Qazın qiyməti kəskin BAHALAŞDI - Müharibəyə görə

Qazın qiyməti kəskin BAHALAŞDI - Müharibəyə görəQlobal enerji təchizatı üçün strateji əhəmiyyət daşıyan Hörmüz boğazında ticarət gəmiçiliyinin demək olar ki dayanması və Qətərə məxsus mayeləşdirilmiş təbii qaz (LNG) obyektində istehsalın dayanması Avropada qaz qiymətlərinin sürətlə artmasına səbəb olub.
KONKRET.az xəbər verir ki, Avropanın əsas qaz ticarət platforması olan TTF-də fevralın 27-də (ABŞ və İsrailin İrana hücumlarından əvvəl) aprel fyuçersləri üzrə qazın qiyməti meqavat-saat üçün 31,95 avro təşkil edirdisə, Yaxın Şərqdə müharibə fonunda ötən bir həftədə qiymətlər 67% artaraq 53,4 avroya yüksəlib. Bu gün Bakı vaxtı ilə saat 11:00-də isə 68,5 avroya qədər artıb.
Beləliklə, qiymətlər birjanın açılışında ötən həftənin cümə günü qeydə alınan bağlanış səviyyəsi ilə müqayisədə 28,5% yüksəlib.
Eyni zamanda Avropanın qaz anbarlarında doluluq səviyyəsinin 30%-dən aşağı düşməsi də qiymətlər üzərində əlavə yüksəliş təzyiqi yaradır.
Qeyd edək ki, dünyada LNG ixracının təxminən 20%-i Hörmüz boğazı vasitəsilə həyata keçirilir. Dünyanın ən böyük LNG ixracatçılarından biri olan Qətərin ixrac etdiyi mayeləşdirilmiş qazın isə təxminən 93%-i bu marşrutla beynəlxalq bazarlara çatdırılır.
Məlumata görə, İran tərəfindən Hörmüz boğazından keçən, xüsusilə ABŞ və İsraillə əlaqəli ticarət gəmilərinə hücumlardan sonra 7 mart tarixinə qədər boğazdan yalnız bir gəmi keçə bilib, neft və ya LNG daşımaları isə faktiki olaraq həyata keçirilməyib./Apa

Sosial       Tarix: 09 mart 2026
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

31 avqust üçün rəsmi valyuta məzənnələri açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 31-nə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, hesabat tarixinə ABŞ dollarının manata nisbətdə məzənnəsi dəyişməyərək 1,700 manat səviyyəsində qalıb. Avronun məzənnəs

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli


son xeberler azerbaycan xeberleri yeni xeberler futbol xeberleri xabar az ən son xəbərlər cəbhədən canlı