Qazi ilə ailə quran paralimpiyaçı: 'Onunla təsadüf nəticəsində tanış olmuşuq
"Yoldaşım hərbçidir. O həm aprel döyüşlərinin, həm də İkinci Qarabağ müharibəsinin iştirakçısıdır".
Azxeber.com xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında paralimpiyaçı Vüsalə Kərimova həyat yoldaşı, Vətən müharibəsi veteranı Vaqif Babazadə ilə tanışlığından danışarkən deyib.
Onun sözlərinə görə, V.Babazadə ilə bir neçə ay əvvəl təsadüf nəticəsində tanış olublar: "Mən yoldaşımın xalası qızı ilə birgə işləmişəm. Tanışlığımızda onun rolu böyükdür. O, əvvəl Ağdamda işləyib, indi isə Goranboyda xidmət edir. Hazırda məzuniyyətdədir. Məzuniyyəti bitdikdən sonra isə Goranboya qayıdacaq. Mənim onunla rayona gedib-getməyəcəyim isə hələlik məlum deyil".
Yenicə ailə quran V.Kərimova karantin bitdikdən sonra təmtəraqlı toy mərasimi keçirməyəcəklərini bildirib: "Doğrusu, biz sadəliyə üstünlük verən insanlarıq. Ailə daxilində kiçik yığıncaq da etmişik. Karantin bitdikdən sonra da təmtəraqlı toy etmək fikrimiz yoxdur".
Qeyd edək ki, bu günlərdə paralimpiyaçı Vüsalə Kərimova ilə Vətən müharibəsi qazisi Vaqif Babazadə ailə həyatı qurub. Cütlüyün izdivacı hər kəsin marağına səbəb olub. V.Kərimova əvvəllər güllə atıcılığı, qılıncoynatma ilə məşğul olub. O, Para-Dans Sport üzrə Dünya Kubokunun sahibidir.
Xatırladaq ki, Vaqif İlkin oğlu Babazadə İkinci Qarabağ müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıqlara görə "Ağdamın azad olunmasına görə", "Şücaətə görə" və "Hərbi xidmətdə fərqlənməyə görə" medalları ilə təltif edilib.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR