Qaydalara, qoyulan tələblərə riayət edilsə, pandemiyaya asanlıqla qalib gəlmək olar

Qaydalara, qoyulan tələblərə riayət edilsə, pandemiyaya asanlıqla qalib gəlmək olarKoronavirus pandemiyası bütün inkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycanda da öz təhlükəsini göstərir. Lakin Azərbaycanda formalaşmış müasir səhiyyə sisteminin olması, vaxtında tədbirlər görülməsi koronavirusla mübarizədə müsbət nəticələr əldə etməyə imkan verir. Bunun sayəsində koronavirus pandemiyası başqa ölkələrdən fərqli olaraq bizdə daha az xətalar törədir. Virusa yoluxanların və bu səbəbdən həyatını itirənlərin sayı digər ölkələrdən dəfələrlə azdır. Bu problemin həlli ilə məşğul olmaq təkcə dövlətin üzərinə düşməməlidir. Bunun üçün hər bir vətəndaş öhdəsinə düşənləri məsuliyyətlə yerinə yetirməlidir. Hər kəs birlik nümayiş etdirməlidir. Dövlətimiz əlindən gələni edir, fədakar tibb işçiləri var-qüvvəsi ilə çalışırlar ki, pandemiyaya qarşı mübarizədən çox az zərərlə qalib ayrılaq.
Milli.Az bildirir ki, bu barədə AZƏRTAC-a müsahibəsində Azərbaycan Tibb Universitetinin fizioterapiya və tibbi reabilitasiya kafedrasının əməkdaşı, Tədris Cərrahiyyə Klinikasında fizioterapiya və reabilitasiya şöbəsinin müdiri Nurlana Əliyeva məlumat verib.
"Azərbaycanda yoluxma faktı aşkarlanan kimi tibb işçilərimiz könüllü olaraq mübarizəyə qoşuldular. Pandemiya ölkəmizdə həkimlərin sayının yetərincə olduğunu və təcrübəli kadrların yetişdiyini üzə çıxardı. Halbuki bir sıra ölkələr tibb personalının çatışmazlığı ilə də üzləşdi. Müasir tələblərə cavab verə bilən səhiyyə ocaqlarının olması Azərbaycanın pandemiya ilə mübarizədə daha yüksək nailiyyətlər əldə etməsinə səbəb olur. Buna baxmayaraq, bəzi vətəndaşların məsuliyyətsizliyi nəticəsində pandemiya ilə mübarizədə çətinliklərlə qarşılaşa bilərik. Karantin rejimin yumşaldılması o demək deyil ki, hər kəs ehtiyac olmadan küçəyə çıxsın, şəhəri gəzsin. İnsanlar virusun ciddiliyini qəbul etmirlər, "boş şeydir", "problem yoxdur" deyirlər. Vətəndaşlara bildirmək istəyirəm ki, virusu düşündüyünüz kimi təhlükəsiz hesab etmək olmaz, çəkilən bu qədər əziyyət boş-boşuna deyil. Həkimlərin necə əziyyət çəkdiyinə diqqət yetirin. Ailəsindən ayrı düşən, xəstəliyə yoluxanların sağalması üçün əlindən gələni edən həkimlər var. Onların əziyyətini hədər etməyin. Karantinin yumşaldılmasından sui-istifadə etmək istəyənlər var. Təəssüf ki, son zamanlar paytaxtda vətəndaşların maskasız, əlcəksiz gəzməklərinə, qucaqlaşıb görüşməklərinə şahid oluruq. Onlar haradasa toplaşmağa çalışırlar. Həmin vətəndaşların səhlənkarlığı öz ailələri və ətrafdakı insanlar üçün risk mənbəyidir. Bir insanın yoluxması həndəsi silsilə ilə artan yoluxmaya səbəb ola bilər. Hər bir vətəndaş özü-özlüyündə məsuliyyətli olmalıdır. Ailəsini, xalqını, dövlətini düşünməlidir. Dəfələrlə çağırışlar edilir ki, sosial məsafəni saxlamaq lazımdır. Yaxın məsafədə virus asanlıqla tənəffüs sisteminə daxil olar və yoluxa bilərsiniz. Məsafə saxlanılsa, əllərdə əlcək olsa, mütləq tibbi maskalardan istifadə edilsə, dövlətin gördüyü tədbirlər hədər getməz, birlikdə asanlıqla virusa qalib gələ bilərik. Yoluxanların artmasının qarşısı alına bilər. Son zamanlar qeydə alınan mənfi tendensiya da məhz həmin vətəndaşların səhlənkarlığının nəticəsidir", - deyə N.Əliyeva qeyd edib.
Mütəxəssis bildirib ki, Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə Azərbaycan dövləti üçün başlıca məsələnin vətəndaşların sağlamlığı olduğunu xüsusi vurğulayıb. Bunun bariz nümunəsi kimi qeyd etmək olar ki, xarici ölkələrdə yaşayan vətəndaşlarımız çarter reysləri vasitəsilə ölkəmizə gətirilir, karantin məntəqələrinə yerləşdirilirlər. Onların bütün təminatları həyata keçirilir. Həmin şəxslər 10-14 gün müddətində karantin məntəqələrində saxlanılır, sonra onlar müayinə edilərək, sağlam olanlar evə buraxılır, yoluxma şübhəsi olanlar və yaxud yoluxanlar isə müalicə olunmaq üçün müasir tipli xəstəxanalara yerləşdirilirlər. Bunlar dövlətin vətəndaşların sağlamlığı üçün əlindən gələni etdiyinin göstəricisidir.
Onun sözlərinə görə, koronavirusun 40-dan çox növü olsa da, COVID-19 digər növlərdən fərqlənir. Dünya alimləri virusun birdəfəlik aradan qaldırılması istiqamətində araşdırma aparırlar. Azərbaycanlı mütəxəssislər də bununla məşğuldurlar.
N.Əliyeva vətəndaşları bir sıra profilaktik tədbirlərə əməl etməyə səsləyib: "Gigiyenik qaydalara əməl olunmalıdır. Küçəyə çıxıb qayıtdıqda, ictimai nəqliyyatdan istifadə etdikdə əllər sabunla yuyulmalıdır. Əlcəklərdən istifadə edilməsi daha məsləhətlidir. İstifadə edildikdən sonra onlar xüsusi qaydada çıxarılmalıdır ki, əllər əlcəklərin üstünə dəyməsin. Qaydalara, qoyulan tələblərə riayət etsələr, pandemiyaya asanlıqla qalib gəlmək olar. Dezinfeksiyaedici məhsullardan istifadə edilməsi tövsiyə olunur. Vətəndaşlar bu qaydalara öyrəşməli, gündəlik rejimə çevirməlidirlər. Virus təhlükəsi bitənə qədər maska və əlcəklərdən istifadə olunmalıdır. Özlərində narahatlıq, xəstəlik əlamətləri hiss edirlərsə, sosial izolyasiya olunsunlar, başqalarını yoluxdurmamaq üçün onlarla təmas etməsinlər və aidiyyəti orqanlara müraciət etsinlər. Həm özlərini, həm də ətrafdakıları qorusunlar".
Mütəxəssis özü və ailəsinin qoyulan tələblərə əməl etdiyini və ehtiyac olmadığı halda evdən çıxmadıqlarını da diqqətə çatdırıb.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 16 may 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Gənclər arasında dəhşətli xəstəlik yayıldı – Həkim çağırış etdi

Son illər gənclər arasında autoimmun xəstəliklərə daha çox rast gəlinir. Məlumata görə, bu xəstəliklər vaxtında aşkarlanmadıqda ciddi sağlamlıq problemlərinə və müxtəlif orqanların zədələnməsinə səbəb ola bilər. Autoimmu

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları


son xeberler azerbaycan xeberleri yeni xeberler az xeber dunya xeberleri xeberler az en sonxeber