Qarabağ münaqişəsi tarixdir, artıq müzakirə olunacaq bir şey yoxdur

Qarabağ münaqişəsi tarixdir, artıq müzakirə olunacaq bir şey yoxdurOktyabrın 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş keçirilib. Müzakirə zamanı möhtərəm Prezientimiz cənab İlham Əliyev qeyd edib ki, iki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannamə çoxillik münaqişəyə son qoydu. İndi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtı yetişib. Əlbəttə, biz bu məsələdə Sizin şəxsi rolunuzu yüksək qiymətləndiririk. Bir qədər sonra keçiriləcək bugünkü üçtərəfli görüş bizim ilk görüşümüz olmayacaq. Sizin təşəbbüsünüzlə bu cür görüşlər keçirilib və görürəm ki, normallaşma prosesinə çox yaxşı impuls verib. 
Postmüharibə dövründə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, bölgədə sülh və təhlükəsizliyin təmin edilməsi istiqamətində bu görüş xüsusi əhəmiyyət kəsb edirdi. Paşinyan başda olmaqla Ermənistan tərəfi görüşə hazırlıqlı gələrək sözügedən görüşdən konkret nəticələrlə geri dönəcəklərini düşünürdülər. Lakin möhtərəm  Prezidentimiz cənab  İlham Əliyev iradəsini və mövqeyini ortaya qoymaqla növbəti dəfə təmkin göstərərək qalib ölkəni uğurla təmsil etdi. Görüşün nəticəsi olaraq qəbul edilmiş yekun bəyanatdan da açıq görünür ki, bu görüş Azərbaycan diplomatiyasının növbəti uğuru və qələbəsidir.
Soçi görüşündə çox mühüm açıqlamaların olduğu həmçinin, ölkə başçısının "Qarabağ məsələsi artıq tarixdir" fikri məsələnin bitdiyinə dair bir mesajdır.
"Azərbaycan 44 günlük müharibədən sonra bu səhifəni artıq qapatdı. Hazırkı əsas mövzu Azərbaycan və Ermənistan  arasındakı əlaqələrdir. Rəsmi Bakı artıq 5 prinsipdən ibarət təklifini verib və bu təklif beynəlxalq hüquq normalarına əsaslanır. Vasitəçilik etmək istəyən bütün ölkə və qurumlar bu prinsipləri qəbul edib. Bu səbəblə də gələcəkdəki danışıqlar sırf  həmin mövzuda olmalıdır. Ermənistan yaxın müddətdə Azərbaycanın təklifləri əsasında sülh müqaviləsini imzalamalı, sərhədlərin delimitasiyası  və  nəqliyyat  kommunikasiyalarının açılması məsələsini həll etməlidir. Çünki regiona sabitliyin gətirilməsi və Ermənistanın bir dövlət kimi öz mövcudluğunu qoruması bundan asılıdır".
Qərblə Rusiya arasında rəqabət bölgədə müharibəni tətikləyir, ona görə də Ermənistan və Azərbaycan heç bir vasitəçi olmadan məsələləri özləri öz aralarında həll etməlidirlər. Dövlət başçılarının intensiv görüşləri ikitərəfli münasibətləri kifayət qədər ətraflı müzakirə etmək və bu münasibətlərdə müsbət dinamikanı artırmaq imkanı yaradır. İki il bundan əvvəl imzalanmış və münaqişəyə son qoyan üçtərəfli bəyanatın tələbləri, müddəaları üzrə işlərin sürətləndirilməsi, Azərbaycanın irəli sürdüyü 5 əsas prinsip üzrə Ermənistanla münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etməyin zamanı yetişib, buna görə təmaslar ciddi rola malikdir.
Soçi görüşündə humanitar məsələlər blokunun təxirə salınmadan həllinə yönəlmiş əlavə səylər göstərmək barədə razılaşma əldə olunub: "Münaqişə çərçivəsində olan bütün problemli məsələlər güc tətbiq etmədən BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə etməklə həll olunmalıdır. Regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsinin bağlanmasına hazırlıq işləri fəal aparılmalıdır. Mövcud işlənilən təkliflər əsasında məqbul həll yollarının axtarışı davam olunmalıdır".
Naftalan şəhər sakini Möhbbət Bədəlov / azxeber.com

Siyasi       Tarix: 04 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

1 saat danışdılar - Lavrov və Rubio nəyi müzakirə etdi?

Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Marko Rubio arasında təkbətək danışıqlar başa çatıb. "RİA Novosti"yə istinadən xəbər verir ki, diplomatik görüş təxminən bir saat davam edib

İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı

Azərbaycanlı və erməni ekspertlərin "Sülh körpüsü" təşəbbüsü çərçivəsində bu günlərdə İrəvanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. APA-ya istinadən xəbər verir ki, görüş Azərbaycan tərəfinin istəy

Prezidentdən xüsusi sərhəd mesajı: onlarla ölkə prosesə qoşulacaq

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması"

Həsən Həsənov: "Ad çəkilir, amma konkret mənbə göstərilmir

"Ermənilər bizə qarşı bir söz deyəndə mənbə adı çəkmirlər". xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış"

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

Prezidentdən "AzerGold"la bağlı - Sərəncam

"AzerGold" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilib. Bununla bağlı Preziden

"Atəşkəs var" deyən Tramp, "razılaşma yoxdur" deyən Zelenski – Ukraynada nə baş verir?

ABŞ Prezidenti Donald Trampın Ukraynada elan etdiyi "enerji atəşkəsi"ni tərəflər fərqli şəkildə başa düşür. xəbər verir ki, bunu ukraynalı ekspertlər açıqlamalarında bildiriblər. Sentyabrın 14-də Donald Tramp Ukrayn

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlə


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler azerbaycan son.xabar cəbhədən şad xəbər az xeber