Qırmızı soğanın inanılmaz faydaları

Qırmızı soğanın inanılmaz faydalarıXanımların mətbəxdə ən çox istifadə etdiyi məhsullardan olan qırmızı soğanın faydaları saymaqla bitmir.
Milli.Az xəbər verir ki, bu qida gündəlik istifadə üçün olduqca ucuz və əlverişlidir. İlk növbədə qırmızı soğan ürəyi gücləndirir, tərkibindəki esterlər qanın laxtalanmasının qarşısını alır. Qan təzyiqini aşağı salan bu qida "şəkər" xəstəliyinin də dərmanıdır.
Məlumdur ki, soğan mikroblara və viruslara qarşı istifadə edilən mükəmməl vasitədir. Kəsik və yanıq yaralarına mikrob düşməməsi üçün həmin hissələrə qırmızı soğan suyu vurmaq lazımdır.
Həmçinin, öd kisəsinin ifrazını artıran qırmızı soğan daşın yaranmasının qarşısını alır.
Qadınlar tez-tez əl və ayaq dırnaqlarının qırılmasından şikayətlənir, bunun üçün müxtəlif vitaminlər qəbul edirlər. Lakin dırnaqları qırmızı soğan suyu ilə yumaqla bu problemdən həmişəlik can qurtarmaq mümkündür.
Yəqin ki, bir çoxunuz böyüklərdən şişən bölgəyə soğan qoyulması barədə məsləhətlər eşitmisiniz. Şişmələr üçün ən yaxşı vasitə yeməkdən əvvəl bir qaşıq soğan suyudur.
Burunda qanaxma olduqda da soğanı ikiyə bölün və burnunuza bağlayın. Bununla da, qan dayanacaq.
Qırmızı soğan həm də iltihabı təmizləyən əvəzedilməz məhsuldur. Bədənin müxtəlif yerlərində çıxan iltihablı çibanlara qarşı soğanın qabıqlarını qaynadıb həmin hissələrə qoymaq lazımdır. Həmçinin, tez-tez qabarlarla mübarizə aparmalı olursunuzsa, qırmızı soğan sizi xilas edəcək.
Mədəsindən şikayətlənənlər, qarın ağrısı və mədə qanaması keçirənlər incə doğranmış soğanı südün içində qaynadaraq içməlidir. (publika.az)
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 15 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən canlı cəbhədən son məlumatlar axsam az xeberler xeberler azerbaycan