"Qardaşımla bir dildə danışdıq və aramızda tərcüməçi yox idi" - Özbəkistan Prezidenti
"Əvvəlcə, bu gün bizim sənətçilər dostum, qardaşım İlham Heydər oğluna gözəl Xivədə, Özbəkistanda bizim mədəniyyətimizi, sənətimizi və onların yaxınlığını göstərdilər. Mən Sizə olduqca minnətdaram və bu gün çox qürur hissi keçirdim ki, qardaşımla bir dildə danışdıq və aramızda tərcüməçi yox idi".
KONKRET.az xəbər verir ki, bu sözləri Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevlə görüşü zamanı deyib.
"Bu sənətçilər bizim mədəniyyətimizi, tariximizi, soykökümüzü, birliyimizi dərin sevgi, məhəbbət və ehtiramla tərənnüm etdilər, göstərdilər ki, bu iki böyük xalqın tarixi birliyi və gələcəyi həqiqətən də sarsılmazdır. Biz dünəndən dostluğumuz, əlaqələrimiz haqqında danışır və müzakirələr aparırıq. Lakin bu gün bizə bunu əməli olaraq sənət ilə göstərdiniz. Mən sizə minnətdaram.
Son illər bizim mədəniyyətimizə, tariximizə, ümumiyyətlə, makomumuza və muğamımıza ehtiramla yanaşmağımız təqdirəlayiqdir. İllər ötəcək, əsrlər keçəcək və gələcəkdə siz bu mədəniyyətin iştirakçıları olacaqsınız. Övladlarınız, qonşularınız, dostlarınız həmişə bu mədəniyyət ilə təmasda olacaqlar. Mən qardaşım İlham Heydər oğluna məmnuniyyətlə demək istəyirəm ki, bu gün sənətçilər bizə Yeni Özbəkistanda yeni mədəniyyəti göstərdilər", – deyə Prezident Şavkat Mirziyoyev əlavə edib.

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?