Qənirə Paşayeva bu şəxslərin pensiya yaşının 15 il azaldılmasını təklif etdi - VİDEO

Qənirə Paşayeva bu şəxslərin pensiya yaşının 15 il azaldılmasını təklif etdi - VİDEOMilli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı bir sıra vacib məqamlara toxunub, komitəyə ünvanlanmış önəmli müraciətləri və təklifləri səsləndirib.
azxeber.com xəbər verir ki, millət vəkili öncə, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Dövlət Rəqs Ansamblı, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və bir sıra qurumların, tanınmış Xalq artistlərinin müraciətlərini səsləndirib:
"Onlar çox xahiş edirlər ki, ikinci oxunuşda olan bu qanun layihəsində sözügedən məsələlər diqqətdə olsun. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini hörmətli Anar müəllim də buradadır. Çox xahiş edirəm, bu məsələyə çox diqqət edilsin. Çünki bu Azərbaycanda rəqs mədəniyyətinin inkişafı üçün çox önəmlidir və 200-dən çox insanı əhatə edir. Hazırda qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə görə incəsənətin xüsusi sahələrində çalışan sığorta olunanların – kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin 12 il 6 ayını həmin işlərdə çalışdıqda, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin 10 ilini həmin işlərdə çalışdıqda yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Lakin təcrübə göstərir ki, sözügedən qanunda göstərilən yaş hədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin və vəzifələrin göstəricilərinin siyahısına əsasın müəyyən edilmiş incəsənətin xüsusi sahəsində çalışan balet və peşəkar kollektivlərdə rəqs nömrələrinin ifaçı artistlərinin bu güzəştlərdən  tam şəkildə yararlanmasını çətinləşdirir. Belə ki, balet artistləri və peşəkar kollektivlərdə rəqs nömrələrinin ifaçı artistləri erkən yaşlarında – 18, 20 yaşlarında işləməyə başlayır və 20-25 il sonra əmək fəaliyyətləri ağır olduğundan və dəfələrlə zədə aldıqlarından əmək qabiliyyətləri məhdudlaşır. Digər tərəfdən, çevikliyin azalması, səhnə görüşünün uyğunsuzluğu səbəbindən o yaşdan sonra onların öz sənətlərini davam etdirmələri çətinləşir. Peşəsindən uzaqlaşmalı olan artistlər əmək pensiyası almaq üçün 15-20 il gözləməli olur və bu müddətdə onların əksəriyyəti işsiz qalır".
Q.Paşayeva bildirib ki, Mədəniyyət Naziriyinin tabeliyində olan konsert müəssisələrində 200-dən artıq peşəkar kollektivdə rəqs nömrələrinin ifaçı artistləri çalışır:
"Onlar tərəfindən mütəmadi olaraq "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası qanununun müvafiq maddəsində əks olunan yaş həddinin onlar üçün yüksək olması ilə bağlı müraciətlər edilir və bu müraciətləri edənlər sırasında kifayət qədər Azərbaycan rəqs mədəniyyətinə böyük töhfələr vermiş şəxslər də var. Onlar müəyyən yaşdan sonra iş də tapa bilmir və çətin duruma düşürlər. Onlar qanun layihəsində müəyyən dəyişiklik və təkliflər edilməsini zəruri hesab edir. Cənab Prezidentimizin, dövlətimizin və parlamentimizin hər zaman incəsənət xadimlərinə olan həssas münasibətini də nəzərə alaraq, müvafiq maddədə - güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər maddəsinin 9.1 maddəsində axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin mötərizə içərisində balet artistləri və peşəkar kollektivlərdə rəqs nömrələrinin ifaçı artistləri istisna olmaqla ifadəsinin əksini tapmasını istəyirlər.
Eyni zamanda, 9.1 maddəyə əlavə təklif olunur. Həmin təklifdə 9.1-1 - "axırıncı iş yerindən asılı olmayaraq balet artistləri və peşəkar bədii kollektivlərdə rəqs nömrələrinin ifaçı artistlərinin (müvafiq işlərdə ən az 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların) bu qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 15 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır" maddəsinin əlavəsi qeyd olunur.

Sosial       Tarix: 09 may 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı


yeni xeberler azerbaycan xeberleri son xeberler maşın realiti şou cebheden xeberler novruz bayramı xeber