Qazaxıstan deputatları Beynəlxalq Türk Akademiyasının fəaliyyəti ilə tanış olublar
6 dekabr 2023-cü il tarixində Qazaxıstan Respublikası Parlamentinin deputatları Türk Akademiyasında olublar.
KONKRET.az-ın Mərkəzi Asiya ölələri üzrə bürosu xəbər verir ki, Türk Akademiyasının prezidenti Şahin Mustafayev Senatın Beynəlxalq Münasibətlər, Müdafiə və Təhlükəsizlik Komitəsinin nümayəndə heyətini qəbul edib.
İclasda Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Qazaxıstan Respublikası Parlamenti Senatının deputatları Darxan Kıdırali, Qaliaskar Sarıbayev, Əlişir Satvaldiyev, Gennadi Şipovskix, həmçinin Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti iştirak ediblər.
Görüş zamanı tərəflər türk dünyası üçün ortaq məsələlər – xüsusilə elm və təhsil, mədəni-humanitar əlaqələr, eləcə də elmi innovasiyalar ətrafında geniş fikir mübadiləsi aparıblar.
Akademiyanın prezidenti Ş.Mustafayev fəxri qonaqlara qurumun fəaliyyəti, həyata keçirdiyi elmi layihələr barədə məlumat verib. O, həmçinin qeyd edib ki, Akademiyanın təkcə humanitar sahədə deyil, digər elm sahələrində də fəaliyyət dairəsinin genişləndirilməsi istiqamətində yeni təşəbbüslər həyata keçirilib.
Komitənin katibi D.Kıdırəli çıxışı zamanı elmi inteqrasiyanın inkişafı sayəsində türk xalqlarının birliyinin möhkəmləndiyini və hazırda UTG-nin dünya birliyində nüfuzunun nəzərəçarpacaq dərəcədə artdığını xatırladıb.
Onun sözlərinə görə, qardaş ölkələrin rəhbərləri türk dünyasında əməkdaşlığın inkişafına xüsusi diqqət yetirirlər və gələcəkdə Qazaxıstan tərəfi Beynəlxalq Türk Akademiyasının bu istiqamətdə təşəbbüslərini dəstəkləməkdə davam edəcək.
"Bu yaxınlarda Astanada keçirilən sammitdə prezidentlər əməkdaşlığın daha da inkişafın etdirilməsi üçün mühüm qərarlar qəbul etdilər. Eyni zamanda, Qazaxıstan Parlamenti də elmi inteqrasiyanın güclənməsinə qanunvericilik aspektində, eləcə də digər tərəfdən dəstək verməyə hazırdır", – deyə D.Kıdırali bildirib.
Görüşün sonunda Senat deputatları Beynəlxalq Türk Akademiyasının gördüyü işləri və gələcəkdə həyata keçirəcəyi layihələri yüksək qiymətləndirərək qurum rəhbərinə minnətdarlıqlarını bildiriblər. Akademiyanın rəhbəri öz növbəsində 2023-cü ilin əlamətdar tarixləri ilə bağlı qurumun nəşr etdirdiyi əsərləri parlamentin nümayəndə heyətinə təqdim edib.
Tədbirin sonunda fəxri qonaqlar Türk Muzeyi və Kitabxanasına baş çəkib, burada məşhur türkşünasların şəxsi əşyaları və burada saxlanılan kitab kolleksiyaları ilə tanış olublar.
KONKRET.az

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
39 yaşlı kişi evində ölü tapıldı
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi