Qışda hansı xətalar dərinin qırışmasını sürətləndirir? - Dermatoloqdan XƏBƏRDARLIQ

Qışda hansı xətalar dərinin qırışmasını sürətləndirir? - Dermatoloqdan XƏBƏRDARLIQSoyuq havalarda bəzi səhvlər dəriyə zərər verə bilər!
Milli.Az xəbər verir ki, dermatoloq Filiz Topaloğlu Dəmir həddən artıq isti duşun dəri üçün zərərli olduğunu açıqlayıb. Ekspert bildirib ki, soyuq hava dərinin qoruyucu qatını pozur və qurumasına səbəb olur:
"Dəri quruluğunun qarşısı vaxtında alınmazsa və lazımi tədbirlər görülməzsə, dəridə çatlar, qızartı, qalınlaşma, qaşıntı, ağrı və sərtləşmə kimi əlamətlər özünü göstərəcək. Dərinin pisləşməsi isə mikrobların dəriyə daxil olmasını asanlaşdırır. Yaş artdıqca dərinin su tutma qabiliyyəti azaldığından bu simptomlar yaşlılarda daha ağır ola bilər.
Digər tərəfdən uzun müddətli dərinin quruluğu qırışların yaranmasına, yəni vaxtından əvvəl yaşlanmasına səbəb olur. Ən çox təsirlənən nahiyələr üz, dodaqlar və əllər olsa da, soyuq havanın təsiri saçlara və dırnaqlara da təsirsiz ötüşmür. Bundan əlavə, sədəf, atopik ekzema, əl ekzeması kimi bir çox dəri xəstəlikləri bu mövsüm pisləşməyə meyllidir. Dərinin elastik və yumşaq olması, həmçinin ideal su tutma qabiliyyətini təmin etmək üçün soyuqdan qorunmaq lazımdır. Yaş, dəri tipinə və ətraf mühit amillərinə uyğun olaraq dərini düzgün dərini nəmləndirin. İnsanlar soyuq havada dəri quruluğunun qarşısını almaq üçün bəzən səhv yollara əl atır. Məsələn, əlləri tez-tez yumaq, isti su ilə duş qəbul etmək, dodaqları yalamaq, qış aylarında günəş qoruyuculardan imtina etmək tez-tez edilən xətalardır. Odur ki, duşda suyun istiliyini azaltmaq, hamam yağlarından istifadə etmək və hamamdan dərhal sonra ilk 3 dəqiqə ərzində bədəbə yüngül nəmləndirici tətbiq etmək vacibdir.
Dodaqlarınız quruyubsa yalamaq olmaz, çünki tüpürcəkdəki həzm fermentləri və bakteriyalar dodaqlara zərər verə bilər, dolayısı ilə dodaqların qurumasını sürətləndirir. Mövsümi təzə meyvə və tərəvəzlər, E vitamini ilə zəngin badam, qoz-fındıq kimi məhsulları çiy yeyin, qırmızı ət yerinə mümkün qədər balığa üstünlük verin və kifayət qədər su için". (publika.az)
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 01 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

Ebola virusu yenidən alovlandı və sürətlə yayılır - XƏBƏRDARLIQ

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində 131 nəfər həyatını itirib, 513-dən çox şübhəli yoluxma halı qeydə alınıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. KDR hökumətinin sözçüsü bildiri

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin


azerbaycan xeberleri son xeberler yeni xeberler bu gunun xeberleri krminal bu gun ensonxeberler sonxeberler