Qədimiliklə müasirliyin füsunkar harmoniyası: Anar Hüseynzadənin "Abşeron Hekayəsi" - REPORTAJ + FOTO

Qədimiliklə müasirliyin füsunkar harmoniyası: Anar Hüseynzadənin "Abşeron Hekayəsi" - REPORTAJ + FOTOQədimiliklə müasirliyin füsunkar harmoniyası: Anar Hüseynzadənin "Abşeron Hekayəsi" - REPORTAJ + FOTO
Bu gün "Gazelli Art House"-da Anar Hüseynzadənin "Abşeron Hekayəsi" adlı fərdi sərgisi keçirilib.
Qədimiliklə müasirliyin füsunkar harmoniyası: Anar Hüseynzadənin "Abşeron Hekayəsi" - REPORTAJ + FOTOOxu.Az-ın məlumatına görə, "Abşeron Hekayəsi" Anarın sayca keçirilən dördüncü fərdi sərgisidir. Bundan öncəki sərgiləri Vyana, Strasburq və Lüksemburqda nümayiş olunub.
Bu gördüyünüz rəsm əsərləri 6 yaşından bu günə qədər rəsm sahəsinə maraq göstərən istedadlı insana məxsusdur.
Qədimiliklə müasirliyin füsunkar harmoniyası: Anar Hüseynzadənin "Abşeron Hekayəsi" - REPORTAJ + FOTOMəlumat üçün bildirək ki, Anar Hüseynzadə 1981-ci ildə Bakıda anadan olub. Davamlı və həsəd hissi yaşadan əzmlə Anar Hüseynzadə Bakı Pionerlər Sarayında rəsm dərnəyindən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında magistr dərəcəsinə qədər bütün təhsil mərhələlərini uğurla başa vurub.
Qədimiliklə müasirliyin füsunkar harmoniyası: Anar Hüseynzadənin "Abşeron Hekayəsi" - REPORTAJ + FOTOSərgilənən əsərlərə diqqət etdikdə rəssamın şərq ədəbiyyatının pərəstişkarı olduğu hiss olunur. Xüsusilə Nizami, Nəsimi və Füzulinin əsərləri insanı ilk baxışda cəlb edir. Onların fəlsəfi məna ilə dolu əsərlərini oxuyaraq, əfsanələrə və qədim nağıllara bürünmüş kətanlar yaradır.
Qədimiliklə müasirliyin füsunkar harmoniyası: Anar Hüseynzadənin "Abşeron Hekayəsi" - REPORTAJ + FOTOXX əsrin ortalarında fəaliyyət göstərən Azərbaycan rəssamlarından, xüsusən də məşhur ustad Mir Cavaddan ilham alan Anar Hüseynzadə dahi Azərbaycan rəssamlarının yolunu davam etdirdiyi üçün qürur duyduğunu deyib:
Qədimiliklə müasirliyin füsunkar harmoniyası: Anar Hüseynzadənin "Abşeron Hekayəsi" - REPORTAJ + FOTO"O dövrün rəssamlarının hədəfi sərhədləri aşmaq olub. Biz isə bu gün onların işlərini davam etdiririk. Rəsm işləyəndə son nəticədə nə yaranacağını bilməsən də, kətana fırça ilə toxunaraq əsəri duyursan. Əsərlərimdə qədimiliyin və müasirliyin birgə harmoniyasını sevirəm".
Qədimiliklə müasirliyin füsunkar harmoniyası: Anar Hüseynzadənin "Abşeron Hekayəsi" - REPORTAJ + FOTORəsm əsərləri ilə tanış olduqca hər birinin ərsəyə gəldiyi tarixi əzbərdən danışan rəssamın üslubu sərgiyə gələnləri məftun edir.
Qədimiliklə müasirliyin füsunkar harmoniyası: Anar Hüseynzadənin "Abşeron Hekayəsi" - REPORTAJ + FOTOO deyir ki, qəhrəmanlarının hamısı xəyalidir:
Qədimiliklə müasirliyin füsunkar harmoniyası: Anar Hüseynzadənin "Abşeron Hekayəsi" - REPORTAJ + FOTO"Bu sintez tamamilə yeni bir üslubda və perspektivdə orijinal əsərlər yaradaraq, bizə insan ruhunu görmə imkanı yaradır. Anarın sevimli motivi - mistisizmlə dolu müdriklərdir. Gördüyünüz bu ağsaqqallar (müdriklər, şamanlar) mənim ən sevdiyim obrazlardandır. Qəhrəmanlarımın hamısı xəyali olsalar da, mən bilirəm ki, əsərlərimdə təsvir olunan insanlar ədalətli bir həyat sürüb, səyahətlərinin sonunda müdrikləşib, ilahi həqiqəti və həyatın mənasını tapıblar".
Qədimiliklə müasirliyin füsunkar harmoniyası: Anar Hüseynzadənin "Abşeron Hekayəsi" - REPORTAJ + FOTOOnu da qeyd edək ki, sərginin keçirildiyi "Gazelli Art House" 2003-cü ildə Mila Əsgərovanın təşəbbüsü ilə Bakıda "Gazelli House" binasında sənət sevərlər üçün yaradılıb və çox sevilir. İlk olaraq Azərbaycan rəssamlarının sərgilərinə qapılarını açan məkan 2012-ci ildə yeni inkişaf mərhələsinə qədəm qoyub. Londonda konseptual sərgilər keçirildikdən sonra məkanın direktoru Mila Əsgərova Böyük Britaniyanın paytaxtında "Gazelli Art House" adlı bir məkan yaratmaq qərarına gəlib.
Qədimiliklə müasirliyin füsunkar harmoniyası: Anar Hüseynzadənin "Abşeron Hekayəsi" - REPORTAJ + FOTORəssamın sərgi üçün məhz bu məkanı seçməsi heç də təsadüfi deyil. Məkanla sərgi bir-birini çox gözəl tamamlayıb. Çünki rəssam obyektə xüsusi bir forma verməyə çalışmır. Bunun əvəzinə, kətanda yaratdığı enerjini və duyğunu hiss etdirir. Hər bir əsər müasir üslubda işlənib, ənənəvi naxışlar və bəzəklərlə tamamlanıb.
Qədimiliklə müasirliyin füsunkar harmoniyası: Anar Hüseynzadənin "Abşeron Hekayəsi" - REPORTAJ + FOTO"Gazelli Art House" qısa müddət ərzində vətəndaşların və xarici qonaqların sevimli məkanına çevrilib desək, yalan olmaz. London və Bakıdakı qalereyalarda sadəcə sərgi deyil, eyni zamanda mühazirələr, seminarlar, master klasslar, art terapiyalar da təşkil olunur. Qalereya öz növbəsində digər xarici qalereyalar və muzeylərlə fəal əməkdaşlıq edir.
Qədimiliklə müasirliyin füsunkar harmoniyası: Anar Hüseynzadənin "Abşeron Hekayəsi" - REPORTAJ + FOTORəssam Anar Hüseynzadənin "Abşeron Hekayəsi" adlı sərgisi isə mart ayının 31-nə qədər davam edəcək. Rəsm sevərlər əsərlərlə tanış olmaq üçün yolunu "Gazelli Art House"-dan sala bilərlər.
Qədimiliklə müasirliyin füsunkar harmoniyası: Anar Hüseynzadənin "Abşeron Hekayəsi" - REPORTAJ + FOTOQədimiliklə müasirliyin füsunkar harmoniyası: Anar Hüseynzadənin "Abşeron Hekayəsi" - REPORTAJ + FOTOQədimiliklə müasirliyin füsunkar harmoniyası: Anar Hüseynzadənin "Abşeron Hekayəsi" - REPORTAJ + FOTO

Sosial       Tarix: 12 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son məlumatlar xeber gunun xeberleri son xeber az