Qarabağdan Qars müqaviləsinə qədər – Türkiyə ilə danışıqlar Ermənistanda qalmaqal yaratdı
Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırmaq istiqamətində apardığı hazırkı siyasət ölkə daxilində ciddi tənqidlərə səbəb olub.
KONKRET.az xəbər verir ki, İrəvan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı, türkoloq Ruben Melkonyan Ermənistan–Türkiyə münasibətlərinin normallaşdırılması prosesini kəskin tənqid edib.
O, bu barədə 2009-cu ildə imzalanmış Sürix protokollarının 17-ci ildönümü münasibətilə Sputnik Ermənistan-a açıqlamasında danışıb.
Melkonyanın sözlərinə görə, hazırkı normallaşma prosesi real diplomatik irəliləyişdən daha çox görüntü xarakteri daşıyır.
Ekspert hesab edir ki, 2008–2009-cu illərdə həyata keçirilən və tarixə "futbol diplomatiyası" kimi düşən proses zamanı Ermənistan öz mövqelərini qorumağa, bir sıra prinsipial məsələlərdə güzəştə getməməyə nail olmuşdu.
Onun fikrincə, hazırkı mərhələdə isə Ermənistan diplomatiyası həmin dövrlə müqayisədə geriləmə yaşayır.
Melkonyan xüsusilə Sürix protokollarının məzmununa diqqət çəkib.
O bildirib ki, həmin sənədlərdə nə Qarabağ məsələsinə, nə qondarma "erməni soyqırımı" iddialarını şübhə altına alan müddəalara, nə də Qarabağ məsələsinin Azərbaycanın xeyrinə həllini nəzərdə tutan ifadələrə yer verilmişdi.
Bundan başqa, protokollarda 1921-ci il Qars müqaviləsinə də istinad edilməmişdi.
Erməni ekspertin sözlərinə görə, bütün bunlar Türkiyənin irəli sürdüyü tələblər sırasında olsa da, həmin dövrdə Ermənistan bu məsələlərdə geri çəkilməmişdi.
Xidmetler [newsid: 0-123300]

Simonyan Azərbaycan nümayəndə heyəti ilə görüşdü
Tanışının fotolarını çəkib şantaj etməkdə ittiham olunan qardaşlarla bağlı QƏRAR
Qazın qiyməti bahalaşır
ABŞ-ın elan edilməmiş informasiya müharibəsi: USAID-in 248 məxfi sənədi nəyi üzə çıxarır?
Ağrı dağının təsviri Ermənistanın gerbindən çıxarılacaq?
Lənkəranda ev yanaraq külə döndü
Dünənki oyunda ölən əcnəbi baş direktor imiş
Yevlaxda avtomobil yük maşını ilə toqquşdu, iki nəfər öldü
Tramp Çindəki görüşdə Putinə nə dediyini ilk dəfə açıqladı
ABŞ-da fövqəladə vəziyyət: məşhur parad təxirə salındı
Azərbaycan və Özbəkistan parlamentləri arasında 'Yol xəritəsi' imzalanıb - Yenilənib
Milli Qəhrəman Pəncəli Teymurovun qardaşına yeni vəzifə verildi - Foto
"Sabah" - "Barselona" matçının ən yaxşısı odur
AZAL 2025-ci il üzrə illik hesabatını təqdim etdi
Tərtər 'Gənclər paytaxtı', Masallı isə 'İdman paytaxtı' seçilib