Qazaxıstanda hakimiyyətə kim gətirilməli idi? - ŞƏRH

Qazaxıstanda hakimiyyətə kim gətirilməli idi? - ŞƏRHPolitoloq Elxan Şükürlü Qazaxıstandakı hadisələrin Qərbin "məxməri inqilab" ssenarisi olduğu fikrini bir daha müdafiə edib.
KONKRET.az xəbər verir ki, o, iğtişaşların qərbyönümlü qüvvələrin bu ölkədə hakimiyyəti ələ keçirmək üçün təşkil etdiyi çevriliş cəhdi olması, qardaş Türkiyənin də bu səbəbdən məsələyə təmkinli reaksiya göstərdiyi mülahizəsinin təsdiqini tapmaqda olduğunu bildirib.
Politoloq bu gün keçirilən KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının iclasında Rusiya Prezidenti Vladimir Putin açıq şəkildə Qərbi hədəf almasını da sitat göstərib: "Qazaxıstanda "Maydan" texnologiyalarından istifadə edilib. Bu ölkəyə hücum təcavüz aktıdır. Buna dərhal reaksiya vermək lazım idi. Biz Qazaxıstanda beynəlxalq terrorçuluğun aqressiyasını müşahidə edirik. Döyüşçülər xüsusi təlimdən keçmişdilər. Biz göstərdik ki, öz evimizdə vəziyyəti dəyişməyə, rəngli inqilablar gerçəkləşdirməyə imkan verməyəcəyik".
E.Şükürlü hazırda bir məsələnin – "rəngli inqilab"ın (çevriliş cəhdinin) hansı siyasi fiqurun hakimiyyətə gətirilməsi üzərində qurulduğunun aydınlaşdırılması gərəkdiyini deyib:
"Çox böyük ehtimalla, Qərbin çevrilişlə hakimiyyətə gətirmək istədiyi əsas siyasi fiqur kimi son hadisələrdə "vətənə xəyanət" ittihamıyla həbs edilən Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Kərim Məsimovun adı üzərində dayanılacaq.
Mənşəcə uyğur olan, 6 xarici dil bilən Kərim Məsimov əvvəllər Nazarbayevin köməkçisi, iki dəfə Qazaxıstanın baş naziri olub, Prezident Administrasiyasına, 2016-cı ildənsə Milli Təhlükəsizlik Komitəsinə başçılıq edib. İqtisad elmləri doktoru və general-mayordur. Qazaxıstandakı əsas döyüş idman növlərini – "Muay-tay" və "Tay-boks" idman federasiyalarını inkişaf etdirən əsas şəxs sayılır. Uzun müddətsə Qərb dairələrində ona Nazarbayevin siyasi varisi kimi baxılıb. ABŞ-da demokratların hakimiyyəti dövründə – 2015-ci ildə Dövlət katibi Kerri, republikaçıların dövründəsə 2019-cu ildə Pompeo ilə görüşləri olub.
Belə görünür ki, Qərb təsadüfən uyğur mənşəli Kərim Məsimovun adı üzərində durmayıb. Rusiya-Çin sərhəddində yerləşən Qazaxıstanda uyğur mənşəli şəxsin prezident olması ABŞ-a təkcə KTMT və Avrasiya İttifaqını dağıtmaqda, Rusiya-Türkiyə münasibətlərini pozmaqda yox, həm də Çinə qarşı əsas silahını – uyğurları ayağa qaldırmaqda çox böyük üstünlüklər vermiş olardı".

Siyasi       Tarix: 11 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən video sonxeber.az apa.az xeberler sonxəbər