Qələbənin Azərbaycan imzası: Bakı nefti və milli diviziyaların şərəf yolu

İkinci Dünya müharibəsində faşizm üzərində qazanılan tarixi qələbə bəşəriyyətin xilası naminə atılmış ən mühüm addımlardan biri kimi yaddaşlara həkk olunub. Bu qanlı müharibədə faşizmin süquta uğradılmasında Azərbaycanın və Azərbaycan xalqının rolu misilsizdir. Həm ön cəbhədə göstərilən qəhrəmanlıqlar, həm də arxa cəbhədə Bakı neftinin sovet ordusunun əsas hərəkətverici qüvvəsinə çevrilməsi qələbənin təmin olunmasında həlledici faktorlardan biri olmuşdur.
KONKRET.az tarixi sənədlərə istinadən xəbər verir ki, müharibə boyu Bakı nefti sovet ordusunun yanacaq ehtiyacının 82-90%-ni qarşılayırdı. Təxminən 640 min azərbaycanlı istər hərbi səfərbərliklə, istərsə də könüllü olaraq sovet ordusu sıralarında müharibədə fəal iştirak etmiş, onlardan təxminən 300 min nəfəri döyüş meydanlarında həlak olmuşdur. Azərbaycanlılardan ibarət milli diviziyalar Ukraynanın, Krımın, Belorusiyanın, Balkanların, Polşanın və digər ərazilərin azad edilməsində böyük şücaət göstərmişlərdir.
Qələbənin Azərbaycan imzası: Bakı nefti və milli diviziyaların şərəf yolu77-ci dağatıcı diviziyası müharibəyə 1941-ci ilin dekabrında 51-ci ordunun tərkibində Kerç-Feodosiya desant əməliyyatı ilə başladı. Diviziya Kerç, Taman, Novorossiysk, Mozdok, Mineralni Vodı uğrunda gedən döyüşlərdə fərqlənmiş, Simferopolun azad edilməsində göstərdiyi qəhrəmanlığa görə Suvorov ordeni ilə təltif edilmişdi. Sevastopolun azad edilməsi uğrunda Sapun-qaradan başlanan döyüşlər 10 gün davam etdi, qələbə bayrağını 1943-cü ilin 7 mayında serjant Əbduləziz Qurbanov sancdı. Simferopol şəhəri düşməndən azad edildikdən sonra döyüşlərdə ən fəal iştirak edən 77-ci diviziyaya "Simferopol diviziyası" fəxri adı verildi. Bütövlükdə Krımın azad edilməsinə görə diviziyanın 3140 əsgər və zabiti orden və medallara layiq görüldülər.
Qələbənin Azərbaycan imzası: Bakı nefti və milli diviziyaların şərəf yolu223-cü atıcı diviziyanın döyüş yolu 1942-ci ilin yayından Şimali Qafqazdan başlayaraq, Ukrayna və Moldaviyadan, Bolqarıstan, Yuqoslaviya və Macarıstandan Avstriyanın paytaxtı Vyanaya qədər uzanmışdı. Diviziya 1945-ci il mayın 9-da Çexoslovakiyaya daxil olmuş və mayın 12-də Çeski Budlvitse şəhərində Amerika ordusunun hərbi hissələri ilə görüşmüşdü. Diviziyanın əsgər və zabitlərindən 3483 nəfər orden və medallarla təltif edilmişdi.
Qələbənin Azərbaycan imzası: Bakı nefti və milli diviziyaların şərəf yolu396-cı atıcı diviziya — İkinci Dünya müharibəsi illərində təşkil olunmuş milli atıcı diviziyadır. 1941-ci ilin avqustunda İranda 44-cü ordunun tərkibində olmuş, həmin ilin sonunda respublikanın Quba bölgəsinə gətirilərək Şimali Qafqaza göndərilmək üçün hazırlanmışdı. Diviziyanın ilk komandiri Q.Korçakov, komandir müavini polkovnik Əsədullayev, komissarı polkovnik Xavər Vəliyev olmuşdur. Şəxsi heyətinin əksəriyyəti azərbaycanlılardan ibarət olan diviziya 1941-ci ilin son günlərində Krım yarımadasına desant yolu ilə göndərildi və 51-ci ordunun tərkibinə daxil edildi.
Qələbənin Azərbaycan imzası: Bakı nefti və milli diviziyaların şərəf yolu416-cı atıcı diviziyanın tərkibinin, xüsusilə də komanda heyətinin 92%-i azərbaycanlılardan ibarət idi. 1942-ci ilin payızında diviziya Şimali Qafqazda 44-cü ordu, az sonra 58-ci ordu tərkibində Mozdok istiqamətində döyüşlərə başladı. Taqanroq şəhərinin azad edilməsində fəal iştirakına görə "Taqanroq diviziyası" adına layiq görüldü.
402-ci atıcı diviziya tərkib etibarilə 90% azərbaycanlılardan ibarət idi. 44-cü ordu tərkibində Şimali Qafqazda Terek çayının sağ sahilində Qroznı-Mozdok istiqamətində ağır döyüşlərdə iştirak etmiş və bu döyüşlərdə xüsusi rəşadət göstərmişdi.
Qələbənin Azərbaycan imzası: Bakı nefti və milli diviziyaların şərəf yolu271-ci atıcı diviziya 1941-ci ilin sentyabrında Azərbaycanda formalaşdırılmış mühüm hərbi birləşmələrdən biridir. Diviziyanın şəxsi heyətinin böyük hissəsini azərbaycanlı döyüşçülər təşkil edirdi. Bu hərbi hissə Şimali Qafqazdan başlayaraq Berlinə qədər şərəfli bir döyüş yolu keçmişdir. Xüsusilə Ukraynanın Qorlovka şəhərinin azad edilməsində göstərdiyi rəşadətə görə ona "Qorlovka diviziyası" fəxri adı verilmişdir.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 09 may 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Ceyhun Bayramov Türkiyəyə səfər edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edib. Ceyhun Bayramov bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. /


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son dəqiqə xəbərlər.com dunyada son xeberler bugunun xeberleri