Qırğızıstandan MDB ölkələrinə ÇAĞIRIŞ: Sərhədlərdə texnikanı azaldın
Qırğızıstanın Təhlükəsizlik Şurasının katibi Marat İmankulov MDB-yə üzvü olan ölkələr arasındakı sərhədlərdə qüvvə və texnika sayını azaltmağı təklif edib.
KONKRET.az "Kommersant"a istinadən xəbər verir ki, o, bu barədə təşkilata üzv dövlətlərin Təhlükəsizlik Şuraları katiblərinin görüşündə bildirib.
İmankulov bunun MDB-nin xarici sərhədləri üçün istisna edilməsini təklif edib.
Onun fikrincə, istənilən dövlət müxtəlif istiqamətlərdən zərbələr alaraq geosiyasi oyunun hədəfinə və ya alətinə çevrilə bilər.
"Bir ölkə təkbaşına bütün təhdidlərin öhdəsindən gələ bilməz. Beynəlxalq təhlükəsizlik kiminsə aqressiv ambisiyalarından asılı olmamalıdır. Sabitliyin pozulmasına yönəlmiş bütün cəhdlərə effektiv cavab lazımdır", – deyə İmankulov vurğulayıb.
Qeyd edək ki, sentyabrın 14-də Qırğızıstan və Tacikistan sərhədində toqquşmalar yenidən başlayıb. Bişkek və Düşənbə arasında münaqişəyə səbəb ərazi məsələsində fikir ayrılığı olub. Sentyabrın 19-da isə Bişkek və Düşənbə arasında sülhün bərqərar edilməsi haqqında protokol imzalanıb.
İqbal Rzayev,
KONKRET.az

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü