Qaxda antisanitar şəraitdə fəaliyyət göstərən süd məhsulları istehsalı müəssisəsi aşkarlanıb – FOTO
Qaxda antisanitar şəraitdə fəaliyyət göstərən süd məhsulları istehsalı müəssisəsi aşkarlanıb – FOTO
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentlik əməkdaşları tərəfindən Qax rayonu, Qarabaldır kəndində yerləşən hüquqi şəxs "Floral Glade" MMC-yə məxsus süd məhsulları istehsalı müəssisəsinə baxış keçirilib. İlkin baxış zamanı müəssisəsinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin, eləcə də sanitariya-gigiyena norma və qaydalarının kobud şəkildə pozulması faktları aşkar olunub. Müəssisədə istehsal olunan süd məhsullarının üzərində qanunvericiliyə uyğun zəruri məlumatların (istehsal tarixi, saxlama müddəti və s.) qeyd olunmadığı müəyyən olunub. Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Eyni zamanda müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam edir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.




Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
Zelenski o hərəkətinə görə tənqid olundu
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Məşhur türk aktyoru vəfat etdi
Emil Binyətzadə cəzalandırıldı
Bakıda mağazada qadın döyüldü
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız