"QATAR GETDİ": İranla müharibənin bitməsi belə "respublikaçı"ları xilas edə bilməyəcək

POLITICO nəşrinin yeni sorğusu göstərir ki, Donald Trampın noyabrda keçiriləcək Konqres seçkiləri ərəfəsində amerikalı seçicilərin əhvalını dəyişməsi olduqca çətin olacaq. Hətta İranla müharibənin başa çatması, benzinin ucuzlaşması və inflyasiyanın kəskin zəifləməsi belə sorğuda iştirak edənlərin əksəriyyətinin seçiminə, demək olar ki, təsir etməyəcək.
PF Global şirkətinin 3–5 oktyabr tarixlərində 2001 yetkin amerikalı arasında keçirdiyi araşdırma göstərib ki, respondentlərin cəmi 28 faizi Tramp İranla müharibəni başa çatdıracağı təqdirdə Respublikaçılar Partiyasına səs verməyə daha çox meyilli olardı. Benzinin bir qallonu üçün qiymətin 1 dollar azalması isə respondentlərin 29 faizinin seçiminə təsir göstərə bilərdi.
Bununla yanaşı, hər üç amerikalıdan biri müharibənin başa çatmasının qərarını heç bir şəkildə dəyişməyəcəyini bildirib. Respondentlərin daha 20 faizi isə belə bir vəziyyətdə respublikaçılara dəstək verməyə daha az meyilli olacağını deyib.
Qərarını hələ müəyyənləşdirməyən seçicilərin mövqeyi xüsusilə diqqətəlayiqdir. Onların yalnız 9 faizi İranla müharibənin başa çatmasının respublikaçılara səs vermək ehtimalını artıracağını bildirib. Benzinin bir qallonu üçün qiymətin 1 dollar ucuzlaşması isə bu seçicilərin cəmi 10 faizini inandıra bilərdi.
Üstəlik, amerikalılar Trampın bu nəticələrə nail olacağına da o qədər inanmırlar. Respondentlərin yalnız 27 faizi onun İranla müharibəni başa çatdıra və ya ərzaq məhsullarının qiymətlərini əhəmiyyətli dərəcədə aşağı sala biləcəyini düşünür. Hətta 2024-cü ildə Trampa səs verənlərin arasında belə, benzinin bir qallonu üçün qiyməti 1 dollar azalda biləcəyinə inananların payı cəmi 43 faizdir.
"Düşünürəm ki, bir çox baxımdan seçkilərin nəticəsi artıq müəyyənləşib. Respublikaçıları hazırda necə səfərbər etmək olar? Demokratlar isə açıq şəkildə qətiyyətli mübarizəyə kökləniblər", – deyə sosioloji tədqiqat şirkəti "Noble Predictive Insights"ın təsisçisi Mayk Nobl bildirib.
Seçki mübarizəsinin xüsusilə gərgin keçdiyi ştatlarda çalışan respublikaçı siyasi texnoloqlardan biri isə vəziyyəti daha sərt qiymətləndirib:
"Tramp artıq heç nə edə bilməz. Açığını desək, hətta nəsə edə bilsəydi belə, indiki mərhələdə ona onsuz da heç kim inanmazdı".
POLITICO qeyd edir ki, İranla müharibənin iqtisadi nəticələri getdikcə daha çox hiss olunur. Yanacağın və gübrələrin qiyməti artır, bu da tədricən ərzaq məhsullarının bahalaşmasına səbəb olur. Müharibə dərhal başa çatsa belə, benzinin qiymətləri müharibədən əvvəlki səviyyəyə qayıtmayacaq. Ekspertlərin qiymətləndirməsinə görə, bunun üçün aylarla vaxt tələb oluna bilər.
"Tramp özü də deyir ki, İranla müharibə seçkilərə qədər başa çatmayacaq. Ancaq müharibə bitsə belə, yanacaqdoldurma məntəqələrində və mağazalarda qiymətlərin Respublikaçılar Partiyasının vəziyyətinin pisləşməsini dayandıracaq qədər aşağı düşəcəyini təsəvvür etmək çətindir", – deyə respublikaçı strateq Duq Hay bildirib.
POLITICO-nun məlumatına görə, respublikaçılar artıq Trampın 2024-cü ildə inamla qalib gəldiyi seçki dairələrini qorumaq üçün əlavə resurslar səfərbər etməyə məcbur olublar. Partiya daxilində mümkün itkilərin miqyası və Senata nəzarətin qorunub saxlanılması ilə bağlı narahatlıqlar artır.
"Seçkilərin gedişatını hansısa xarici hadisənin dəyişə biləcəyi vaxt artıq ötüb", – deyə respublikaçı siyasi texnoloqlardan biri fikrini yekunlaşdırıb.
Müəllif: Rüstəm Aqadamov / konkret.az

Siyasi       Tarix: 13 oktyabr 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Türkiyədən Azərbaycanla bağlı saxta paylaşım edənlərlə bağlı - RƏSMİ AÇIQLAMA

Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi Azərbaycanla Türkiyə arasındakı münasibətləri hədəf alan qərəzli və məqsədli paylaşımların aşkarlandığını bildirib. xəbər verir ki, mərkəzin sosial şəbəkə hesabında yayılan açıqlamad

"Valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyub

"Bizim valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyublar, hərçənd mən dediyim kimi, çeçenlər və azərbaycanlılar əsrlər boyu daim dostluq, anlaşma şəraitində yaşayıblar, bir-birini dəstəkləyiblər"

Çin xarici işlər naziri Van İ Azərbaycana səfər edəcək

Çinin xarici işlər naziri Van İ oktyabrın 15-də Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə görüşündə iştirak edəcək. Bu barədə Çin Xarici İşlər Nazirliyi məluma

İlham Əliyev və Ramzan Kıdırov "Bakı Ağ Şəhər"də olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov oktyabrın 10-da "Bakı Ağ Şəhər"də olublar. xəbər verir ki, "Bakı Ağ Şəhər" layihəsini

Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib. paylaşımı təqdim edir:

Qarabağdan Qars müqaviləsinə qədər – Türkiyə ilə danışıqlar Ermənistanda qalmaqal yaratdı

Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırmaq istiqamətində apardığı hazırkı siyasət ölkə daxilində ciddi tənqidlərə səbəb olub. xəbər verir ki, İrəvan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı, türkolo

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

Ermənistanın Gorus şəhərində oktyabrın 8-də Azərbaycan və Ermənistanın müvafiq strukturlarının nümayəndələri arasında TRİPP layihəsi çərçivəsində elektrik xətlərinin çəkilişi məsələlərinə həsr olunmuş texniki görüş keçirilib

Azərbaycanla Kanada arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub

Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Vüsal Süleymanov bu ölkənin deputatı Qurbuks Saini ilə görüşüb və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Kanadadakı səfirliyini

"QATAR GETDİ": İranla müharibənin bitməsi belə "respublikaçı"ları xilas edə bilməyəcək

POLITICO nəşrinin yeni sorğusu göstərir ki, Donald Trampın noyabrda keçiriləcək Konqres seçkiləri ərəfəsində amerikalı seçicilərin əhvalını dəyişməsi olduqca çətin olacaq. Hətta İranla müharibənin başa çatması, benzinin ucuzlaşmas


yeni xeberler azerbaycan xeberleri son xeberler butun xeberler xeberler azerbaycan son xeberler 2026 axsam.az xeberler