"Qardaşım anama vəzifəli şəxsi öldürdüyünü demişdi..."

"Təfəkkür Universiteti"nin prorektoru Tarıyel Əhmədovun qətli ilə bağlı məhkəmə araşdırması davam edir.
Bakı Ağır Cinayətlər Mərhələsində keçirilən iclasda şahid ifadələri dinlənilir.
Mərhum prorektorun qətlinə görə 3 nəfər- sözügedən universitetin sabiq rektoru, professor Müşfiq Atakişiyev, Dəyanət Quliyev və onun dostu Samir Quliyev mühakimə edilir. İttihama görə, cinayətdə M.Atakişiyev sifarişçi, D.Quliyev təşkilatçı, S.Quliyev isə icraçı rolundadır.
Bugünkü iclasda müttəhimlər S.Quliyev və D.Quliyevin qardaşları və mərhum Əhmədovun kürəkəni ifadə verib.
Dəyanətin qardaşı Xalid Quliyev deyir ki, qardaşı həbs edilənə kimi onun cinayət törətməsindən xəbəri olmayıb. Heç vaxt bu haqda söhbət getməyib.
Şahidin hakim qarşısında dedikləri ilə istintaqa danışdıqları arasında ziddiyət olduğuna görə əvvəlki ifadəsi elan edilib.
Quliyev müstəntiqlə söhbətində daha təfərrüatlı danışıb. Məlum olub ki, Dəyanət içkili halda olduğu günlərin birində 16 yaşlı qızına cinayət törətdiyini deyib. Qız isə bunu əmisinə danışıb. Bundan başqa, Xalid bir neçə dəfə qardaşının hansısa sirri saxlamasından şübhələnib: "O, atasının cinayət törətdiyini deyəndə tərəddüd etdim. Dedim ki, atan haqda danışırsan. Hələlik sakit ol, bu barədə heç kimə demə. Bir dəfə də Samirlə çayxanada mübahisə edən vaxt belə bir hal oldu. Dedi ki, ağıllı olun, nəslinizin ipi əlimdədir. Amma həmin vaxt nə demək istədiyini başa düşmədim".
Prosesin davamında Samir Quliyevin qardaşı Rövşən Quliyev də ifadə verib. R. Quliyev də qardaşının cinayət törətməsini həbsindən sonra öyrənib. Amma Dəyanət tutulandan sonra qardaşının hərəkətlərindən şübhələnib: "Dəyanətin həbsindən sonra Samirlə birgə məni də prokurorluğa çağırdılar. Bir neçə dəfə birlikdə gedib-gəldik. Məni buraxdılar, Samir qaldı. Onda bildim ki, qardaşım da bu işin içindədir. Ümumiyyətlə, Dəyanət təslim olandan sonra özünü pis hiss edirdi. Hər dəfə deyirdi ki, bir sirrim var. Sonradan öyrəndim ki, Samir tutulandan 10 gün əvvəl anama hər şeyi danışıb. Deyib ki, vəzifəli bir şəxsi öldürüb, ona görə pis olur."
Prosesdə mərhum prorektorun kürəkəni Babək Aslanov da ifadə verib. Şahidin sözlərinə görə, ilk vaxtlardan M. Atakişiyevdən şübhələnib. Hətta şübhələri haqda onun özünə də deyib:
"Qayınatamın yasında Müşfiqlə mübahisə etdik. Açıq dedim ki, bu hadisədə sənin əlin var. Sonra da yasdan qovdum. Ona görə şübhələnirdim ki, qayınatam mənimlə hər şeyi danışırdı. Həmişə deyirdi ki, Müşfiqlə yola getmir. Amma iş elə gətirdi ki, Müşfiq qaldı kənarda, bir ara məndən şübhələndilər.
Uzun illər dedim ki, mən heç nə etməmişəm, bu işdə günahkar Müşfiqdir. Quliyevlər tutulandan sonra da məni istintaqa çağırdılar. Amma sonda hər şey ortaya çıxdı."
Proses fevralın 9-u davam edəcək.
Qeyd edək ki, M.Atakişiyev, D.Quliyev və S.Quliyevə qarşı Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddənin sanksiyasında 14 ildən 20 ilə və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
qafqazinfo.az / konkret.az

Hadisə       Tarix: 31 yanvar 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Ərəzin kəndi ərazisində üç avtomobilin iştirakı ilə qeydə alınıb. Baş vermi

Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var

Bu gün saat 16 radələrində paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsində yol-nəqliyyat hadisəsi baş verib. -ya istinadən xəbər verir ki, Əhmədli metrostansiyasının qarşısında "BMW" və "Hyundai" markal

"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?

Vətəndaş Bakı-Sumqayıt ("Riyad" TM ərazisində-red.) yolunda "Bolt" şirkətinə məxsus taksi sürücüsü tərəfindən hədə-qorxusu və zorakılığa məruz qaldığını iddia edir. xəbər verir ki, Elvira Vəliyeva bu barəd

BMV VAZ-la toqquşdu: 1 ölü, 4 yaralı

Salyanda yol qəzası baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Qırxçıraq kəndi ərazisində qeydə alınıb. BMV və VAZ markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, 4 nəfər – Neftçala rayon sakinlər

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla 11:27-də, 3.5 maqnitudada qeyd

Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi

Rumıniya sahilləri yaxınlığında göyərtəsində Azərbaycan vətəndaşlarının da olduğu gəminin vurulması zamanı azərbaycanlıların hamısı xilas edilib. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti idarəsini

"28 Mall"un qarşısında ölüm - təfərrüat

Bakıda 82 yaşlı Türkiyə vətəndaşı qəfil vəfat edib. -a istinadən xəbər verir ki, hadisə paytaxtın "28 Mall" ticarət mərkəzinin qarşısında baş verib. Belə ki, Nəsimi rayonu, Füzuli küçəsində A.Reşatın həkiməqədə

İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı

Sumqayıtda yerləşən "Qold Qayalı" marketin anbarından külli miqdarda oğurluq olub. -ın əldə etdiyi məlumata görə, hadisəni törədənlər "Qold Qayalı"nın təsərrüfat müdiri və mağazada fəhlə kimi çalışan ik

Kütləvi davada qətli törədənlərin kimliyi bilindi

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı əlavə detallar məlum olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, qətli törədənlərin "Sabunçu Emil" və MMA döyüşçüsü kimi tanınan Elnar adlı şəxslər olduğ


azerbaycan xeberleri son xeberler yeni xeberler son.xeberler son.xabar kriminal xeber valyuta