Qazaxıstanlı milyarderlərin itkiləri bəlli oldu
Qazaxıstandan olan dörd milyarderin sərvəti ölkədə bir neçə gün davam edən etiraz aksiyalar nəticəsində ümumilikdə 3 milyard dollar azalıb.
Azxeber.com xəbər verir ki, bu barədə Forbes yazır.
Məlumata görə, milyarderlərin sərvəti ölkədəki iki böyük bankın - "Kaspi Bank" və Qazaxıstanın Xalq Bankının səhmlərinin müvafiq olaraq 30 və 15 faiz ucuzlaşması səbəbindən azalıb.
Yanvarın 4-dən 6-dək "Kaspi Bank"-ın ən böyük səhmdarı Vyaçeslav Kim 1,4 milyard dollar itirib, sərvəti 5,7 milyard dollardan 4,2 milyard dollara düşüb. "Kaspi"-nin baş direktoru Mixail Lomtadzenin sərvəti eyni məbləğdə - 5,2 milyard dollardan 3,8 milyard dollara qədər azalıb.
Qazaxıstanın Xalq Bankında nəzarət səhm paketinə sahib olan Nazarbayevin qızı Dinara Kulibayeva və əri Timur Kulibayev ümumilikdə 200 milyon dollar itirib. "Forbes" ər-arvadın sərvətini 3,1 milyard dollar həcmində qiymətləndirib.
"Forbes"-in məlumatına görə, Qazaxıstanın ən varlı adamları reytinqində yeddi milyarder var. Nəşr etirazlar zamanı qalanların vəziyyətinin necə dəyişdiyini göstərmir.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı