Qərb müharibəni dayandırmaq istəyirsə, səmanı bağlamalıdır - Yermak
Əgər Ukraynanın Qərb tərəfdaşları həqiqətən də Rusiyanın ölkəmizdə başlatdığı müharibəni tez bir zamanda dayandırmaq istəyirlərsə, səmanı bağlamalıdırlar.
"KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak "Fox News" telekanalına müsahibəsində deyib.
O vurğulayıb ki, NATO sərhədləri yaxınlığında yerləşən Lvova raket zərbələri endirilməsi Rusiyanın bu hərbi bloka qarşı açıq-aşkar təxribatıdır.
"Ruslar Ukraynanın bütün ərazisində müharibə aparır. Əgər Qərb tərəfdaşları bəyan etdikləri kimi, həqiqətən də bunu mümkün qədər tez dayandırmaq istəyirlərsə, o zaman səmamızı bağlamalıdırlar. Bu, şəhərlərimizin, mülki infrastrukturun bombalanması ehtimalını istisna edəcək", – deyə Yermak bildirib.
Onun sözlərinə görə, Ukrayna hakimiyyəti hazırda döyüş təyyarələri ilə bağlı partnyorlardan cavab gözləyir, lakin hələ də cavab yoxdur.
"Lakin bizim maraqlarımızı narahat edən bəzi məsələlərdə ehtiyatlı nikbinliyimiz var", – Prezident Aparatının rəhbəri əlavə edib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq
Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti