Qədir Qızılsəs: "Traktorla toy çadırını dağıtdılar, mənə qulaq asanı qabağımda bıçaqladılar
Qədir Qızılsəs: "Traktorla toy çadırını dağıtdılar, mənə qulaq asanı qabağımda bıçaqladılar"
Müğənni Qədir Qızılsəs Lent.az-a başına gəlmiş maraqlı və qeyri-adi hadisələr barədə danışıb.
"Aran rayonlarından birinə toya getmişdim. "Palatka" toyu idi. Ev sahibi gözəl süfrələr açmışdı, toya həddən çox adam dəvət olunmuşdu. Məclisin ən qızğın vaxtı çöldə hay-küy qopdu. Hamı başladı qaçışmağa. Bir də gördük, toy çadırı uçdu. Məni qolumdan tutub çölə qaçırtdılar. Heç demə toy sahibinin düşməni varmış. "K-700" (el dilində ona kasemsot deyirlər) deyilən böyük traktorla girib bütün çadırı, məhləni şumladı keçdi, yemək qazanlarını aşırdı. Toy beləcə yarımçıq qaldı", - o bildirib.
Qədir Qızılsəs toyda yaşadığı başqa bir faciəni də xatırlayıb.
"Bir dəfə də toylardan birində bir kişi yaxınlaşdı mənə, cibimə pul basdı, dedi bir muğam oxu. Başladım oxumağa, bu da arxası məclisə tərəf, qarşımda durub qulaq asır. Bir də gördüm bir nəfər də yaxınlaşır. Elə bildim, o da mahnı sifariş edəcək. Əlini atdı cibinə, bıçaq çıxarıb qarşımda dayanmış adamın belindən sapladı. Adam qarşımda can verdi. Toy yasa döndü", - o bildirib.

ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb
DİQQƏT: Bankdan kredit ala bilmirsinizsə, səbəb bu ola bilər
Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var
"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı
"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir
Günel Bədəlovaya yüksək vəzifə verildi
Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi
Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi
Prezidentin mesajı: Müharibə cinayətləri cəzasız qalmamalıdır
Biz eyni ananın iki oğluyuq - Dövlət Bağçalıdan Azərbaycana təbrik
AKP-nin Türk dünyası siyasəti: Milli kimlik üçün hansı risklər var?
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
Narkobaronla dava etdi deyə başqa yerə köçürüldü