"Qarabağda yeni iş yerləri açılacaq" - AÇIQLAMA

Torpaqlarımız işğaldan azad ediləndən sonra Böyük Qayıdış layihəsi çərçivəsində əhalinin bu ərazilərə köçürülməsinə başlanılıb. Lakin məlum səbəblərə görə, sakinlərin işlə təmin olunması prosesi yetərincə həyata keçirilmir. Nəzərə alsaq ki, həmin ərazilərin kifayət qədər iqtisadi potensialı var, deməli, iş yerlərinin açılması, orada yaşayan əhalinin hansı işlərlə təmin olunması sual doğurur və maraqla gözlənilir. Bəs, həmin ərazilərdə əsasən hansı sahələrə üstünlük verilməlidir? Həmçinin bunun hansı iqtisadi perspektivləri mövcuddur? Ümumiyyətlə, azad edilən ərazilərdə yaxın gələcəkdə yeni iş yerlərinin açılması gözlənilirmi?
"İqtisadi və Sosial Araşdırmalara Yardım" İctimai Birliyinin sədri, iqtisadçı ekspert Eyyub Kərimli KONKRET.az-a açıqlamasında bildirib ki, ölkəmizin böyük qələbəsi və zəfəri nəticəsində artıq Qarabağ və Şərqi Zəngəzur İqtisadi zonaları iqtisadiyyata reinteqrasiya edilir:
"Təbii ki, bu ərazilərin gələcəkdə iqtisadi inkişafa çox böyük tövhəsi olacaq. Belə ki, proqnozlara əsasən, işğaldan azad edilən bölgələrimiz gələcəkdə 10 milyard manat gəlir formalaşdıracaq ki, bu da Ümum Daxili Məhsulun inkişafına təkan verəcək. Çünki həmin bölgələrin müxtəlif sahələr üzrə böyük iqtisadi potensialı var. Yəni həm kənd təsərrüfatı, həm sənaye, həm də xidmət sektorları üzrə geniş imkanlar mövcuddur".
"Bununla yanaşı, azad edilən ərazilər turizm potensialı, heyvandarlıq, meyvəçilik, bitkiçilk, həmçinin emal sənayesi üzrə geniş imkanlara malikdir. Təkcə kənd təsərrüfatı üzrə 600 min hektar torpaq əkilib-biçilməsini gözləyir. Bu baxımdan, əlbəttə ki, həmin bölgələrin iqtisadiyyata, əmək bazarına və məşğulluğa verəcəyi tövhə danılmazdır", – deyə ekspert vurğulayıb.
Həmsöhbətimiz əlavə edib ki, 15 oktyabrda Xankəndi və digər ərazilərimizə bayrağımız sancılıb və bu da o deməkdir ki, haqqında danışdığımız ərazilər iqtisadi baxımdan daha da inkişaf edəcək: "Artıq indidən həmin ərazilərdə azad iqtisadi zonaların, aqroparkların salınması və fəaliyyəti həyata keçirilir. O cümlədən, geniş infrastruktur layihələrinin həyata keçirilməsi, hava limanlarının salınması həmin bölgələrin ixrac potensialı və sahibkarlığın inkişafına böyük təsir edəcək. Bu baxımdan, düşünürəm ki, gələcəkdə yeni iş yerlərinin açılması daha sürətlə həyata keçiriləcək. Çünki iqtisadiyyat inkişaf etdikcə, məşğulluq da daha çox inkişaf edəcək və iş yerlərinin açılması da sürətləncək".
"Təbii ki, dövlət də bu istiqamətdə müəyyən geniş strategiya həyata keçirir. Belə ki, azad edilən ərazilərə köçürülən və işləməyən ailələrə 600 manat vəsait ödənilir, həmçinin orada fəaliyyət göstərən işçilərin təmin olunduğu məvacib, digər bölgələrdə çalışanların əməkhaqlarına nisbətən daha çoxdur. Üstəlik, həmin bölgələrdə dövlət və özəl sektorda iş yerləri açılmaqda davam edir və edəcək. Bu da iqtisadiyyatın inkişafı və əhalinin rifahına öz təsirini göstərəcək. Nəticədə iqtisadi inkişaf artdıqca, əhalinin köçürülməsi də sürətlənəcək. Əhalinin köçürülməsi isə daha böyük formada yeni iş yerlərinin yaradılmasına təkan verəcək", – deyə Kərimli fikrini yekunlaşdırıb.
Mərahim Nəsib,
KONKRET.az

Sosial       Tarix: 17 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind


azerbaycan xeberleri son xeberler yeni xeberler krimnal bugun cəbhədən son xəbərlər 2026 ən son xəbər xeberler bu gun