Qətər şahzadəsi İspaniyada VƏFAT ETDİ - FOTO
Qətər şahzadəsi Kasia Qalliano İspaniyada vəfat edib.
KONKRET.az xəbər verir ki, Polşa əsilli amerikalı 45 yaşlı Kasia Qalliano adlı qadının meyiti İspaniyanın Marbella şəhərindəki evində polis tərəfindən tapılıb. Kasia Qətərin neft naziri və kral ailəsinin üzvü Əbdüləziz bin Xəlifə əl Taninin üçüncü arvadı olub. Onlar 2006-cı ildə boşanıblar.
Qalliano üç qızının qəyyumluğu üçün illər boyu mübarizə aparıb. O, keçmiş ərini qızlarından birinə cinsi istismarda ittiham etsə də, məhkəmədə uduzub. Uşaqlar Parisdə atalarının yanında qalıblar.
Halbuki ay yarım əvvəl qızlardan biri Fransada Əbdüləziz əl Taniyə qarşı şikayət ərizəsi yazıb və onu təcavüzdə ittiham edib. Paris prokurorluğu tərəfindən "ağırlaşdırılmış cinsi təcavüz" ittihamı ilə ilkin istintaq başladılıb. Şikayət ərizəsi verərkən qızı anası Kasia Qalliano müşayiət edib.
Fransanın "Le Parisien" qəzeti şahzadənin ölümünə ilkin səbəb kimi narkotikin həddindən artıq istifadəsini göstərib.//Oxu.az

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar