Qırğızıstan Qazaxıstanı ittiham edir: Sərhəddə GƏRGİNLİK

Qırğızıstan Qazaxıstanı ittiham edir: Sərhəddə GƏRGİNLİKQazaxıstan Qırğızıstanla sərhəddə yük maşınlarının yoxlanışını sərtləşdirməklə Avrasiya İqtisadi İttifaqının fəaliyyət prinsipini pozur.
KONKRET.azyerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın iqtisadiyyat və ticarət nazirinin müavini Nazarbek Malayev deyib.
Onun sözlərinə görə, hazırkı vəziyyət sistemlidir, qonşu respublikanın hakimiyyət orqanları isə hər dəfə Qırğızıstandan gələn yük maşınlarının keçidini ləngitmək üçün müxtəlif səbəblər tapırlar.
"Sahibkarlarımız böyük itkilər verir və tərəfdaşlar qarşısında öhdəliklərini vaxtında yerinə yetirə bilmirlər. Yüklər arasında tez xarab olan və vaxtında çatdırılmaması böyük maliyyə itkiləri ilə nəticələnən məhsullar da var", –  deyə nazir müavini qeyd edib.
Malayev əlavə edib ki, sərhəddə gərgin vəziyyət avqustun 20-dən Qazaxıstanın rəsmi xəbərdarlıq etmədən keçid məntəqələrindən nəqliyyat vasitələrinin keçməsini məhdudlaşdırdıqdan sonra müşahidə olunur. Bu səbəbdən Qırğızıstan tərəfində 500-ə qədər yük maşını növbəyə durur.
Avqustun 24-də Bişkekin təşəbbüsü ilə Avrasiya İqtisadi Komissiyasının işçi qrupu yaradılıb, energetika və infrastruktur naziri Arzıbek Kojoşev sədr təyin edilib.
Məlumata görə, monitorinq qrupunun nümayəndələri vəziyyəti yerindəcə qismən öyrəniblər. Məsələ burasındadır ki, onlar Qazaxıstana gedib yük maşınlarının sıxlığının səbəblərini yerli məmurlardan öyrənə bilməyiblər.
Belə ki, sərhədçilər komissiyanı ölkəyə buraxmayıblar, çünki qrup üzvlərinin səfəri ilə bağlı sənədlər onlara daxil olmayıb. "Ak-Tilek" məntəqəsində isə yalnız avtomobillərin keçməsinə icazə verilib.
Kojoşev vurğulayıb ki, müvafiq sənədlər hər iki ölkənin hökumətlərinə operativ şəkildə çatdırılıb.
Son məlumatlara görə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Nazirlər Kabinetinə Qazaxıstan-Qırğızıstan sərhədindəki keçid məntəqələrində yaranmış vəziyyəti həll etməyi tapşırıb.
Qeyd olunub ki, Qırğızıstan-Qazaxıstan sərhədində yük maşınlarının növbəsi avqustun 20-dən artmağa başlayıb. Keçid məntəqəsində ilişib qalan sürücülər tıxacın səbəbləri ilə bağlı müxtəlif versiyalar irəli sürüblər. Onlardan birinin sözlərinə görə, qazax sərhədçiləri yük maşınlarında narkotik axtarır. Digər sürücü isə bildirib ki, yük maşınlarının keçməsinə icazələrin gecikməsi Qırğızıstanın qonşularına suvarma suyunun verilməsini dayandırması ilə bağlıdır.
İqbal Rzayev,
KONKRET.az

Siyasi       Tarix: 26 avqust 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

İran XİN-dən 14 iranlının Azərbaycanda arzuolunmaz elan edilməsinə münasibət

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayı

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta mezennesi banklar son xeber.az iqtisadiyyat xeberleri bugun en sonxeber