Qarabağ qazisinin yardıma ehtiyacı var

Qarabağ qazisinin yardıma ehtiyacı var Qarabağ qazisinin yardıma ehtiyacı var
Qarabağ qazisinin köməyə ehtiyacı var.
Oxu.Az xəbər verir ki, Ağdam rayonunda anadan olan 45 yaşlı Qarabağ qazısı Bəybala Quliyev 1992-1997-ci illərdə elə doğulduğu Ağdam torpaqları uğrunda döyüşlərdə iştirak edib.
Müharibədə qarnından, qollarından və ayaqlarından qəlpə yarası alan qazimizin səhhətində ciddi problemlər yaranıb. B.Quliyev leykoz (ilik xərçəngi) xəstəliyindən əziyyət çəkir:
"Təxminən bir il bundan qabaq qanaxma oldu. Həkimə müraciət edib, analiz verdik. İlikdən nümunə götürdülər və nəticəsində leykoz xəstəliyinə tutulduğumu öyrəndim. İlk olaraq müalicəm Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında başladı. 4 kurs kimya-terapiya müalicəsi alaraq remissiya qazandım.
Maddi durumum müalicəmi davam etməyə imkan vermədi və xəstəliyim yenidən geri qayıtdı. İlik köçürülmədikcə xəstəlik geri qayıdacaq. Bu dəfə də müalicə sonunda ilik nəqli olunmazsa, həyatımı itirə bilərəm. İlik nəqli üçün 68 min dollar pul tələb olunur. Özüm Binəqədi rayonu 7-ci mikrorayonu, Slavyan Universitetinin 4 saylı yataqxanasında məskunlaşmışıq. Bu məbləğə gücüm çatmır. İlk növbədə dövlətimizdən, sonra da xalqımızdan, imkanlı şəxslərdən mənə maddi yardım göstərmələrini xahiş edirəm".
B.Quliyev üç oğul, bir qız atasıdır. Onların ən böyük arzusu isə ataları sağlam, ayaqüstə görməkdir.
Qarabağ qazimizə kömək etmək istəyən şəxslərdən 070 898 50 10 nömrələri ilə əlaqə saxlamaları və ya aşağıdakı bank hesabına pul köçürmələri xahiş olunur.
Qarabağ qazisinin yardıma ehtiyacı var

Sosial       Tarix: 01 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Maaş və pensiyalarla bağlı müjdə: artım olacaq – Konkret tarix bilindi

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. KONKRET.azxəbər verir ki, -a danışan iqtisadç

Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama

"Milli Məclisin komitə iclasında təqdim etdiyimiz təkliflərdən biri də "çoxuşaqlı ailə" anlayışına yenidən baxılması ilə bağlıdır. Təklifə əsasən, mərhələli şəkildə üç və daha çox uşağı olan ailələrin çoxuşaql

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxabar az cəbhədən son xəbər metbuat xeberleri enson xeberler