"Qarabağ" ordenli şəhidin zabit əmisi dəfn edildi - FOTO

"Qarabağ" ordenli şəhidin zabit əmisi dəfn edilib.
Bu barədə azxeber.com-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, fevralın 11-də Müdafiə Nazirliyinin təşkilatçılığı, hərbi qulluqçuların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə istefada olan polkovnik Xəzər Abbasovla vida mərasimi keçirilib və o, hərbi və dini ənənələrə uyğun olaraq "Qurd qapısı" qəbiristanlığında yaylım atəşi altında son mənzilə yola salınıb.
Mərhumun cənazəsi üzərinə sərilən bayraq xatirə saxlanılması üçün ailəsinə təqdim edilib. Oğlu Sənan və qardaşı Rüstəm Abbasovlar göstərilən ehtirama və diqqətə görə Müdafiə Nazirliyinin rəhbərliyinə, təşkilatçılara, o cümlədən dəfn mərasimində iştirak edənlərə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Xəzər Abbasov 1968-ci il fevralın 12-də Bakı şəhərində anadan olub. 1985-ci ildə orta məktəbi bitirdikdən sonra Belarusa gedərək Minsk Ali Hərbi Siyasi Ümumqoşun Məktəbinə daxil olub və burada təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra doğma Vətənə can atsa da, mümkün olmayıb. Bir müddət Leninqrad şəhərində motoatıcı alayda xidmət edib.
Böyük çətinliklərdən sonra nəhayət Azərbaycana qayıdan gənc zabit böyük həvəslə yeni yaranmaqda olan Milli Orduda xidmətini davam etdirib. Əvvəl hərbi hissələrdə, sonra isə Müdafiə Nazirliyində xidməti vəzifələrinin öhdəsindən layiqincə gəlib.
Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında Hərbi Diplomatiya kursunu bitirib. Azərbaycan Silahlı Qüvvələrinin Qazaxıstan və Gürcüstan respublikalarındakı hərbi attaşesi vəzifələrində xidmət edib.
2017-ci ilin fevral ayında Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının rəyinə əsasən xəstəliyə görə Azərbaycan Ordusundan istefaya buraxılıb. Azərbaycan Silahlı Qüvvələrinin veteranı idi. Xidmət müddətində bir neçə medal, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Xəzər Abbasovun 1991-ci il noyabrın 17-də Bakı şəhərində anadan olan qardaşı oğlu Həmid Abbasbəyli də əmisinin arzusu ilə ixtisas seçimində hərbi peşəyə üstünlük verərək Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində "Zabit ixtisas kursu"nu bitirib.
Xüsusi əməliyyat taborunda xüsusi əməliyyat qrupu komandirinin müavini vəzifəsində xidmət edib, "baş leytenant" hərbi rütbəsinədək yüksəlib. Vətən müharibəsinin ilk günündən böyük ruh yüksəkliyi, qələbə əzmi ilə hərbi əməliyyatlara qatılıb. Əmisini və ailəsini əmin edib ki, onları tezliklə qələbə müjdəsi ilə sevindirəcək. Gənc zabit Həmid Abbasbəyli sözünü tutaraq, Cəbrayıl və Füzuli rayonlarının bir çox yaşayış məntəqələrinin işğaldan azad edilməsi uğrunda döyüşlərdə əsl qəhrəmanlıq və şücaət nümunələri göstərib. Lakin Vətən müharibəsinin 24-cü günündə xüsusi döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucalıb.
Əmisinin yolunu seçən və ümidlərini doğruldan baş leytenant Həmid Abbasbəyli Azərbaycanın ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Prezidentin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Qarabağ" ordeni və bir neçə döyüş medalı ilə təltif olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Sosial       Tarix: 13 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki


yeni xeberler son xeberler azerbaycan xeberleri kriminal bugun kriminal xeber son xəbərlər bugün 2026 kriminal