Qərb ölkələri Rusiyaya sərt üzünü göstərməkdədi
Rusiyanın Ukraynada yeni hərbi əməliyyatlara başlamasından 1 ay ötür. Ötən müddət ərzində hər iki tərəf canlı qüvvə və hərbi texnika itirib. Müharibədə Rusiyanın ədalətsiz olduğu heç kimə sirr deyil. interestan.com saytına istinadən bildirilir ki Kreml Ukraynanın Luqansk və Donetsk vilayətlərində yaradılan qondarma qurumları tanıyaraq onlarla təhlükəsizliyə və yardıma dair müqavilə imzalayıb. Deməli, həmin müqavilənin məntiqinə əsasən, bu savaş adıçəkilən vilayətlər istiqamətində getməli idi. Ancaq döyüş Donbasdan çox uzaqda mülki obyektlərin və yaşayış yerlərinin bombalanması ilə davam edir. Başqa sözlə, Rusiya separatçı vilayətlərin hüdudlarını aşaraq müharibəni Ukrayna daxilində davam etdirir. Mülki hədəflərin cinayətkarlıqla həyata keçirilmiş bombardmanları sübut edir ki, Rusiyanın işğalı strateji baxımdan uğursuz olub.
Müharibə dünya ölkələri arasında böyük səs-küyə səbəb olub. Aİ və NATO daha da fəallıq göstərməli, Ukraynanı dəstəkləyəcək tədbirləri davam etdirməlidirlər. Bu günədək Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq olunub. Bu tendensiya bundan sonra da davam etməlidir. Qərb Rusiyadan qorxmamalıdır.
Almaniyanın silah tədarük edib, "Şimal axını-2"ni dayandırdığı və ciddi iqtisadi sanksiyalara razılaşdığı, eyni zamanda İsveçrənin uzunmüddətli neytrallıq ənənəsini pozduğu bir vaxtda daha da irəli getmək lazımdır. Aİ gücünü və potensialını göstərməlidir. Macarıstan və Polşa kimi Aİ-nin fitnə-fəsad törədənləri nizama çağırılmalıdır. Yenidən dirçəlmiş Aİ müdafiəsini bərqərar etməli, ordu quruculuğuna başlamalıdır. ABŞ ilə birlikdə Çinə göstərmək lazımdır ki, Tayvanın potensial işğalı onun üçün Putinin Ukrayna barədə güc xəyallarına son qoyulması ilə oxşar nəticələnə bilər.
Qərb, Avropa İttifaqı Rusiyaya sərt üzünü göstərməlidir. Rusiya resurslarından asılılığı bitirməyin vaxtı çatıb. Düzdür, bunu etmək iradə tələb edir. Amma Qərb öz müttəfiqlərini qorumaq üçün bu iradəni göstərmək məcburiyyətindədir.
Təbii ki, Ukrayna üçün müharibənin ziyanlarını qarşılamaq heç də asan olmayacaq. Müharibədən sonrakı dönəmdə də AB Ukraynanın yanında olmalı, lazımi dəstəyi verməlidir. Ukraynaya resurslar göndərilməlidir. Bu, AB-nin qlobal miqyasda gücünü artıracaq.
Xidmetler [newsid: 0-123300]

Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
İlham Əliyev Türkiyəyə səfərə gəlib
Öz xəyallarında yaratdıqları Atatürk obrazı ilə... - Ərdoğan
Prezident polşalı həmkarına məktub göndərdi
Marsol Group və İCMA üzvləri Zəfər abidəsini ziyarət etdilər - FOTOLAR
Azərbaycan və daha 3 ölkə təmiz enerji sazişi imzaladı
Kredit götürənlərə faiz güzəşti ediləcək? – Ekspertdən AÇIQLAMA
İllik 26 milyon avro maaşdan imtina edir
Arsen Venger FIFA prezidenti ola bilər
Türkiyə Ermənistanla sərhədi açır?
Bazarlarda göbələk təhlükəsi: Bu əlamətləri görsəniz, almayın
Lora Lumer qalmaqalı: Trampın yaxın tərəfdaşı siyasi paylaşımlara görə on minlərlə dollar alıb
Qrip niyə həftələrlə sağalmır? – Həkim səbəbləri açıqladı
İzmirdə fabrikdə güclü partlayış: ölənlər var
Ziyansız bilib qəbul etdiyimiz bu vasitələr qaraciyəri məhv edir