Qərbin İrəvanla gizli sövdələşməsi: Ermənistan silahı Rusiyaya çevirir

Qərbin İrəvanla gizli sövdələşməsi: Ermənistan silahı Rusiyaya çevirirKremlin, "qırmızı cizgiləri" çoxdan keçən hərbi müttəfiqinə münasibətdə hansı addımları, nə vaxt ata biləcəyi hələlik müəmmalı qalsa da, rəsmi İrəvanın ABŞ və Qərbin Ermənistanın əvəzinə Rusiya ilə savaşmasına ehtiyacı olacaq… Halbuki, başqalarının əvəzinə heç vaxt savaşmaq vərdişləri olmayan ABŞ və Qərbin Ermənistandan fərqli olaraq, buna hər hansı ehtiyac duymayacağını isə elə indidən təxmin etmək mümkündür… 
Ermənistanın xarici siyasət kursunun "iki və daha çox stulda oturmaq" prinsipi üzərində qurulduğu artıq inkaredilməz reallıqdır. Rəsmi İrəvan Ermənistanı mümkün olan hər dövlətin xidmətinə təklif etməkdə israrlı davranır. Hətta bunu edərkən, xidmət olunan ölkələrin bir-birinə düşmən olduğuna belə, əhəmiyyət verilmir. Və bu, Ermənistan kimi kiçik ölkə üçün yaxın gələcəkdə böyük geopolitik təhlükələr vəd edir.
Məsələ ondadır ki, Ermənistan bir tərəfdən Rusiyadan uzaqlaşıb, Qərbə yaxınlaşmaq istiqamətində addımlar atır. Rusiyanın iştirak etdiyi qurumların toplantılarını baykot edir. Kremllə münasibətlərini korlayır, gərginliyin ən yüksək həddə çatmasına səbəb olan ittihamlar irəli sürür. Və bunun Qərbdən gələn təlimatların nəticəsi olduğu da qətiyyən şübhə doğurmur.
Ancaq eyni zamanda, Ermənistan qeyri-leqal şəkildə Rusiya ilə "qaranlıq ticarət tuneli" qurmaqla, "kirli maliyyə gəliri" sistemi yaratmaqdan da imtina etməyib. Hər halda, Qərb mətbuatında Ermənistanın Rusiyaya sanksiyalardan yan keçməyə yardım göstərdiyi barədə müxtəlif məlumatlar yer almaqdadır. Həmin məlumatlara görə, Ermənistanın öz iqtisadiyyatının imkanlarını aşan maliyyə gəlirləri Rusiyaya ötürülən sanksiya altında olan mallarla bağlıdır.
Yəni, Ermənistan Rusiya üçün qadağan olunmuş həmin malları ölkə əhalisinin ehtiyaclarını qat-qat üstələyən həcmdə idxal edir və sonra qeyri-leqal metodla şimal nəhənginə ixrac edir. Eyni zamanda, Ermənistan bankları da Rusiyaya dünyanın müxtəlif ölkələri ilə sanksiyalardan yan keçməklə, maliyyə mübadiləsi imkanları yaradır. Və bəzi ehtimallara görə, Kremlin rəsmi İrəvanın Rusiya əleyhinə demarşlarına maksimum səviyyədə tolerant yanaşmasının əsas səbəbi də məhz Ermənistanın bu "qaranlıq ticarət tuneli"dən faydalanmaq istəyəndən qaynaqlanır.
Təbii ki, rəsmi İrəvanın "qaranlıq ticarət tuneli"nin bir də əks tərəfə çıxış variantı da mövcuddur. Belə ki, bəzi məlumatlara görə, rəsmi İrəvan Qərb siyasi dairələri ilə Rusiya əleyhinə də gizli anlaşmaya malikdir. Həmin gizli anlaşma ermənilərin müxtəlif variantlarda Ukrayna savaşında iştirakını nəzərdə tutur. Bu gizli anlaşmanın əsas icraçıları sırasında isə Ermənistanın "beynəlxalq bacısı" Fransa xüsusi rola malikdir. Və bu barədə kəşfiyyat mənbələrinə istinadən hətta Ermənistan mətbuatında belə, məlumatlar yayılmağa başlayıb.
Məsələ ondadır ki, Fransa hərbi təlimçilərinin Ermənistandakı əsas fəaliyyət hədəfi artıq məlum olub. Yayılan məlumatlara görə, fransızlar heç də yalnız rəsmi İrəvana Ermənistan ordusunun rekonstruksiyası ilə kifayətlənmirlər. Onların fəaliyyət məqsədləri sırasına erməni hərbçilərin müəyyən təlim prosesini keçdikdən sonra yüksək ödənişlə Ukraynada Rusiya ordusuna qarşı vuruşmağa razılaşdırılması da daxildir.
İlkin olaraq, fransız təlimçilərin 200 erməni hərbçini Ukraynada savaşmağa razı salmağa nail olduqları bildirilir. Hazırda həmin erməni hərbçilər Fransada təlim düşərgəsində döyüş hazırlığı keçirlər. Həmin erməni hərbçilərin hamısının bir müddət öncə Qarabağdan tərksilah edilərək, çıxarılmış Ermənistan ordusunun tərkibinə aid olduğu da bildirilir. Və rəsmi İrəvanın bir müddət öncə 200 erməni hərbçinin Fransada təlim keçməkdə olduğunu etiraf etməsi də bu məlumatların doğru ola biləcəyini sezdirir.
Ancaq rus kəşfiyyatından qızdırılmış məlumatlara görə, Fransanın bir neçə təlim mərkəzi hazırda erməni hərbçiləri qəbul edib. Fransanın Kaetkidan təlim mərkəzində min nəfər, Kaylyu təlim mərkəzində isə təxminən iki min nəfər erməni hərbçinin döyüş hazırlığı keçməkdə olduğu iddia edilir.
Onu da qeyd etmək lazımdır ki, bu ilin sentyabrında Qarabağdan 12 min nəfərə yaxın erməni hərbçisi tərksilah olunaraq, Ermənistana göndərilib. Onların Ermənistan ordusunun tərkibində qaldıqları barədə isə hər hansı rəsmi etiraf mövcud deyil. Yəni, bu hərbi kontingentin bütövlükdə fransız təlimçilərin ixtiyarına verilməsi ilə bağlı ehtimallar mövcuddur. Və onların böyük əksəriyyətinin yüksək məbləğdə ödəniş qarşılığında Ukrayna savaşında Rusiya ordusu ilə vuruşmağa razı salına biləcəyi istisna olunmur.
Göründüyü kimi, Ermənistan tədricən Qərbin Rusiyaya qarşı təhlükəli geopolitik oyununun bir parçasına çevrilməyə başlayıb. Rəsmi İrəvan Qərbin vədlərinə uyaraq, hətta öz hərbçilərini belə, "satışa" çıxartmağı məqbul hesab edir. Halbuki, belə "qaranlıq oyunlar" heç də əbədi olaraq, gizli qalmır. Hər halda, Rusiyaya Qərbdən "qaranlıq ticarət tuneli" çəkən rəsmi İrəvanın buna paralel olaraq, Ukraynaya əsgəri yardım göstərməsi barədə məlumatlar artıq ciddi müzakirə mövzusuna çevrilib. Və bu "gizli sövdələşmə"nin ifşa edilməkdə olduğu şübhə doğurmur.
Digər tərəfdən, ABŞ və Qərbin Ermənistan ordusunun balansındakı Rusiya istehsalı olan hərbi texnikanın Ukraynaya göndərilməsi barədə də məlumatlar mövcuddur. Düzdür, rəsmi İrəvan bu barədə yayılan məlumatları dərhal təkzib etməyə çalışdı. Halbuki, davamlı olaraq, ziddiyyətli addımlar atan Ermənistanın rəsmi bəyanatlarına indi yalnız sadəlövhlər inana bilər. Və rəsmi İrəvan etibarsız tərəfdaş olaraq, güvənilməz geopolitik ünvan hesab olunur.
Onu da nəzərə almaq lazımdır ki, ABŞ və Qərbin Rusiya istehsalı olan hərbi texnikanı satın alaraq, Ukraynaya göndərməsi ilə bağlı çoxsaylı örnək də mövcuddur. Belə ki, Şərqi Avropa ölkələrinin hərbi balansındakı Rusiya istehsalı olan döyüş texnikası eyni metodla Ukraynaya artıq göndərilib. Bu baxımdan, Qərbin indi də Ermənistandakı analoji hərbi texnikanı bu məqsədlərə yönəltmək niyyəti qətiyyən gözlənilməz deyil.
Üstəlik onu da nəzərə almaq lazımdır ki, "qaranlıq sövdələşmə"nin ifşa edilməsinə paralel olaraq, Ukrayna rəsmi dairələrinin Ermənistanın doğru yolla irəlilədiyini bəyan edərək, Paşinyan hakimiyyətini təriflıməsi də qətiyyən boşuna deyil. Eyni zamanda, Kremllə hərbi müttəfiq olduğu halda, rəsmi İrəvanın Ukraynaya xüsusi maraq göstərməyə başlaması da maraq doğurur. Hər halda, iki ölkə arasında ən yüksək səviyyədə siyasi təmaslar şübhəli şəkildə intensivləşməyə başlayıb. Və belə düşünmək olar ki, həmin həmin yüksək səviyyəli təmaslar da boşuna deyilmiş, əsl səbəbləri isə artıq tədricən indi ortaya çıxır.
Belə anlaşılır ki, rəsmi İrəvan Kremlə qarşı düşmənçilik fəaliyyətində "qırmızı cizgiləri" artıq çoxdan keçib. Hazırda Rusiya üçün Ermənistan "ikinci Ukrayna"ya çevrilib. Sadəcə, Rusiyanın Ermənistana münasibətdə hansı addımları, nə vaxt ata biləcəyi hələlik müəmmalı olaraq, qalmaqdadır. Bu müəmma aydınlaşmağa başlayacağı təqdirdə, rəsmi İrəvanın Qərbin Ermənistanın əvəzinə Rusiya ilə savaşmasına ehtiyacı olacağı da şübhə doğurmur. Halbuki, başqalarının əvəzinə savaşmaq vərdişləri olmayan ABŞ və Qərbin Ermənistandan fərqli olaraq, buna ehtiyac belə, duymayacağını isə elə indidən təxmin etmək mümkündür.//Musavat.com / konkret.az

Siyasi       Tarix: 25 noyabr 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son xəbər cəbhədən son durum kriminal xeber xeberler azerbaycan