Qazaxıstan Prezidentinə sui-qəsd hazırlayan şəxs 17 il müddətinə HƏBS EDİLDİ
Qazaxıstan Prezidentinə sui-qəsd hazırlayan şəxs 17 il müddətinə azadlıqdan məhrum edilib.
KONKRET.az "İnterfax"a istinadən xəbər verir ki, bu barədə Astana Şəhər Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, cinayət işinə qapalı məhkəmə iclasında baxılıb.
Məlumata görə, təqsirləndirilən şəxs dövlətə xəyanət, odlu silahların, partlayıcı maddələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və Qazaxıstan Prezidentinin həyatına qəsd cinayətlərində ittiham olunub.
Qeyd edək ki, 2022-ci ilin aprelində Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi respublika prezidentinə və yüksək rütbəli məmurlara qarşı sui-qəsd planlaşdıran xarici kəşfiyyat agentinin həbs olunduğunu elan edib.
Axtarış zamanı saxlanılan şəxsdən səsboğucu ilə birlikdə xarici ölkədə istehsal olunmuş snayper tüfəngi, narkotik vasitə və külli miqdarda pul götürülüb. Xüsusi xidmətin məlumatına görə, silahlar maskalanmış formada hissə-hissə Qazaxıstana gətirilib.
İqbal Rzayev,
KONKRET.az

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü