"Qarabağ əldən getdi, Ermənistanı qurtarmalıyıq" - Surenyansdan açıq ETİRAF
"Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması "Qarabağı xilas etməyəcək", lakin ən azı Ermənistanı xilas etmək mümkün olacaq.
KOMNKRET.az xəbər verir ki, bu barədə erməni politoloq Suren Surenyants Facebook səhifəsində yazıb.
"Bu gün Qarabağ subyektivliyin bütün komponentlərini itirib. İndiki şəraitdə siyasi muxtariyyəti nəzərdə tutan istənilən variantı müzakirə etmək mənasızdır. Kobud desək, bizim qırmızı xətlər yaratmaq üçün resurslarımız yoxdur. İndi ermənilərin Qarabağda yaşamaq hüququndan danışmaq olar. Bu sualı birbaşa Rusiya tərəfi qarşısında qaldırmaq lazımdır", – Surenyants qeyd edib.
O, bildirib ki, Rusiyadan verilən təkliflər çox pisdir, lakin Bakı onları qəbul edərsə, heç olmasa, ermənilərin yaşamaq hüququna zəmanət verilər:
"Rusiyanın təkliflərini tənqid etmək asandır. Zaman və beynəlxalq kontekst bizim əleyhimizə işləyir. Əgər indi siyasi həll yolları tapılmasa, onda iki-üç aydan sonra biz daha yüksək bədəl ödəməli olacağıq".
Surenyants hesab edir ki, Rusiya sülhməramlı missiyası öz mandatını həyata keçirmir:
"Buna baxmayaraq, beynəlxalq sülhməramlı missiyanın Qarabağa dəvət edilməsi ilə bağlı çağırışlar reallıqdan kənardır və manipulyasiyalardır. BMT, ATƏT belə bir qərar qəbul etməyəcək, Azərbaycan bu təklifi müzakirə belə etməyəcək, dünyada elə bir ölkə (hətta Fransa da) yoxdur ki, Azərbaycan və Türkiyə ilə sərt qarşıdurmaya hazır olsun…"
Günel Mikayılova,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Qızılca ilə bağlı son vəziyyət açıqlandı
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə edildi+Fotolar
Almaniyada ABŞ-a məxsus hərbi təyyarə qəzaya uğrayıb
Dənizdə batan tələbələrin - Fotosu
Lənkəranda evdən 75 min manat pul oğurlandı - Saxlanılanlar var
Tramp İlham Əliyevdən sitat gətirdi
Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır
Kəmaləni sevənlərə ŞAD XƏBƏR – Bu tarixdə konsert verəcək
Bu işlərdə çalışanların ödündə daş yaranır
Reklamlarda əxlaqsızlığı təbliğ edənlər 500 manat cərimələnəcək - Açıqlama
Sərxanın Rusiyaya girişinə 'stop' qoyulub
Serdar Ortaç vəsiyyətini açıqladı
Abbas Əraqçi Ceyhun Bayramovla görüşdü
Azərbaycan daha bir ölkə ilə vizanı ləğv etdi – Kimlər gedə biləcək?
Yuri Maksimov yenidən Azərbaycanda: Bu klubla anlaşdı