Qərb Rusiyanı viran qoymaq gücündədir - Brayza

Qərb Rusiyanı viran qoymaq gücündədir - Brayza</p> 
 <p>Düşünürəm ki, Rusiyanın Ukraynaya qarşı müharibəsini, hərbi və mülki obyektlərə hücumlarını dayandırmağın yeganə yolu Kiyevə yeni hərbi imkanlar verməkdən keçir. Rusiya ancaq üstün gücdən anlayır. Onlar bu müharibəni Putinin Ukraynanın mövcudluq haqqının olmadığı və bir ölkə kimi aradan götürülməli olduğu fikrinə əsaslanaraq başlayıblar.
KONKRET.az xəbər verir ki, bu sözləri Ukraynaya Qərb silahlarından Rusiya ərazisində istifadəyə razılığın verilməsi haqqında danışan ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Metyu Brayza deyib.
Brayza Rusiyanın NATO ölkələrinə hücum etmək cəsarətində olmadığını bildirib:
"Dünyanın bu cür aşkar təcavüzün qarşısını almaq üçün məsuliyyəti var. Rusiya Ukraynanın ərazisinə mümkün hücumlara cavab olaraq London kimi şəhərlərə nüvə zərbəsi endirməyə hazır olduğunu bildirib. Rəsmi Moskva başa düşməlidir ki, əgər nə vaxtsa NATO ölkələrinə hücum edərək dəhşətli səhvə yol verərsə, ABŞ və onun NATO müttəfiqləri cavab zərbəsi endirəcək. Lakin Rusiya bu səhvə yol verməyəcək. Rusiya liderləri dəli deyillər. Onlar Ukraynaya qarşı təcavüzkar olduqlarını, səhv etdiklərini başa düşürlər, Avropa və ABŞ hədəflərinə ilk nüvə zərbəsinə cavab olaraq daha güclü Qərb dövlətlərinin Rusiyanı viran qoymasını istəmirlər".
Diplomat Ukraynanın Rusiya ərazisindəki hədəfləri vurmaq hüququna sahib olduğunu vurğulayıb:
"Qərb ölkələrinin Ukraynaya Rusiya ərazisini vurmaq üçün yaşıl işıq yandırması Moskvanın cavab zərbəsi endirməsinə səbəb olmayacaq. Rusiya Ukraynanı bir ölkə kimi sıradan çıxarmaq üçün bu müharibəni seçib və istənilən vaxt gərginliyi azaltmaq qərarına gələ bilər. Ukraynanın özünümüdafiə məqsədilə istənilən qeyri-nüvə silahından istifadə etməsi beynəlxalq hüquqa tam uyğundur və əslində öz vətəndaşlarını və ölkənin suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü qorumaq üçün ölkə rəhbərliyinin məsuliyyətidir. Rusiya heç vaxt ona təhlükə yaratmayacaq dinc qonşusunu işğal edərək çox dəhşətli qərar verdi. Üstəlik, Rusiya Ukraynanın nüvə silahından imtinası müqabilində Budapeşt Memorandumuna uyğun olaraq bu ölkənin suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağına söz vermişdi".
Axar.az

Siyasi       Tarix: 05 iyun 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir

Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. KONKRET.azxəbər verir ki, təbrik məktubunda deyilir:

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler bugun cəbhədən son durum son xəbərlər azərbaycanda cəbhədən son xəbərlər