Qarabağ icması Ermənistanın BMT-dəki məktubu barədə bəyanat yaydı

Qarabağ icması Ermənistanın BMT-dəki məktubu barədə bəyanat yaydı Qarabağ icması Ermənistanın BMT-dəki məktubu barədə bəyanat yaydı
"Ermənistan dünya birliyinin diqqətini Azərbaycan ərazilərinin işğalından, törətdiyi etnik təmizləmə, insanlıq əleyhinə cinayətlərdən yayındırmağa və yaratdığı qondarma rejimin təbliğinə yönəlmiş cəhdlərini davam etdirməkdədir".
Oxu.Az-ın xəbərinə görə, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının bəyanatında belə deyilir.
Qeyd olunub ki, bu günlərdə Ermənistan BMT-də məktub yayaraq, qondarma rejimə aid kağız parçasını ona əlavə edib.
"İtkin düşmüş şəxslərdən bəhs edən bu kağız parçasında öz əksini tapmış məsələlərin heç bir əsası yoxdur və sadəcə, münaqişənin müxtəlif aspektlərinin təhrif edilməsinə yönəlib.
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 71-i uşaq, 267-si qadın və 326-sı qoca olmaqla, ümumilikdə 3889 nəfər azərbaycanlı itkin düşüb. Ermənistan heç bir vəchlə itkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsində maraqlı deyil.
Bunun səbəbləri də aydındır. Təkzibolunmaz məlumatlar göstərir ki, həmin insanların əksəriyyəti qətlə yetirilib və ya işgəncə və xəstəliklərdən vəfat ediblər. Buna görə də, Ermənistan sülh və insanlıq əleyhinə cinayətləri, müharibə cinayətlərini gizlətməyə çalışır və humanitar təşkilatlar çərçivəsində əməkdaşlıqdan boyun qaçırır", - deyə bəyanatda bildirilib.
İcma hesab edir ki, itkin düşmüş şəxslər məsələsinin siyasiləşdirilməsinə yol verilməməli, ona sırf humanitar prizmadan yanaşılmalı və yüzlərlə ailənin iztirablarına, qeyri-müəyyənliyə son qoyulmalıdır.
Girov götürülmüş insanların taleyi də böyük narahatlıq doğurur. Öz doğmalarının məzarlarını ziyarət edən azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevi hələ də girovluqda saxlayan Ermənistanın əsir və girovların "Hamının hamıya dəyişdirilməsi" prinsipinə qarşı çıxması bu ölkənin qeyri-insani mahiyyətinin, insan taleyinə münasibətdə məsuliyyətsiz davranışının daha bir bariz nümunəsidir.
Münaqişədən uzun illər əziyyət çəkən ölkə kimi Azərbaycan beynəlxalq humanitar hüququn müddəalarına əməl edilməsinə xüsusi diqqət yetirir və bu sahədə beynəlxalq səyləri dəstəkləyir.
Azərbaycan BMT-də iki ildən bir "İtkin düşmüş şəxslər" və "Silahlı münaqişələr zamanı girov götürülmüş qadın və uşaqların azad edilməsi" adlı qətnamələr irəli sürür.
Qətnamələrin əsas məğzi bu kateqoriyadan olan şəxslərin taleyinin müəyyənləşdirilməsinə mümkün olduğu qədər töhfə verməkdən ibarətdir.
İcma bildirir ki, münaqişənin mahiyyətini müxtəlif cəhdlərlə təhrif etməyə çalışan Ermənistan törətdiyi cinayətləri gizlədə bilməyəcək və mütləq qaydada onlara görə cavab verməli olacaq.

Siyasi       Tarix: 27 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara


son xeberler azerbaycan xeberleri yeni xeberler metbuat bu gune olan xeberler son xeber.az krminal bu gun