Qaziz Abışev: "Qazaxıstan daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyəcək" - MÜSAHİBƏ

Qaziz Abışev: "Qazaxıstan daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyəcək" - MÜSAHİBƏQaziz Abışev: "Qazaxıstan daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyəcək" - MÜSAHİBƏ
Mayın 4-də Qazaxıstan Prezident Administrasiyası rəhbərinin müavini Maulen Aşimbayev görkəmli siyasi xadim Dariqa Nazarbayevanın yerinə ölkə Senatının spikeri təyin edildi. O, 1971-ci ildə anadan olub (vacib amildir, lakin bu barədə bir qədər sonra).
2019-cu ilin yazında M.Aşimbayev prezidentliyə namizəd Kasım-Jomart Tokayevin seçki qərargahına rəhbərlik edib və onun etibarlı adamı olub. 2019-cu ilin iyulun 30-da o, prezident K.J.Tokayevin köməkçisi təyin edildi, həmin ilin dekabr ayının 18-dən isə Prezident Administrasiyası rəhbərinin birinci müavini oldu. Bir çox ekspertlər hesab edir ki, Dariqa Nazarbayevanın Maulen Aşimbayev ilə əvəzlənməsi Qazaxıstan prezidentinin mövqeyinin ciddi şəkildə möhkəmlənməsi və elitanın əhəmiyyətli dərəcədə gəncləşməsi ilə əlaqədardır. Bundan əlavə, bu yerdəyişmədə Çinin Qazaxıstanda rolunun güclənməsinin də payı var.
Media.Az qazaxıstanlı məşhur siyasi icmalçı Qaziz Abışevlə söhbət edib.
Qaziz Abışev: "Qazaxıstan daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyəcək" - MÜSAHİBƏ- Qazaxıstanda nə baş verir? Dariqa Nazarbayevanın yerinə Prezident Administrasiyası rəhbərinin müavini Maulen Aşimbayev Senatın spikeri təyin edildi. Bu hakimiyyət dəyişikliyi ilk prezident Nursultan Nazarbayevin mövqeyinin zəifləməsi deməkdirmi?
- Bunun Nursultan Nazarbayevin mövqelərinin zəiflədiyini göstərdiyini düşünmürəm. O, üç il varis seçib və Kasım-Jomart Tokayev əmin olduğu insandır. Bu səbəbdən, çətin ki, Tokayevlə Nazarbayev arasında münaqişə olsun. İndi dövlət aparatının təkamülü gedir. Qazaxıstan siyasətində "yetmişlərin" möhkəmlənməsinin şahidi oluruq. Bu yeni nəslə həm təyin olunmuş spiker Maulen Aşimbayev, həm də bir çox başqaları aiddir. Bu insanlar ötən əsrin yetmişinci illərində doğulublar.
- Yəni kadrların gəncləşməsi prosesi gedir?
- Bəli. 40-50 yaşlarında insanlar gəlir, onlar enerjilidirlər və artıq vacib vəzifələri tuturlar. Bu, bir növ aparat "mübarizəsinin" nəticəsidir, bunsuz olarmı?..
- Bəzi analitiklər Qazaxıstanın vektorunun Çinə doğru dəyişməsinə işarə edirlər...
- Düşünürəm ki, bir çoxları xarici qüvvələrin Qazaxıstan hökumətindəki nizama təsirini olduğundan artıq qiymətləndirirlər. Qazaxıstanda qərar qəbul edən siyasətçilər siyasi sistemin sabitliyində və resurslara nəzarətdə maraqlıdırlar. Bu, yalnız bütün xarici oyunçular arasında tarazlığı qorumaqla mümkündür.
- Bu dəyişikliklər Qazaxıstan Respublikasının MDB ölkələri, Avrasiya İqtisadi Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərinə necə təsir edəcək? Azərbaycan haqqında ayrıca soruşacağam.
- Xarici siyasətimizi prezident müəyyənləşdirir. Kasım-Jomart Tokayev əvvəllər Baş nazir, Xarici İşlər Naziri olub. Buna görə, hər şey əvvəlki istiqamətdə davam edəcək, strateji kurs dəyişməyəcək. Ali rəhbərliyimiz xarici siyasəti rasional səbəblərə görə müəyyənləşdirir. Kiçik ölkələr, hansı ki, Qazaxıstan da kiçik dövlətdir (ərazisinin miqyasına görə deyil, əhalisi, ÜDM, Silahlı Qüvvələrin gücünə görə), xarici siyasət qurmaq üçün emosiyalara yol verə bilməz, çünki söhbət mövcudluq, suverenlik və təhlükəsizlikdən gedir.
- Azərbaycan ənənəvi olaraq Qazaxıstanı özünün yaxın dostu hesab edir. Azərbaycanın üzv olmadığı bir çox beynəlxalq təşkilatlarda Qazaxıstan Azərbaycanın tərəfindədir. KTMT, Avrasiya Iqtisadi Birliyini nəzərdə tuturam. Bu dəstək davam edəcəkmi?
- Təbii ki. Üstəlik, bir çox iqtisadi arqumentlər var. Qazaxıstan Rusiya ilə dostdur. Yalnız uzağı görə bilməyən insanlar "bütün yumurtaları bir səbətə" qoyurlar. İranın sanksiyaya məruz qalması şəraitində Azərbaycan bizim üçün dəniz vasitəsilə yollardan biridir. Yenə də təkrar edirəm, Qazaxıstan Azərbaycanla strateji münasibətlərdə maraqlıdır.
- İqtisadiyyatdan yox, siyasətdən danışsaq necə?
- Hər şey bir-biri ilə bağlıdır. Milli, siyasi təhlükəsizlik iqtisadi təhlükəsizliklə müəyyən edilir. Bu, həm ticarət yollarının diversifikasiyasıdır, həm də bir çox başqa amillərdir. Azərbaycan da Qazaxıstan üçün vacib rol oynayır. Hadisələr zənciri ilə geri dönsək, şübhəsiz ki, Azərbaycanla yaxşı siyasi münasibətlərdə maraqlıyıq...
- ...Hətta KTMT müttəfiqlərinin, məsələn Ermənistanın zərərinə olsa belə?
- Bu necə KTMT müttəfiqlərinin ziyanına ola bilər?
- Yerevan dəfələrlə Nur-Sultan (yaxın keçmişdə Astana) və Minskin Bakıya dəstəyindən narazılığını bildirib.
- Bəli, burada dəstək məsələsidir, amma hansı dəstəkdən söhbət gedir? Biz ki Azərbaycan ordusunu maliyyələşdirmirik. Ancaq təbii ki, Qazaxıstan daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyəcək. Sərhədlərimizin toxunulmazlığında maraqlıyıq, buna görə də, istənilən, hətta formal separatçılığa qarşı çıxırıq. Bu, müzakirə mövzusu belə deyil. Ermənistan Qazaxıstanın KTMT-də müttəfiqidir, amma biz Yerevanın Bakıya qarşı belə düşmən siyasətini təkrarlamalı deyilik və təkrarlamayacağıq. Bu barədə söhbət belə gedə bilməz.

Siyasi       Tarix: 05 may 2020
f Paylaş

Oxşar xəbərlər

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Türkiyə Mosul yaxınlığındakı hərbi bazanı İraqa təhvil verəcək

Türkiyə Mosul yaxınlığındakı Başika-Zilkan hərbi bazasını İraqa təhvil verəcək. KONKRET.azxəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İraq hökumətinin Sincarda təhlükəsizliyi

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d


azerbaycan xeberleri yeni xeberler son xeberler son.xabar xeber.az 2026 en son xeberleri son xabarlar