"Qarabağdakı Rusiya sülhməramlılarını Türkiyə hərbi qüvvələri əvəzləyə bilər" – AÇIQLAMA
"Rusiya hərbi qüvvələri Suriyanı tərk edir, Ermənistan hazır olsun".
Bu fikiri Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov öz sosial şəbəkə hesabında paylaşıb. Yazılanlardan belə nəticəyə gəlmək olur ki, Rusiya artıq öz qoşunlarını Suriyadan geri çəkmək məcburiyyətində qalıb. Sırada isə növbə Ermənistanındır. Yəni Kremlin İrəvandakı hərbi bazasını da ləğv etmək kimi planları ola bilər.
Mövzu ilə bağlı KONKRET.az-a özəl açıqlama verən Tofiq Zülfüqarov sosial şəbəkə hesabında paylaşdığı fikirləri belə şərh edib:
"Rusiya hərbi qüvvələrin Suriyadan çıxarılmasının səbəbi Ukrayna-Rusiya arasındakı müharibə ilə bağlıdır. Belə ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar və yaşanan böhran Kremlin gəlirlərinə ciddi təsir edib. Bu səbəbdən də, təkcə Suriyada deyil, eləcə də digər bölgələrdəki rus hərbi bazaları ləğv oluna bilər. Eyni zamanda Rusiya hərbçilərinin Qarabağdakı hərbi bazasının fəaliyyətinin də yaxın gələcəkdə dayandırılması mümkündür. Çünki, bu hərbi bazanın fəaliyyəti sıfıra bərabərdir. İran və Türkiyə qoşunları qarşısında Rusiyanın Ermənistandakı hərbçiləri çox kiçikdir və heç nə edə bilməz".
Tofiq Zülfüqarov əlavə edib ki, Qarabağdan həmçinin Rusiya sülhməramlılarının da çıxarılması mümkündür. Çünki onların təminatı birbaşa havadan həyata keçirilir. Bu isə Rusiya üçün xeyli məsrəfə başa gəlir. İndiki şəraitdə isə Rusiyanın buna imkanı yoxdur. Üstəlik Qarabağda Rusiya ilə yanaşı, Türkiyənin monitorinq qrupu da fəaliyyətdədir. Kreml üçün Cənubi Qafqazda Qərbə meydan açmaqdansa, münasibətlərinin yaxşı olduğu Türkiyəyə imkan tanımaq daha məqbuldur. Ona görə də, Rusiya sülhməramlılarını Türkiyə hərbi qüvvələrinin əvəzləməsi mümkündür. Odur ki, müharibə fonunda Rusiyanın gəlirlərinin azalması, Kremli əlavə xərclərdən azad olmağa məcbur edir".
Müşviq Tofiqoğlu,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?
Yelo Bank-ın 0% komissiyalı biznes kampaniyasına qoşulun