Qarabağ erməniləri çıxılmaz vəziyyətdə - Naxçıvana quru yol açılmalıdır

Qarabağ erməniləri çıxılmaz vəziyyətdə - Naxçıvana quru yol açılmalıdırAzərbaycan ərazilərini 30 il işğal altında saxlayan Ermənistan 44 günlük müharibədə darmadağın edildikdən sonra da təxribatlarından əl çəklmir. Mütəmadi olaraq sərhəddə və Qarabağ ərazisində baş verən silahlı insidentlər yaradan düşmən ölkənin hər dəfə də başı əzilib.
Ciddi itkilərə baxmayaraq, öz əməllərindən əl çəkməyən Ermənistan indi də başqa üsuldan istifadə edir. Bu dəfə ermənilər dünyanın diqqətini humanitar böhrana yönəltmək istəyirlər. Guya bölgədə humanitar fəlakət tüğyan edir və Qarabağdakı ermənilər acından ölür. Haray-həşir salan ermənilərin Qərbdəki havadarları onlara siyasi dəstək nümayiş etdirərək bəzi platformalarda Azərbaycan əleyhinə bəyanatlar səsləndirirlər. İndi Laçın sərhəd-buraxılış məntəqəsinin qarşısına yük karvanı toplamaqla siyasi ajiotajı bir qədər də genişləndirən Ermənistan təklif olunan Bərdə-Ağdam-Xankəndi marşrutundan imtina etməklə bölgədəki böhranın humanitar deyil, siyasi olduğunu göstərir.
Dünyada bunu başa düşsələr də, erməni sevgisi onlara həqiqəti söyləməyə imkan vermir. Bu məsələdə daha çox fəallıq göstərən isə fransızlardır. Fransada dövlət səviyyəsində anti-Azərbaycan təbliğatının aparılması və bu ölkənin birmənalı şəkildə Ermənistanı dəstəkləməsini özləri də gizlətmir. Ermənistana hərbi-siyasi dəstəyini əsigəməyən Fransa bütün sahələrdə düşmən ölkənin tərəfindədir.
Qarabağda yaratdıqları süni humanitar fəlakət oyunu isə onların ssenarisinə uyğun oynanılır. Maşınların sərhəd-keçid məntəqəsinin qarşısına toplanması da onların düşüncəsinin məhsuludur. Hazırkı vəziyyət Azərbaycanı ittiham etmək üçün onların işinə tam yarayır. 30 il Azərbaycan əraziləri işğal altında qalanda bir dəfə insan haqlarının pozulmasını dilinə gətirməyən Qərb indi Qarabağda yaratdıqları süni ajiotajdan siyasi məqsədləri üçün istifadə etməyə çalışır. Naxçıvanın blokadasına göz yuman "demokratiya aşiqləri" indi Qarabağın "blokadasından"danışırlar.
Bu gün Avropa Parlamentinin üzvü Kostas Mavrides guya Laçın yolunun bağlanmasını "humanitar fövqəladə" hal kimi dəyərləndirib. Neçə il Azərbaycanın əsas hissəsi ilə yalnız hava nəqliyyatı vasitəsi ilə əlaqə yaradan Naxçıvan isə 35 ildir blokadadadır. Hələ də ölkənin əsas hissəsi ilə birbaşa quru əlaqəsi olmayan Naxçıvanın blokadası barədə bir dəfə də olsun danışmayan Avropa Parlamentinin nümayəndələri dərhal ermənilərin müdafiəsinə qalxır və guya Qarabağdakı ermənilərin acından ölməsi barədə haray- həşir salırlar. Qarabağ erməniləri isə sadəcə bir qrup separatçının ambisiyasının əsirinə çevrilib.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 07 avqust 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bu qun bugünki xəbərlər en sonxeber metbuat xeberleri