Qarabağ həqiqətləri Balkan ölkələri jurnalistlərinin gözü ilə

Qarabağ həqiqətləri Balkan ölkələri jurnalistlərinin gözü iləQarabağ həqiqətləri Balkan ölkələri jurnalistlərinin gözü ilə
Bu yaxınlarda Balkan ölkələrinin bir qrup jurnalisti Azərbaycanda səfərdə olub.
Azxeber.com  xəbər verir ki, media nümayəndələri bir sıra məqalə və reportajlar hazırlayıblar.
Bosniyalı jurnalistlər Adis Delikoviç və Emir Morina hazırladıqları iki reportajdan birini - Qarabağla bağlı 30 dəqiqəlik filmi sentyabrın 21-də Bosniya İctimai Kanalının (BHRT) praym-taymında (saat 20.00) təqdim ediblər. Filmdə Qarabağ münaqişəsinin tarixi, ötənilki müharibə və Azərbaycan Ordusunun uğurları, həmçinin erməni tərəfin vandalizm aktları və mülki əhaliyə hücumları geniş şəkildə əks etdirilib. Bakı, Gəncə, Ağdam və Şuşada çəkilmiş kadrlarda həmçinin azərbaycanlı rəsmi şəxslərin və ekspertlərin də fikirlərinə yer verilib.
Eyni zamanda bu yaxınlarda Azərbaycana səfər etmiş jurnalist Boyan Stoykovskinin Qarabağla bağlı məqaləsi Şimali Makedoniyanın MKD.mk saytında dərc olunub. Münaqişədən sonra Qarabağın dirçəldilməsi, minalardan təmizlənməsi, köçkünlərin qaytarılması planlarına toxunan müəllif yazıda bəzi azərbaycanlı müsahiblərinin fikirlərinə də yer verib. Jurnalist Boyan Stoykovskinin Qarabağ, regionda görülən rekonstruksiya işləri ilə əlaqədar daha bir geniş, ingilisdilli məqaləsi Balkan regionu ilə bağlı ən böyük mətbu orqanlardan sayılan "Balkan Insight"da yayımlanıb. Qeyd edək ki, "Balkan Insight" "Facebook"da 100 minə, "Tvitter"də 60 minə yaxın izləyiciyə malikdir. Həmçinin Boyan Stoykovskinin Qarabağ, regionda görülən rekonstruksiya işləri ilə əlaqədar digər yazısı da işıq üzü görüb. Bundan başqa, Boyan Stoykovskinin "Zdnet" üçün yazdığı Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yeni texnologiyalar və innovasiyalar əsasında rekonstruksiyası ("ağıllı yaşayış məntəqələri") barəsində məqaləsi eyni platformanın fransızdilli versiyasında da yayımlanıb. Bu səhifənin "Facebook" platformasında 44 minə, "Tvitter"də 60 minə yaxın izləyicisi var.
Bosniya İctimai Kanalının radio efirindəki "Ino magazin" proqramının qonağı müxbir Adis Delikoviç olub və proqramın bir hissəsi onun Azərbaycanla bağlı təəssüratlarına həsr olunub. Adis Azərbaycanda olduğu 7 gün müddətində hazırladığı videoreportaj barədə danışıb, ölkəmizdə ona göstərilən qonaqpərvərlikdən söz açıb. O bildirib ki, Azərbaycan ötənilki müharibədən qalib kimi çıxaraq öz torpaqlarını Ermənistandan geri ala bilib. O, münaqişənin tarixindən danışaraq Ermənistanın 90-cı illərdə Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazilərini işğal etdiyini, BMT qətnamələrinə məhəl qoymadığını və bir milyon azərbaycanlının qaçqına çevrildiyini bildirib. Adis Şuşanın işğaldan azad olunması əməliyyatına da toxunub. İşğaldan azad olunan torpaqların tamamilə dağılmış olduğunu, Azərbaycanın hazırda böyük rekonstruksiya işləri həyata keçirdiyini qeyd edən müxbir səfər təəssüratlarını danışdıqdan sonra proqram Azərbaycan mahnısı ilə bitib.

Sosial       Tarix: 08 oktyabr 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya


azerbaycan xeberleri yeni xeberler son xeberler son xabarlar en son xeberleri sonxəbərlər son xeber.az