"Qeyri-formal məşğulluğa nəzarət" vahid elektron informasiya ehtiyatı yaradılacaq

"Qeyri-formal məşğulluğa nəzarət" vahid elektron informasiya ehtiyatı yaradılacaqNazirlər Kabineti "Qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarət tədbirlərinin keçirilməsi və əlaqələndirilməsi Qaydası"nı təsdiq edib.
Milli.Az bildirir ki, bu Qayda qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarət tədbirlərinin keçirilməsi və əlaqələndirilməsi qaydasını müəyyən edir.
Qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarəti həyata keçirən orqanların bu sahədə fəaliyyətinin əlaqələndirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarəti həyata keçirən orqanlar aşağıdakılardır:
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;
- İqtisadiyyat Nazirliyi;
- Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi.
Qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarət tədbirlərini həyata keçirən orqanların vəzifələri aşağıdakılardır:
- nəzarət sahələri üzrə qanunla müəyyən olunmuş qaydada preventiv və nəzarət tədbirlərini həyata keçirmək;
- qeyri-formal məşğulluq səviyyəsinin yüksək olduğu sahələr üzrə təhlillər aparmaq, risk qruplarını müəyyən etmək, risk qrupları üzrə qeyri-formal məşğulluğun aşkar edilməsinə və qarşısının alınmasına dair preventiv və nəzarət tədbirləri ilə bağlı illik plan tərtib etmək;
- "Qeyri-formal məşğulluğa nəzarət" vahid elektron informasiya ehtiyatı vasitəsilə fəaliyyət istiqamətlərinə uyğun olaraq monitorinqlər keçirmək;
- nəzarət tədbirləri nəticəsində aşkar olunmuş qeyri-formal məşğulluq faktları ilə bağlı qanunla müəyyən edilmiş qaydada məsuliyyət tədbirləri görmək;
- bu Qaydada nəzərdə tutulan məlumatları  (Qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı fəaliyyətin əlaqələndirilməsi məqsədilə müəyyən olunmuş risk qrupları, preventiv və nəzarət tədbirlərinə dair tərtib olunan illik plan, habelə həyata keçirilmiş preventiv və nəzarət tədbirləri və onların nəticələri (görülmüş preventiv tədbirlər, aşkar olunmuş pozuntular, onların aradan qaldırılması üçün görülmüş məsuliyyət və digər tədbirlər və s.) haqqında məlumatlar) "Qeyri-formal məşğulluğa nəzarət" vahid elektron informasiya ehtiyatına daxil etmək.
Qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarət tədbirlərini həyata keçirən orqanların vəzifələrinin icrası ilə bağlı hüquqları aşağıdakılardır:
- "Qeyri-formal məşğulluğa nəzarət" vahid elektron informasiya ehtiyatına çıxış imkanına malik olmaq;
- aidiyyəti qurumlarla birgə preventiv və nəzarət tədbirlərini müəyyən etmək;
- "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanuna uyğun olaraq digər hüquqları həyata keçirmək.
Əlaqələndirməni həyata keçirən orqanın vəzifələri aşağıdakılardır:
- "Qeyri-formal məşğulluğa nəzarət" vahid elektron informasiya ehtiyatının fəaliyyətini təmin etmək;
- qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarət tədbirləri çərçivəsində görülən işlər barədə illik hesabat hazırlamaq;
- qeyri-formal məşğulluğun qarşısının alınması üzrə həyata keçirilən tədbirlərin təhlilini aparmaq və "Qeyri-formal məşğulluğa nəzarət" vahid elektron informasiya ehtiyatı vasitəsilə birgə nəzarət tədbirlərinin əlaqələndirilməsini həyata keçirmək;
- qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı tədbirlərin həyata keçirilməsi üçün işçi qruplar yaratmaq.
Qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemində "Qeyri-formal məşğulluğa nəzarət" vahid elektron informasiya ehtiyatı yaradır. Qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı fəaliyyətin əlaqələndirilməsi məqsədilə müəyyən olunmuş risk qrupları, preventiv və nəzarət tədbirlərinə dair tərtib olunan illik plan, habelə həyata keçirilmiş preventiv və nəzarət tədbirləri və onların nəticələri (görülmüş preventiv tədbirlər, aşkar olunmuş pozuntular, onların aradan qaldırılması üçün görülmüş məsuliyyət və digər tədbirlər və s.) haqqında məlumatlar "Qeyriformal məşğulluğa nəzarət" vahid elektron informasiya ehtiyatına daxil edilir.
Aşağıdakı hallarda qeyri-formal məşğulluq hallarının mövcud olması müəyyənləşdirilir:
- Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi
qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi;
- Mülki Məcəlləsinə uyğun olaraq, mülki-hüquqi müqavilə bağlanılmadan müəyyən fəaliyyətin yerinə yetirilməsi;
- Vergi Məcəlləsinə uyğun olaraq, sahibkarlıq fəaliyyətinin rəsmiləşdirilmədən (vergi orqanlarında uçota durmadan) həyata keçirilməsi;
- mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadənin rəsmiləşdirilmədən həyata keçirilməsi;
- "Ailə kəndli təsərrüfatı haqqında" qanuna uyğun olaraq, yerli özünüidarəetmə orqanında uçota durmadan ailə kəndli təsərrüfatının təşkili.
"Qeyri-formal məşğulluğa nəzarət" vahid elektron informasiya ehtiyatı vasitəsilə qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarəti həyata keçirən orqanlar "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanuna uyğun olaraq, qeyri-formal məşğulluğun səviyyəsinin yüksək olduğu sahələr üzrə təhlillər aparır, risk qruplarını müəyyən edir, risk qiymətləndirilməsi sistemini tətbiq edir, preventiv və nəzarət tədbirləri həyata keçirirlər. Risk qrupları üzrə qeyri-formal məşğulluğun aşkar edilməsinə və qarşısının alınmasına dair preventiv və nəzarət tədbirləri ilə bağlı illik plan tərtib olunur. İllik plan hər il üçün yanvar ayının 20-dən gec olmayaraq, qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarəti həyata keçirən orqanın rəhbəri (və ya rəhbər tərəfindən səlahiyyət verilmiş şəxs) tərəfindən təsdiq edilir. Qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması məqsədilə qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarəti həyata keçirən orqanlar birgə risk qruplarını müəyyən edir, preventiv və nəzarət tədbirlərini həyata keçirirlər. Qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarəti həyata keçirən orqanlar nəzarəti qeyri-formal məşğulluğu müəyyən etməyə imkan verən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrdən istifadə etməklə həyata keçirirlər. Xüsusi texniki vasitələrin tətbiqi ilə bağlı məsələlər "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanuna uyğun olaraq tənzimlənir.
Qaydada qeyd edilən orqanlar "Qeyriformal məşğulluğa nəzarət" vahid elektron informasiya ehtiyatı vasitəsilə fəaliyyət istiqamətlərinə uyğun olaraq monitorinqlər həyata keçirirlər.Monitorinqlər "Qeyri-formal məşğulluğa nəzarət" vahid elektron informasiya ehtiyatına inteqrasiya edilmiş informasiya sistemlərində müqayisəli (çarpaz) yoxlamaların aparılması vasitəsilə baş tutur. Monitorinq nəticəsində şəxsin məşğulluğuna dair məlumatlar məşğul şəxslərin reyestrində olmadıqda və ya mövcud olan məlumatların ziddiyyətli olduğu aşkarlandıqda, qeyri-formal məşğulluğa yol vermiş şəxsə "Qeyri-formal məşğulluğa nəzarət" vahid elektron informasiya ehtiyatı vasitəsilə bildiriş göndərilir.  "Qeyri-formal məşğulluğa nəzarət" vahid elektron informasiya ehtiyatı vasitəsilə bildirişi almış şəxs bildirişdə göstərilən müddət ərzində pozuntu və ya uyğunsuzluqları aradan qaldırmalı və bu barədə adıçəkilən ehtiyat üzərindən görülmüş tədbirlərə dair məlumat verməlidir. Monitorinq nəticəsində müəyyən olunmuş pozuntu və ya uyğunsuzluqlar qeyri-formal məşğulluqla bağlı olmadığı halda, şəxs bunu təsdiqləyici sənədlər təqdim etməklə sübut etməlidir. Şəxs məlumat verilmədiyi təqdirdə və ya verilən məlumat əsasında pozuntu və ya uyğunsuzluq hallarının aradan qaldırılması faktını müəyyən etmək mümkün olmadıqda, qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarəti həyata keçirən orqan daxil olan məlumatla bağlı bu Qaydaya uyğun olaraq nəzarət tədbirlərini təşkil edir. Nəzarət tədbirləri nəticəsində qeyri-formal məşğulluq faktı aşkar olunduğu təqdirdə, qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarəti həyata keçirən orqan tərəfindən qanunda nəzərdə tutulan məsuliyyət tədbirləri görülür.
Milli.Az /news.milli.az

İqtisadiyyat     Baxılıb: 478   Tarix: 19 mart 2020
f Paylaş

Oxşar xəbərlər

"Qızlara ağ yaraşır" layihəsinin iştirakçıları Azercell-in qonağı oldular

Layihə çərçivəsində cüdoya başlayan yeniyetmə qızlarla görüş keçirildi. xəbər verir ki, 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində "Qızlara ağ yaraşır" sosial təşəbbüsü çərçivəsində cüdo ilə məşğul olmağa başlaya

Səyahət planlarını Yelo App-ə həvalə et

Mart ayının uzun tətilləri gəlir, deməli, səyahət vaxtıdır! Amma hər səfər öncəsi sənəd toplamaq, sığorta axtarmaq vaxt aparan prosesə çevrilə bilər. Yelo Bank səyahət hazırlıqlarını bir tətbiqə sığdırdı – artıq bütün vacib işlərini Yel

Yelo Bank Qlobal Pul Həftəsinə 'Yelo Finance Talks' layihəsi ilə qoşulub

 Dünyanın 170-dən çox ölkəsində qeyd olunan və uşaqların, gənclərin erkən yaşlarından maliyyə biliklərinə yiyələnməsini hədəfləyən "Qlobal Pul Həftəsi" (Global Money Week 2026) Azərbaycanda da start götürüb. İqtisad

"Nar" peşəkar kadr hazırlığı istiqamətində təlimlərə başladı - FOTOLAR

Mobil operator "Nar"ölkənin yerli əmək bazarı üçün peşəkar kadrların hazırlanması istiqamətində təlimlərəbaşladı. "Nar"ın tərəfdaşlıq etdiyi universitetlərin tələbələri üçün keçiriləntəlimlər seriyası

Müharibə ən çox zərbəni turizm sektoruna vurur: Bu şəhərlər çıxılmaz vəziyyətdədir

Yaxın Şərqdə genişlənən hərbi münaqişə region iqtisadiyyatına, xüsusilə turizm sektoruna ciddi zərbə vurur. . "Financial Times" qəzetinin Ümumdünya Səyahət və Turizm Şurasına (WTTC) istinadən yaydığı məlumata görə

Bank Respublika Oxbridge Akademiyasında məktəblilər üçün tədbir keçirdi - FOTOLAR

Bank Respublika maliyyə savadlılığının artırılması istiqamətində həyata keçirdiyi təşəbbüsləri davam etdirərək, Qlobal Pul Həftəsi (Global Money Week) çərçivəsində Bakıda yerləşən Oxbridge Akademiyasında məktəblilər üçü

AccessBank istehlak kreditinin maksimum məbləğini 50 000 AZN-ə qədər artırdı

AccessBank pərakəndə kredit məhsullarını inkişaf etdirmək və müştərilərə daha geniş maliyyə imkanları təqdim etmək məqsədilə istehlak krediti üzrə şərtləri yeniləyib. Belə ki, Nağd Kredit məhsulu üzrə maksimum kredit məbləğ

Səhliyalı' şirkəti Xankəndi şəhərində iftar süfrəsi təşkil etdi

"Səhliyalı" şirkətinin rəhbərliyinin təşəbbüsü ilə işğaldan azad edilmiş Xankəndi şəhərində  iftar süfrəsi təşkil edilib. xəbər verir ki, məclisdə Qarabağ Universitetinin yüzdən çox tələbəsi iştirak edib. Tədbird

Əhaliyə şad xəbər! Sosial ödənişlər bu tarixdə ödəniləcək

Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşıdan gələn bayramlarla əlaqədar olaraq bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların qrafikdən əvvəl - martın 13-də ödənilməsi nəzərdə tutulub. Bu barəd


son xeberler azerbaycan xeberleri yeni xeberler son.xeberler xeberler az idman xeberleri cəbhədən xəbər