qəbulu nəzərdə tutulub".
Ekspert qeyd edib ki, bu universitetdə dərs deyən müəllim heyəti də peşəkar və yüksək ixtisaslı kadrlar olacaq:
"Əlbəttə ki, həmin universitetdə dərs deyən professor-müəllim heyəti yüksək ixtisaslı kadrlar olacaq, eyni zamanda idarəetmə istiqaməti üzrə peşəkar kadrların Xankəndi Universitetinə cəlb olunması nəzərdə tutulur. Keçid balları isə universitetdə deməzdim ki, aşağı formalaşacaq. Təxminən orta və yuxarı balların formalaşmasını gözləyirik".
Mikayıl Mirzəzadə
Yazı Medianın İnkişafı Agentliyinin "elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusunda dərc edilib.
Qarabağ adıyla mövcud olan Xankəndi Universiteti dünyaya hansı mesajı verir?

Sosial       Tarix: 26 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi


yeni xeberler azerbaycan xeberleri son xeberler en son xəbərlər bugün xeber az xeber.az bu gun sonxabar