Qazaxıstan Sosial Demokrat Partiyası prezident seçkilərində namizədini irəli sürdü - FOTO
Qazaxıstanın müxalif Ümummilli Sosial Demokrat Partiyası (OSDP) Nurlan Auesbayevi qarşıdan gələn prezident seçkilərində namizəd kimi irəli sürüb.
KONKRET.az xəbər verir ki, bu barədə "Tengrinews" agentliyi məlumat yayıb.
Bildirilib ki, Auesbayev 1957-ci ildə anadan olub və hazırda OSDP-nin paytaxt şöbəsinə rəhbərlik edir.
Məlumata görə, bir müddət əvvəl "Auyl" partiyasından namizədlik irəli sürülüb. Üç parlament partiyasının, hakim "Amanat", "Ak Jol" Demokrat Partiyası və Qazaxıstan Xalq Partiyasının növbədənkənar qurultayları isə oktyabrın 6-na təyin edilib.
Qeyd edək ki, Qazaxıstanda növbədənkənar prezident seçkiləri noyabrın 20-nə təyin edilib. Qanunvericiliyə görə, namizədlər respublika ictimai birlikləri tərəfindən irəli sürülür. Bu prosedur sentyabrın 23-də başlayıb və oktyabrın 11-dək davam edəcək. Namizədlərin qeydiyyatı oktyabrın 21-də başa çatacaq və seçki kampaniyası noyabrın 18-dək davam edəcək.
İqbal Rzayev,
KONKRET.az

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü